11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Baharın müjdəsi Novruz
Bölməyə aid digər xəbərlər
![]() |
| Xalqımızın ən gözəl milli bayramı - Novruz bayramının artıq üçünçü çərşənbəsini də yola salmışıq. Novruz bayramı haqqında nə bilirik? Novruz bayramı xalq arasında təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruzun gəlişi ilə təbiətin, həyatın oyanması başlanır. Bu fikrin təsdiqinə Firdovsinin, Rudakinin, Avitsennanın, Nizaminin, Sədi Şirazi və Hafiz Şirazinin, Ömər Xəyyamın əsərlərində, həmçinin "Dədə Qorqud" dastanında da rast gəlinir. Nizaminin "Siyasətnamə"sində, Xəyyamın "Novruznamə"sində Novruz bayramı haqqında söhbət açılır. Novruz bayramına bir ay qalmış, hər həftənin ikinci günü su, od,yel, torpaq çərşənbəsi (bəzən Torpaq çərşənbəsinə Yer çərşənbəsi də deyirlər) adı ilə böyük şadyanalıqla qeyd edilir, əsl bayramın gəlişinə hazırlıq görülür. Novruz çərşənbələrinin belə ardıcıllıqla düzülməsinin mənası budur ki, yəni, dünya əvvəlcə başdan-başa SU ilə örtülü olub, sonra OD, yəni Günəş gəlib SUYU buxarlandırmağa başlayıb, YEL BABA isə bu prosesi daha da sürətləndirib, nəticədə TORPAQ görünməyə başlayıb. Novruzun tarixi kökləri, ümumiyyətlə təbiət hadisələrinə söykənir. Hər bir çərşənbə bayramının öz ritualları, yəni mərasimləri, ayinləri, öz əyləncələri var. Su çərşənbəsi adlanan birinci çərşənbə, bir qayda olaraq, fevral ayının son həftəsindəki çərşənbədə qeyd edilir. İnanclara görə, bu çərşənbədə sular, su mənbələri oyanır, hərəkətə gəlir, təzələnir. Od çərşənbəsinə el arasında "Üsgü" çərşənbə və ya "Addı çərşənbə" də deyirlər. Həmin gün tonqallar qalanır və insanlar onun üzərindən atılmaqla, çirkabları, azar-bezarları sanki oda atıb yandırırlar. Qədimlərdə Novruz tonqallarını dağların başına çıxıb orada qalayarlarmış... Od çərçənbəsi ilə bağlı olan adətlər insanların günəşə, oda olan müqəddəs inamından yaranıb. Yel çərşənbəsində ən çox işlənən ifadə "Yel əsdirəni söyməzlər" xalq deyimidir. Yel, külək müqəddəs sayılan təbiət hadisəsidir. Torpaq çərşənbəsində, yəni axırıncı çərşənbədə hamı bir-birilə bayram sevincini paylaşır, ancaq yaxşı sözlər, ən xoş arzular dilə gətirilir, insanlara səadət, xoşbəxtlik arzulanır, küsülülər barışır. Özünün ayrı evi-eşiyi olan böyük övladlar yaşlı valideynlərinə, kiçiklər böyüklərə, qohumlar, qonşular bir-birinə baş çəkirlər, qonaq getdikləri evlərə əllərində bayram sovqatı aparırlar. Axırıncı çərşənbədə insanlar dünyadan köçən doğmalarının məzarlarını ziyarət edir, onların xatirələrini adlarını çəkmədən xoş sözlərlə yad edir, bayram xörəyinə duz səpəndə onların ruhuna rəhmət diləyirlər. Novruz bayramına qədər artıq torpaqdakı bitkilər də canlanır, cücərir, ağaclar tumurcuq açırlar. Bütün bunlar baharın gəlişindən xəbər verir. İlaxır çərşənbədə süfrələrə aş, paxlava, şəkərbura, şirinçörək, şorqoğalı, badambura, dənli bitkilərdən, əsasən buğdadan qovrulmuş qovurğa, qurudulmuş meyvələr, xurma, badam, püstə, qoz, fındıq və digər ləziz nemətlər düzülür. Novruz süfrəsi üçün hazırlanan xörəyə "S" hərfi ilə başlanan 7 adda ərzaq az da olsa əlavə edilməlidir: Su, sarıkök, sumaq, süd, sirkə, səbzə, soğan kimi bu əlavələrin hər biri rəmzi məna daşıyır. Səməni, səməni halvası, rəngbərəng boyanmış yumurtalar, al-əlvan şamlar, müxtəlif çeşidli şirniyyatlar, qurudulmuş meyvələr, bir sözlə, ən ləziz nemətlər Novruz xonçasının, Novruz süfrəsinin bəzəyidir. İnanclara görə bayramda ailənin hər bir üzvünün adına yumurta boyanmalı, ayrıca şam yandırılmalı, kiçik güzgülər qoyulmalıdır. Bunların xalq arasında yozumu belədir: Şam oddur, işıqdır- o, insanları bədnəzərdən qoruyur, güzgü həm müqəddəs günəş şüalarını özündə əks etdirən əşyadı, həm də aydınlıq rəmzidi, yumurta isə bədlik gətirən hər şeyi üzərindən atmağa, kini-küdurəti içində saxlamamağa işarətdir. Novruzda səməni göyərtmək məhsuldarlıq, bərəkət rəmzidir. Novruz süfrəsinin sonunda ailənin böyüyü əlinə qayçı götürüb: "Səməni, saxla məni, İldə göyərdərəm səni" deyərək göyərtdiyi səməninin başından bir qədər qayçılayır. Sonra qayçını evdə özündən kiçiyə ötürür. Bütün ailənin yaşca ən kiçik üzvünə qədər hamı bu hərəkəti təkrar edir. Bayramdan bir neçə gün sonra isə başı qayçılanmış səmənini axar suya atırlar. Bayramın ilk günü hər kəs mütləq öz evində olmalı, öz çırağını yandırmalıdır. Hər ailə öz halal süfrəsinin başına yığışmalıdır. Qohum-əqrəbasına, doğmalarına, yaxınlarına baş çəkməyə gedənlər də mütləq elə həmin gün öz evinə, öz ocağına qayıtmalıdır. Xalq oyunları, nağıllar, hekayələr, dastanlar, lətifələr, hətta yumorlu məsxərələr Novruzun bayram çələngidir. Xalq oyunlarından "Xıdır İlyas" məhsuldarlıq, təbiətin çiçəklənməsi, "Cütçü" mərasimi torpağı oyatmaq, diksindirib cana gətirmək, "Kos-kosa", "Meydan" baharın gəlməsi əhvali-ruhiyyəsi və şənlik, şuxluq, zarafat, məzhəkə ovqatı yaratmaq məqsədi daşıyan xalq tamaşalarıdır. İlaxır çərşənbəyə qədər evlərdə, bağ-bağçalarda təmizlik işləri aparılır, hər yer silinib-süpürülür, səliqəyə salınır. Axırıncı çərşənbədə və Novruz bayramı axşamında evlərin, həyət bacaların hər bir tərəfinə məşəllər sancılır, ocaqlar qalanır. Çatılan tonqalların şölələri gecə göy üzünü əsrarəngiz gözəlliyə qərq edir. İnanclara görə, hər ailə yeddi yerdə ocaq qalamalı, ailənin hər bir üzvü "Sarılığım sənə, qırmızılığım mənə", həmçinin "Ağırrığım, uğurruğum burda yansın" deyib, ya yeddi tonqalın hər birinin üzərindən bir dəfə, ya da bir tonqalın üzərindən yeddi dəfə keçməlidir. Novruz bayramından sonrakı ilk dörd gündə təbiət hər gün bir dona düşür. Bayramın ertəsi gün yaz gününə, ondan sonrakı gün yaya, üçüncü gün payıza, dördüncü gün isə qış gününə bənzəyir. Bundan sonra təbiət öz normal axarına davam edir. Qarşılayın, bahar müjdəli Novruz gəlir. Yurdumuza, elimizə, evimizə mehribançılıq, barış, bərəkət, xoş ovqat gətirən Novruz Bayramımız Mübarək! Mahir Hümbətov, Yeni Azərbaycan Həyatı İnformasiya portalının rəhbəri |
Tarix: 19-03-2024, 10:35 Oxunub: 124
Bölməyə aid digər xəbərlər
19-03-2024, 10:07
Novruz gəlir, yaz gəlir - Novruz bayramınız mübarək!
19-03-2024, 10:03
Novruz gəlir, yaz gəlir...
19-03-2024, 10:00
Bayramınız mübarək!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
29-12-2023, 08:30
Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 17:55
Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir - PROQNOZ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI

















