12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Ölməsin ay aman yerinə yaxşısı gələr (atalar sözü)

 

SUMQAYIT ŞƏHƏR 47 SAYLI BAĞÇADA ANALOQU OLMAYAN ƏMƏLLƏR – Özgənin əmlakı ilə özünə dost tutan beləsinə nə deyilir görən?
 Atalar sözünün hər zaman kəlam kimi səsləndiyinin şahidiyik. Maraqlı burasıdır ki, bu söz elə-belə deyilməyib, bunu atalarımız yaşamış və sonra da dilə gətirmişlər.

 Onu da deyim ki,  bir neçə müddətdir ki, Sumqayıt 47 saylı baxça ilə bağlı şikayətlər səngimir. Etibarlı mənbədən əldə etdiyimiz faktlara əsasən 47 saylı bağçanın rəhbəri Kərimli Aytən Yaşar qızı dövlətin körpələrə və bağça kollektivinə ayırdığı qida və geyim ləvazimatların satışın həyata keçirib. Deyilənə görə axşamüstü maşınla bağçanın həyətində qida məhsullarını maşına yükləyərkən saxlanılmışdır.  Aldığımız məlumatda hətta deyilir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayevanın  qəbulunda olan baxça işçiləri haqlı etirazlarını bildiriblər. Lakin məsələ həllin tapmaq əvəzinə intriqanın böyüməsi və şikayətə gedən şəxslərin uzaqlaşdırılması ilə nəticələnib.
Bu direktorla bağlı hələ 2022-ci ildən başlayan narazılıq səngimək bilməyib. Beləki valideyn və müəllim heyəti ilə heç cür dil tapa bilməməsi Aytən Kərimlinin bir idarəçi kimi formalaşmamasından və ya onun bu sahədə başarısız olduğundan xəbər verir. 
Belə ki, bağçada işləyən Mehdiyeva Kəmalə Qala qızı bir müddət əvvəl rəhbəri ilə bağlı baş idarəyə şikayət edib. AYTƏN Kərimlinin qanuna zidd əməllərindən danışıb. Baxçanın işçilərinə uniformaların 20 azn dəyərində, Valideynlərə isə çarpayı üzlüyü 15 azn, dəsmal isə 5 azn olmaqla valideynlərə satılıb. Bu azmış kimi körpələrə verilməli olan qida rasionununda normativlərə uyğun verilməməsinə görə narazılıq yaranıb. Əslində bütün bunları Regional Təhsil İdarəsinin rəhbərliyinədə qəbul zamanı bildirilib. Yeri gəlmişkən onu da deyim ki, bu gün fond pulu adı altında  uşaqlardan 5.20 müəllimələrdən 5 manat dayələrdən isə 3 manat məbləğində pul yığılır. Yadımdan çıxmamış onu da qeyd edim ki, təmirli otaqlardan 20 manat, təmirsiz otaqlardan isə 15 manat civarında pul yığılıb müdirə verilir. Eyni zamanda qrupu da bu bağçanın "ağası" satır. Bunu bilən dövlət rəhbərləri də nəyə görəsə ağızlarına su alıb susublar.
Mehdiyeva Kəmalə Qala qızı səhhətində yaranmış problemlə bağlı poliklinikaya müraciət edərək bülletene çıxmaq isteyib. Amma sən saydığını say gör fələk nə sayır, atalar misalı yerinə düşüb. K.Mehdiyeva xəstə olsa da ona xəstəlik vərəqəsin açılması təmin edilməyib. Səbəb isə ortadadı. Redaksiyamıza təqdim edilən səs yazlarında yuxarıda qeyd edilən bütün nüanslar öz əksin tapır. Bağça müdiri Poliklinikanın baş həkiminə mesaj yazaraq “Mehdiyeva Kəmalə Qala qızına vərəqə açılmamasın mütləq tənbeh edib. ” hazırda əməliyyat edilmiş ağır xəstəlik keçirən xanım Mehdiyeva müdiri tərəfindən işi əsasıs buraxdığına görə, Əmək Məcəlləsinin 70ç bəndi ilə işdən azad edilib. 
Kəmalə xanım bir neçə ildir ki, uğradığı haqsızlıqları dilə gətirmək üçün döymədiyi qapı qalmaylıb. Açdığı bütün qapılar onun üzünə bağlanıb. Hətta iş o yerə çatıb ki, Kəmalı xanım bağçanın yanından belə keçə bilmir. Həmin an Aytən xanım polis əməkdaşlarına xəbər edərək onu kənarlaşdırır. Belə bir özbaşınalıq hələ tarixdə görülməyib. Bəlkə bu xanım o yoldan harasa gedir və bunu görən polis əməkdaşları onun yolunu dəyişməsini istəyəcək? Vallah nə deyim, bilmirəm ki! Yəqin Aytən xanım təkcə bağçanı deyil, elə onun ərazilərini də ələ keçirib.
Kəmalə xanımla növbəti reportaka qədər deyib ayrılırıq. Kəmalə xanım onu da gedərkən qeyd etdi ki, bağça müdirəsinin səhər doğum günüdür. Bütün işçilər müəyyən miqdarda pul toplayaraq onu təbrik edəcəklər.Bu barədə gələn yazımızda...
 Bizi izləməyi unutmayın.

Tahirə Həbliyeva



Tarix: 29-08-2025, 10:57 Oxunub: 296


Bölməyə aid digər xəbərlər
1-06-2024, 11:01 Dünyanı uşaqlara verək!