11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
təmizlik evimizdən başlayır
Ulu öndərin vaxtilə “Kiçik Azərbaycan” adlandırdığı Sumqayıt artıq müasir sənaye və mədəniyyət mərkəzinə çevrilməkdədir. Prezident İlham Əliyevin təşəbbüslərinə əsasən şəhərimizin inkişafı ilə bağlı çox müasir layihələr həyata keçirilir. Son illərdə Sumqayıtda kompleks yeniliklərin tətbiqi dönməz xarakter alıb. Quruculuq sahəsində yetərli təcrübəsi olan Zakir Fərəcov şəhərə icra hakimiyyəti başçısı təyin edildikdən sonra sənayenin dirçəldilməsi, sosial sferanın təzələnməsi tədbirləri, necə deyərlər, bütün cəbhə boyu aparılmağa başlayıb.
Ötən əsrin ortalarında Sumqayıt onu qurub-yaradanların arzularının ünvanı idi, indi isə yarım milyona qədər əhalinin tale şəhərinə çevrilib. Onu Xəzər sahilindəki boz çöllüyə ürəklərində gətirən inşaatçılar ev-ev, küçə-küçə yer üzünə köçürərək gözəl bir şəhər yaradıblar.
Nə danım, Zakir Fərəcov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra Sumqayıtda yeni quruculuq işləri aparılmağa başlanıldı. Dam örtükləri dəyişdirildi, liftlər yeniləri ilə əvəz olundu. Sumqayıtda möhtəşəm Heydər Əliyev mərkəzi yaradıldı, heykəli ucaldıldı, yeni şahmat və musiqi məktəbi tikildi. Nəqliyyat departamentinə yeni bina ayrıldı. Yaraşıqlı, müasir tələblərə cavab verən mehmanxanalar öz qapılarını qonaqların üzünə açdı. Bir sözlə Sumqayıt özünün ikinci həyatını yaşayır.
Sumqayıtın ən böyük məhəllələrindən biri olan 48-ci məhəllənin nə zaman salındığını dəqiq deyə bilmərəm. Ancaq şəhərimizin gözlliyinə gözəllik qatan məhəllələrdən biri olduğunu ürəklə deyə bilərəm. Demək olar ki, hər gün yolum bu məhəllədən keçir. Məhəllənin təmizlik işçiləri günəş doğmamışdın işlərinin başında olar və məhəllənin təmizliyi üçün əllərindən gələni edərlər. Onlar axşamdan yerə atılmış zibilləri, çöpləri təmizləyər, sakinlər işə gedən zaman isə məhəllələrinin necə təmiz olduğunu öz gözləri ilə görər və bu işi görənlərə minnətdarlıqlarını dilə gətirirlər.
Belə ki, şəhərin 20 saylı Mənzil İstismar Sahəsində işləyənlər də öz ürək sözlərini belə dilə gətirdilər:
-Bu gün Sumqayıtda və eləcə də 48-ci məhəllədə genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla həyata keçirilməkdədir. Xatırladaq ki, Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq layihələrindən biri də «Abad məhəllə” layihəsi olub. Layihə çərçivəsində həyata keçirilən tədbirlər, yenidənqurma və tikinti-quruculuq işləri şəhərin ümumi görkəmini son dərəcə dəyişib. Layihəyə uyğun olaraq mikrorayonlarda və məhəllələrdə yeni istirahət parkları istifadəyə verilib, həmçinin bu parklarda səliqə-səhman yaradılıb. Binaların qarşısında sakinlərin istrahəti üçün oturacaqlar quraşdırılıb, küçə və məhəllədaxili yollara asfalt örtüyü döşənib. Müasir küçə fənərləri vasitəsilə yolların işıqlandırılması vətəndaşların ürəyincədir. Qısa müddət ərzində şəhər ərazisində xeyli sayda müasir və abad məhəllə yaradılıb. Həmin məhəllələrdəki yaşayış binalarının fasadları yenilənib, pilləkən qəfəsləri müasir daş üzlükləri ilə üzlənilib, giriş qapıları kodlaşdırılıb. Həyətlərdə istirahət köşkləri, oturacaqlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb. Bu cür məhəllələrdə lazımi avadanlıqla təchiz edilmiş müasir xeyir-şər evləri sakinlərin istifadəsinə verilib. Mikrorayon və məhəllə daxili yollar asfaltlanıb, əhalinin qaz, su, işıq problemləri aradan qaldırılıb. Bakı-Sumqayıt yolunun rayon ərazisindən keçən hissəsinin ətrafında salınmış yaşıllıqlar şəhərin şimal hissəsinə xüsusi gözəllik verir. Magistral yolun kənarı abadlaşdırılıb, yola yaxın evlərin fasadları və dam örtükləri yenilənib. Ümumilikdə, “Abad məhəllə” layihəsi Sumqayıt sakinlərinin asudə vaxtlarınını səmərəli keçirilməsinə şərait yaradıb.
Bizim Mənzil Kommunal Sahəsinin işçiləri də hər gün bir qayda olaraq məhəllənin təmizliyi ilə məşğul olur, binaların və oturacaqların dörd bir tərəfinin təmizli ilə məşğul olurlar. Zibil yeşiklərinin yanına atılmış zibilləri təmizləyər və vaxtında daşınmasına nəzarət edərlər. Məhəlləin hər tərəfində və hər gün təmizlik, abadlıq işləri həyata keçirilir. Bu işlər məhəllənin ekoloji təmizliyinə çox böyük fayda verir. Təmizlik işləri, qeyd etdiyimiz kimi, kütləvi xarakter alıb. Onlarla insanın təmizliklıə məşğul olduğunu desək yanılmarıq. Müxtəlif ərazilər hər gün təkrar-təkrar süpürülür, yerə atılan tullantılar yığışırılır, rayonda yaşıllığın qorunmsı üçün ağaclara aqronomik qulluq göstərilir. Ən yaxşı hal isə odur ki, küçələri, parkları, səkiləri təmiz görən sakinlər bu yerləri bir daha zibilləmirlər. Sakinlərin əksəriyyəti tullantıları zibil qutularına atırlar. 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi Anar müəllim də bu işə şəxsən özü nəzarət edər, məhəllənin təmizliyi üçün, əkilmiş gül kollarının vaxtında suvarılması üçün işçilərə göstərişlərini verər. Biz də təbii ki, verilən tapşırıqları vaxtında yerinə yetirməyə çalışırıq.
Yeri gəlmişkən onu da deyim ki, Mənzil Kommunal Sahəsinin rəisi Anar müəllim ehtiyatda olan mayordur. Azərbaycanda və dünyada tanınan general A.Abbasovun nəvəsidir. Anar müəllim hərbiçi ailəsində dünyaya gəlib. Bir hərbiçi kimi də vətənini,, torpağını sevir. Xalqına xidmət etmək onun ən böyük vəzifəsidir. Hər zaman da rəhbərlik etdiyi ərazinin sakinlərini mehriban qarşılayar və gülə-gülə də yola salar. Anar müəllim qısa müddətdir ki, 20 saylı Mənzil Kommunal Sahəsinə rəhbərlik edir. O, bu qısa müddət ərzində öz mehriban münasibəti ilə, səmimi və qayğıkeşliyi ilə hər bir kəsin rəğbətini qazana bilmişdir. Ərazidə yaşayan şəhid ailələrinə və qazilərə xüsusi qayğısı vardır. Onların hər bir istəyini anındaca həll edər. Anar müəllim deyir ki, şəhidlərimiz və qazilərimiz bizi qara gündən ağ günə çıxardanlarımızdır. Onlar üçün nə etsək, yenə də azdır.
Bəli, Sumqayıt həqiqətən gündən-günə gözəlləşir, öz simasını dəyişir. Son illər onun haqqında dünya mətbuatında kifayət qədər materiallar dərc olunmuş, onu ürəkdən vəsf etmişlər. Bu, sumqayıtlıları ruhlandırır, daha fədakar olmağa, əzmkarlıq göstərməyə sövq edir. İnanıram ki, Sumqayıtın gələcəyi daha parlaq və gözəl olacaq. Çünki Sumqayıtı qurub-yaradanlar əsl Sumqayıtın təəssübkeşləridir.







Bölməyə aid digər xəbərlər
ŞƏHƏRİMİZİ TƏMİZLƏYƏNLƏRƏ MİNNƏTDARIQ
Ulu öndərin vaxtilə “Kiçik Azərbaycan” adlandırdığı Sumqayıt artıq müasir sənaye və mədəniyyət mərkəzinə çevrilməkdədir. Prezident İlham Əliyevin təşəbbüslərinə əsasən şəhərimizin inkişafı ilə bağlı çox müasir layihələr həyata keçirilir. Son illərdə Sumqayıtda kompleks yeniliklərin tətbiqi dönməz xarakter alıb. Quruculuq sahəsində yetərli təcrübəsi olan Zakir Fərəcov şəhərə icra hakimiyyəti başçısı təyin edildikdən sonra sənayenin dirçəldilməsi, sosial sferanın təzələnməsi tədbirləri, necə deyərlər, bütün cəbhə boyu aparılmağa başlayıb.Ötən əsrin ortalarında Sumqayıt onu qurub-yaradanların arzularının ünvanı idi, indi isə yarım milyona qədər əhalinin tale şəhərinə çevrilib. Onu Xəzər sahilindəki boz çöllüyə ürəklərində gətirən inşaatçılar ev-ev, küçə-küçə yer üzünə köçürərək gözəl bir şəhər yaradıblar.
Nə danım, Zakir Fərəcov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra Sumqayıtda yeni quruculuq işləri aparılmağa başlanıldı. Dam örtükləri dəyişdirildi, liftlər yeniləri ilə əvəz olundu. Sumqayıtda möhtəşəm Heydər Əliyev mərkəzi yaradıldı, heykəli ucaldıldı, yeni şahmat və musiqi məktəbi tikildi. Nəqliyyat departamentinə yeni bina ayrıldı. Yaraşıqlı, müasir tələblərə cavab verən mehmanxanalar öz qapılarını qonaqların üzünə açdı. Bir sözlə Sumqayıt özünün ikinci həyatını yaşayır.
Sumqayıtın ən böyük məhəllələrindən biri olan 48-ci məhəllənin nə zaman salındığını dəqiq deyə bilmərəm. Ancaq şəhərimizin gözlliyinə gözəllik qatan məhəllələrdən biri olduğunu ürəklə deyə bilərəm. Demək olar ki, hər gün yolum bu məhəllədən keçir. Məhəllənin təmizlik işçiləri günəş doğmamışdın işlərinin başında olar və məhəllənin təmizliyi üçün əllərindən gələni edərlər. Onlar axşamdan yerə atılmış zibilləri, çöpləri təmizləyər, sakinlər işə gedən zaman isə məhəllələrinin necə təmiz olduğunu öz gözləri ilə görər və bu işi görənlərə minnətdarlıqlarını dilə gətirirlər.
Belə ki, şəhərin 20 saylı Mənzil İstismar Sahəsində işləyənlər də öz ürək sözlərini belə dilə gətirdilər:
-Bu gün Sumqayıtda və eləcə də 48-ci məhəllədə genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla həyata keçirilməkdədir. Xatırladaq ki, Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq layihələrindən biri də «Abad məhəllə” layihəsi olub. Layihə çərçivəsində həyata keçirilən tədbirlər, yenidənqurma və tikinti-quruculuq işləri şəhərin ümumi görkəmini son dərəcə dəyişib. Layihəyə uyğun olaraq mikrorayonlarda və məhəllələrdə yeni istirahət parkları istifadəyə verilib, həmçinin bu parklarda səliqə-səhman yaradılıb. Binaların qarşısında sakinlərin istrahəti üçün oturacaqlar quraşdırılıb, küçə və məhəllədaxili yollara asfalt örtüyü döşənib. Müasir küçə fənərləri vasitəsilə yolların işıqlandırılması vətəndaşların ürəyincədir. Qısa müddət ərzində şəhər ərazisində xeyli sayda müasir və abad məhəllə yaradılıb. Həmin məhəllələrdəki yaşayış binalarının fasadları yenilənib, pilləkən qəfəsləri müasir daş üzlükləri ilə üzlənilib, giriş qapıları kodlaşdırılıb. Həyətlərdə istirahət köşkləri, oturacaqlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb. Bu cür məhəllələrdə lazımi avadanlıqla təchiz edilmiş müasir xeyir-şər evləri sakinlərin istifadəsinə verilib. Mikrorayon və məhəllə daxili yollar asfaltlanıb, əhalinin qaz, su, işıq problemləri aradan qaldırılıb. Bakı-Sumqayıt yolunun rayon ərazisindən keçən hissəsinin ətrafında salınmış yaşıllıqlar şəhərin şimal hissəsinə xüsusi gözəllik verir. Magistral yolun kənarı abadlaşdırılıb, yola yaxın evlərin fasadları və dam örtükləri yenilənib. Ümumilikdə, “Abad məhəllə” layihəsi Sumqayıt sakinlərinin asudə vaxtlarınını səmərəli keçirilməsinə şərait yaradıb.
Bizim Mənzil Kommunal Sahəsinin işçiləri də hər gün bir qayda olaraq məhəllənin təmizliyi ilə məşğul olur, binaların və oturacaqların dörd bir tərəfinin təmizli ilə məşğul olurlar. Zibil yeşiklərinin yanına atılmış zibilləri təmizləyər və vaxtında daşınmasına nəzarət edərlər. Məhəlləin hər tərəfində və hər gün təmizlik, abadlıq işləri həyata keçirilir. Bu işlər məhəllənin ekoloji təmizliyinə çox böyük fayda verir. Təmizlik işləri, qeyd etdiyimiz kimi, kütləvi xarakter alıb. Onlarla insanın təmizliklıə məşğul olduğunu desək yanılmarıq. Müxtəlif ərazilər hər gün təkrar-təkrar süpürülür, yerə atılan tullantılar yığışırılır, rayonda yaşıllığın qorunmsı üçün ağaclara aqronomik qulluq göstərilir. Ən yaxşı hal isə odur ki, küçələri, parkları, səkiləri təmiz görən sakinlər bu yerləri bir daha zibilləmirlər. Sakinlərin əksəriyyəti tullantıları zibil qutularına atırlar. 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi Anar müəllim də bu işə şəxsən özü nəzarət edər, məhəllənin təmizliyi üçün, əkilmiş gül kollarının vaxtında suvarılması üçün işçilərə göstərişlərini verər. Biz də təbii ki, verilən tapşırıqları vaxtında yerinə yetirməyə çalışırıq.
Yeri gəlmişkən onu da deyim ki, Mənzil Kommunal Sahəsinin rəisi Anar müəllim ehtiyatda olan mayordur. Azərbaycanda və dünyada tanınan general A.Abbasovun nəvəsidir. Anar müəllim hərbiçi ailəsində dünyaya gəlib. Bir hərbiçi kimi də vətənini,, torpağını sevir. Xalqına xidmət etmək onun ən böyük vəzifəsidir. Hər zaman da rəhbərlik etdiyi ərazinin sakinlərini mehriban qarşılayar və gülə-gülə də yola salar. Anar müəllim qısa müddətdir ki, 20 saylı Mənzil Kommunal Sahəsinə rəhbərlik edir. O, bu qısa müddət ərzində öz mehriban münasibəti ilə, səmimi və qayğıkeşliyi ilə hər bir kəsin rəğbətini qazana bilmişdir. Ərazidə yaşayan şəhid ailələrinə və qazilərə xüsusi qayğısı vardır. Onların hər bir istəyini anındaca həll edər. Anar müəllim deyir ki, şəhidlərimiz və qazilərimiz bizi qara gündən ağ günə çıxardanlarımızdır. Onlar üçün nə etsək, yenə də azdır.
Bəli, Sumqayıt həqiqətən gündən-günə gözəlləşir, öz simasını dəyişir. Son illər onun haqqında dünya mətbuatında kifayət qədər materiallar dərc olunmuş, onu ürəkdən vəsf etmişlər. Bu, sumqayıtlıları ruhlandırır, daha fədakar olmağa, əzmkarlıq göstərməyə sövq edir. İnanıram ki, Sumqayıtın gələcəyi daha parlaq və gözəl olacaq. Çünki Sumqayıtı qurub-yaradanlar əsl Sumqayıtın təəssübkeşləridir.








Tarix: 3-08-2022, 07:00 Oxunub: 89
Bölməyə aid digər xəbərlər
31-07-2022, 10:56
Təmizlik evimizdən başlayır
8-05-2022, 12:45
Sumqayıt doğma şəhərimizdir
7-05-2022, 18:33
Sumqayıtn fıxri vətəndaşı
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
26-09-2020, 11:55
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
22-09-2020, 09:30
Elmlər Akademiyası ölkənin sürətli inkişafı ilə ayaqlaşırmı? - bu sual açıq qalır...
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
8-09-2020, 17:02
Yüksək vəzifəyə təyin olunan Vasif Eyvazzadə kimdir? - DOSYE
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
















