12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
TƏBRİK EDİRİK!

AD GÜNÜN MÜBARƏK!

Bu gün sevimli sinif yoldaşım Tamamın ad günüdür. Bu münasibətlə gözəl xanımı təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram. Arzu edirəm ki, yaşadığı müddət ərzində üzünə heç bir zaman kölgə düşməsin, balalarıyla, nəvələriylə birgə xoş günlər görsün, ömrü boyu təbəssüm üzündən əskik olmasın.
Tamamla 10 il bir sinifdə oxumuşuq. Güləndə də bir yerdə gülmüşük, kədərlənəndə də. Düzdür, məktəb illərində insanın elə bir dərdi, kədəri olmur, ancaq xoş günlər, qayğısız aylar, illərlə böyüyür. Böyüdükdən sonra isə yəni məktəb illəri bitəndən sonra isə xoş xatirələrlə o günləri yad edir. İndi mən də, gğzümün önündən həmin illəri keçirməyə çalışıram. İlahi, insan neçə il yaşayır yaşasın, aradan nə qədər bir vaxt keçsə belə yenə həmin anlar, həmin günlər yaddaşlarda əbədi yaşayır.  Nə gözüəl günlər idi, İlahi. Yadıma düşəndə, təkcə mənim yox, hər kəsin ürəyində bir sızıltı baş qaldırır və yenidən o günlərə qayıtmağın xəyalını qurur. Təssüf ki, bu yolun gedişi olsa da, dönüşü yoxdu. Getdi o xoş, o gözəl məktəb illəri. Nə isə... kövrək notlarla heç kəsin könlünü qaraltmaq istəmirəm. Axı bu gün, gözəl xanım, gözəl ana və qaynana olan Tamamın ad günüdür. Bir daha bu gözəl gün münasibəti ilə bütün sinif yoldaşlarımızın adından xanımı təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik. Ad günün mübarək, gözəl xanım.


Hörmətlə, sinif yoldaşlarının adından
Tahirə Həbliyeva
beynəlxalq jurnalist

Tarix: 26-04-2026, 17:02 Oxunub: 31


Bölməyə aid digər xəbərlər