HİDAYƏT QARABULAQ

S Ə N D E Y İ R S Ə N
Sən deyirsən yurdumun
övladları bay osun.
Yer planetinin azad
sakininə tay olsun.
Sən deyirsən yeraltı,
yerüstü sərvətimiz
hamının malı olsun.
Işsiz fəhlə, torpaqsız kəndli,
nə zəlil ziyalı olsun.
Sən deyirsən vətəndaşın
səsinin vəzni olsun,
Qutudan çıxan onun
seçdiyinin özü olsun.
Sən deyirsən hər evdə
səhər - axşam biş-düş olsun.
Cinayət Məcəlləsində
haralısan soruşana
,,iş" düşmüş olsun.
Sən deyirsən tanıyaq
dost kimdir, kimdir düşmən.
Evimizdə özümüz
kişi olaq hər zaman.
...Təbiətin verdiyi
sağlamlığını,
ağlını
qoymusan bu yolda.
Sənin hər çıxışın
bir milli dərsdir.
Ancaq o millət hanı?
Bu əbəsdir?!
***
H Ə R Ə N İ N ÖZ H Ü N Ə R İ
Əllidə, ən çoxu altmışda
başlayır insanın qürubu.
Natamam olsa da
qanundur bu.
Günəş göyün milinə çatanda
daha geri qayıtmır.
Daha dağın dalında batandı...
İnsanı sava sevgi tapanda
illəri dönür geri.
Fikrimdən keçir;
Dünyanı işıqlandıran
Günəşin Günəş,
İnsanın insan hünəri...
***
B O L L U Q
,,Ürəyimdən keçən adam
başına yol qəhətdirmi?"(1)
Ayrı bir yol tutmaq olmaz,
Başqası qəbahətdirm?
Nə taparsan, nə orada?
Ağrı, qüssə, dərd, intizar!
Çiçəklənən yurdumuzda
bunlar bolabol, o ki var...
1. Beyt İlham Qəhrəmanındır.
***
İ N S A F I N I Z O L S U N
Elza xanım Seyidcahan
dilə-dişə düşüb yaman.
Nolsun, "Birliyə" üzv oiub;
Guya ki astar üz olub?!
Axı ordan bir qəpik də
almır, həvəsdir də müftə.
Bəyəm azmıdır, danmayaq,
tutduğu yerdə baş--ayaq;
Onlar kürül-kürül həm də
"maaş" qırpırlar büdcədən.
Üstəlik də orden, medal,
rütbə, dərəcə dalbadal....
Yazıq, xanım Seyidcahan,-
İnsafınız olsun azcana ...
***
B I L I R ... B İ L M İ R
İstedad payı nə qədər bolabol olsa,
Şair elmnən dost, qolaqol olsa,
Həyatın təkinə o baş vurmasa,
Əbədi bir əsər yarada bilmir.
Bunu erkən duyan zirvələnər də,
Gec anlayan yanar, pörşələnər də.
Bəhanə axtarıb hələ deyər də:
-Sözlər duyğuları yarıda bilmir.
Can qoyan sərvətin itirsə, sınar,
Ömrün şeirə verən bunu lütf sanar.
İkisi də itki, fəqət, yer-göy fərqi var,
Təfavütün bilir, yaradan, bilmir?
***
Ü M İ D
Yoxsulluq, azar-bezar
yaxamdan yapışdılar,-
Cavan yaşımdan bərk-bərk.
Onlarınan öc etmək
asan deyildi fəqət.
Kitablar bir də dözüm
nicat mələyim oldu,-
Qoymadılar er ölüm.
Ömrümün yarısını
çarpışdım onlarınan.
Azar-bezarla, şükür,
sağollaşdım zorunan.
Yoxsulluq, namərd dostum,
Hələ həndəvərimdə.
Tərk eləyəcək məni,
inşallah, o qəbirdə...
***
M Ü Ş K Ü L
Ey ürək, de, mənə dostsan, düşmənsən,
Kəsdirə bilmirəm, özün söylə sən.
Bəzən azar-bezar karıxdıranda,
Bəzən bir gül məmur sıxışdıranda,
Bəzən aciz qalsam sözün əlində,
Bəzən ən yaxınım düşəndə dərdə,-
Toxtaqlıq vermisən, olmusan arxam,
Bunu ömür- billah mən unutmaram.
Ancaq... Qoy sözümün deyim canını:
Bəzən də tökmüsən sən başıma kül,-
İndi də bu sevgi, nə üçün danım,
Səni ... daşındırmaq fikrindən müşkül...
***
İ K İ O D A R A S I
...Tikanlı çəpər;
Qarşı-qarşıya mövqedə
iki əskər.
... Bir dağın
qoşa zirvəsi;
onların səhər şəfəqini
tən bölməsi...
İki qəlbdə
bunlar çalpaşıq, dolaşıq.
İnanan inansın,-
sevinsin, gülsün!
İnanmayanın başına gəlsin!
***
Ö Y R Ə N C Ə L İ Y Ə M
Sümüyün şırtığa gedir,
Sunamilər - dərinində.
Haradan bilirəm bunu?
O xəbərçi gözlərindən.
Görən kimi salacaqsan
xata-balaya haqq-nahaq?
Şətəsi, ümid edirəm,
mən qocanı vurmayacaq.
Eh, hədəfdən azan güllə
qutuda ... məni tapası.
Həmişə göz-qulaqdayam,
Öyrəncəliyəm, qadası...
***
N Ə D E Y İ M
Qürrələnmək azarı
hamıda var, mən bilən,-
Içimdə keçəl başın
qaldırmışdı o dünən.
Bu dünyanın,dedim ki,
ömrümdə hər nömrəsi:
Əsgərliyi, qürbəti ,
aclığı, kəshakəsi,-
Türmə çarpayısında
yatmamışam mən bircə.
Köntöy dostum ,,acılıq"
maskasın taxdı tezcə.
Dedi: -Yalan danışma,
Qorxursana, barı sus!
Yaşadığın bu ölkə
türmə deyil, nədir bəs?
***
M Ə N D Ə N U Z A Q D U R
Qapım döyüldü.
Qalxıb geyindim.
Təntik onu açdım.
Sanki qaranlıq gecəydi,-
Ulduzlar qaynaşırdı gözlərində.
Hayandan-hayana
baxdım əllərinə;
pay gətirmişdi kənddən.
Öz-özümə dedim:
,,- Sən Allah,
Məndən
uzaq dur,uzaq ay günah!"
Bölməyə aid digər xəbərlər
















