11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
ŞAİRİN YENİ ŞEİRİ

***
Qız, əlini ver əlimə,
***
***
***
***
Bölməyə aid digər xəbərlər
ƏDALƏT ƏROĞLU

XOCALI NALƏSİ
Ah, naləm göylərə qalxıb yenə də,
Xocalı naləsi yandırır məni,
Yeri, göyü oda yaxıb yenə də,
Qəlbimi incidir, sındırır məni.
***
Neçə soydaşımın qəlbin qopardı.
Ana-bacıları girov saxladı,
İşgəncə, zülümlə əsir apardı,
Bir böyük millətin səbrin yoxladı.
***
Dözmək üçün ürək lazım, ay zalım,
Səsinə səs verən tapıla gərək,
Düşməndən qisası mən necə alım?
Onun da ürəyi çapıla gərək.
***
Gücüm çatır ayaq üstə qalmağa,
Düşmənləri əzib, vayını verək.
Birləşək ki, qalxaq qisas almağa,
Biz onlara gücümüzü göstərək.
***
AY, GÜNƏŞİM, AY, ULDUZUM
Qız, əlini ver əlimə,
Məni salmısan felinə,
Gəl sığal çəkim telinə,
Ay, günəşim, ay, ulduzum.
***
Bu nə baxış, bu nə gözdü?
Bu nə çöhrə, bu nə üzdü?
Ədalət hicrinə dözdü,
Ay, günəşim, ay, ulduzum.
***
Boyun bəstə, belin incə,
Dilin qaymaq, dodaq qöncə,
Mən üzüldüm sən gəlincə,
Ay, günəşim, ay, ulduzum.
***
Varmı sənin bir insafın?
Bu sevgidə nə günahım?
Tanrıya çatıbdır ahım,
Ay, günəşim, ay, ulduzum.
***
Əroğlunu saldın dərdə,
Necə dözüm mən bu dərdə?
Şairi boğdun, kədərdə,
Ay, günəşim, ay, ulduzum.
***
YANAN DEYİLƏM
Alışıb yanıram, hər axşam, səhər,
Ötüşür illərim, çörəyim zəhər,
Rəbdən güc alıram mən də bir təhər.
Haqqı, ədaləti danan deyiləm.
***
Ağlatdı, sızlatdı, ötən illərim,
Ömrümə tikan tək bitən illərim,
Sinəmə çəkmisən sitəm, illərim,
Allahın izniylə sınan deyiləm.
***
Ay Əroğlu, dağlarına bir də gəl,
Dağaların açıbdır sənə qucaq, əl,
Düşmənin bağrını, ürəyini dəl,
Bu dərdə sonacan yanan deyiləm.
***
DƏYƏR VERƏN OLSA...
Söz mülkümdə ətirəm mən,
Nəyim var ki, itirəm mən?
Dedim, hikmət gətirəm mən,
Sözə dəyər verən olsa.
***
Dərdim böyük, aləm ağlar,
Çiynimdə yük-şələm ağlar,
Zara gəlib qələm, ağlar,
Sözə dəyər verən olsa.
***
Söz yazıram sətir-sətir,
İşlənən söz bilməz xətir,
Zaman özü bilər qədir,
Sözə dəyər verən olsa.
***
İstəmirəm var dövləti,
Neynirəm ucuz şöhrəti,
Götürmərəm söz töhməti,
Sözə dəyər verən olsa.
***
ƏDALƏT CARÇISI, SÖZÜYƏM ŞAİR
(Dahi şairimiz Nizami Gəncəviyə)
Dahilər ölkəsi mənim bu ölkəm,
Sözə söz calayıb kəlamlar əkəm,
Dərdimi saxlayıb ürəkdə çəkəm,
Ədalət carçısı, sözüyəm, şair.
Dərdlərim qalaqdır, yatır içimdə,
Arzum gələcəyə məğrur keçim də,
Ruhum da alışıb yanır içim də,
Ədalət carçısı, sözüyəm, şair.
Əsr, qərinələr dolanıb keçir,
Kimsə tiryək çəkir, həm şərab içir,
Əroğlu da Ulu Tanrını seçir,
Ədalət carçısı, sözüyəm, şair.
***
Ə S İ R L Ə R Ə
(Vətənimizin ərazi bütövlüyü uğrunda itgin düşmüş və əsirlikdə qalan əsirlərimizə itihaf edirəm)
Qollarım qoynumda qalıbdı bağlı,
Bu ürək yaralı, sinəm də dağlı.
Əsirlər zülmətdə, yolları bağlı,
Səsinə səs verək biz əsirlərin.
Yağı düşmən torpağıma göz dikdi,
Vətənimə Araz çayla səd çəkdi.
Bu sənədə imzasını yad çəkdi.
Səsinə səs verək biz əsirlərin.
Günlər keçir, illər gedir ömürdən,
Əsirlərim qolu bağlı dəmirdən,
Ürəyim qısılır bu səs-səmirdən,
Səsinə səs verək biz əsirlərin.
Qara yaylıq bağladılar analar,
Başsız qalıb görün neçə balalr.
Dağılıbdı Qarababağda qalalar.
Səsinə səs verək biz əsirlərin.
Mənim ürəyimdə asılıbdı daş,
Çəkməyir ürəyim, ağırdır bu daş,
Əsirlikdə qalan axıtmasın yaş,
Səsinə səs verək biz əsirlərin.
Dözəmmirəm, bu ocağa, bu oda,
Kül olmuşam, sovruluram havada.
Ordumuz da qalib gəlsin davada,
Səsinə səs verək biz əsirlərin.
Göz yaşını axıtmadım de harda?
Solub gözüm, ağarıbdı qara da.
Ədalətin gözləri intizarda,
Səsinə səs verək biz əsirlərin.
Tarix: 6-03-2025, 13:00 Oxunub: 45
Bölməyə aid digər xəbərlər
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
23-04-2024, 09:21
ŞAİRİN VƏTƏNPƏRVƏR ŞEİRLƏRİ
29-02-2024, 10:26
Qəhrəman Eminoğlu
28-02-2024, 13:21
Şairin yeni şeirləri
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-07-2023, 07:54
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
24-08-2021, 17:30
Yaralı yerimiz qəbiristanlıq
16-05-2021, 16:00
Şeirlər
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
















