Milli və mənəvi dəyərlərimizin təntənəsi: Novruz və Ramazan birlikdə qeyd olundu...
Qubadlı rayon B. Əsgərov adına Xələc kənd tam orta məktəbində xalqımızın milli və dini dəyərlərini özündə birləşdirən Novruz və Ramazan bayramları münasibətilə xüsusi tədbir keçirilmişdir. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər böyük həvəslə iştirak etmişlər.
Şagirdlər Novruzun adət-ənənələrini əks etdirən çıxışlar nümayiş etdirmiş, Kosa və Keçəl obrazları ilə səhnəciklər təqdim etmişlər. Milli rəqslər, şeirlər və musiqi nömrələri tədbirə rəng qatmış, bayram süfrəsi isə Novruza xas şirniyyatlarla bəzədilmişdir.
Eyni zamanda Ramazan ayının mənəvi dəyərlərindən bəhs olunmuş, bu müqəddəs ayın insanlara səbir, mərhəmət və yardımlaşma hisslərini aşıladığı vurğulanmışdır. Şagirdlər Ramazan mövzusunda çıxışlar və təqdimatlar da nümayiş etdirmişlər.
Tədbirin əsas məqsədi şagirdlərə həm milli, həm də dini dəyərlərimizi aşılamaq, onların mənəvi dünyasını zənginləşdirmək olmuşdur.
Sonda məktəb rəhbərliyi bütün iştirakçılara təşəkkür etmiş, hər kəsi Novruz və Ramazan bayramları münasibətilə təbrik etmişdi.
Lalə Fərhad qızı
Bölməyə aid digər xəbərlər
















