12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Təbrik edirik

Bu gün Vəsilə xanımın doğum günüdür. Bu münasibətlə bu gözəl xanımı təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq. Arzu edirik ki, həyatının bundan sonrakı illərini doya-doya yaşasın.
Vəsilə xanım haqqında bir, iki kəlmə xoş söz demək keçdi könlümdən. İnsanlarla münasibətində mehriban və ya səmimi olmaq hər insanın alnına yazılmayıb. İnsan var ki, onu illərdir tanıyırsan, haqqında ikicə kəlmə xoş demək lazım olarsa, düşünə-düşünə qalarsan ki, nə deyim, nə danışım? Ancaq insan da var ki, onu tanıdığın on dəqiqə belə olsa, onun haqqında ürək dolusu danışmaq istəyirsən. Necə deyərlər, ilk baxış hər şeyi özü deyir, iolk qarşılanma insanı özünə valeh edir.
Vəsilə xanım sözün həqiqi mənasında özünü tanıtmağa ehtiyacı olmayan çox gözəl, səmimi, mehriban bir xanımdır. Xanım deyirəm, bəli hər kəsə xanım kimi müraciət edilsə də, xanımlıq adına layiq olmayan onlarla deyil, yüzlərlə xanım tanıyıram. Vəsilə xanım isə özündə cəmləşdirdiyi xanım adını doğrultmağı bacaran, özünü xanımlıq səviyyəsinə qaldıran gözəl və həddindən artıq mehriban bir iş qadınıdır. Təbii ki, bu günkü dövrdə hər kəs özünü iş qadını, iş adamı kimi hallandırır. Lakin Vəsilə xanımın bu adı hallandırmağına zərrə qədər şübhəm yoxdur. Mehriban münasibəti ilə qadınlarımızın qulluğunda duran və öz gözəlliyini mehribançılığına qatan bir iş xanımıdır. Çətin və şərəflə getdiyi ömür yolunda büdrəsə də yıxılmayan və hər zaman ayaqda dimdik durmağı bacaran bir iş qadını. 
Bəli Vəsilə xanım haqqında uzun-uzadı söhbət etməkdən və onun haqqında danışmaqdan yorulmaram. Təbii ki, bu ayrı bir mövzunun söhbətidir. Bu gün isə bu gözəl xanımın doğum günüdür. Bu münasibətlə gözəl xanımı təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik.
Bir daha ad günün, doğum günün mübarək, Vəsilə xanım.

Səni sevənlər adından Bahar xanım, Nəzakət xanım 

Bu təbrikə 365 gün informasiya portalının əməkdaşları da qoşulur və bu gözəl gün münasibəti ilə gözəl xanımı təbrik edir, onun hər zaman belə təravətli və gözəl qalmağını arzu edirik.


Hörmətlə:
Tahirə Həbliyeva




Tarix: 31-05-2025, 10:50 Oxunub: 89


Bölməyə aid digər xəbərlər
2-09-2024, 12:22 60 illiyiniz mübarək