Bahar gəlişi ilə elimizə,obamıza təravət gətirir. Bu, təravət bizim ruhumuzu isidir,bizə sevinc bəxş edir.İnsanlar bahar fəslini çox sevirlər.Çünki bu fəsildə hamımızın şıltaq uşaq sevinci ilə gözlədiyimiz bir bayramı qarşılayırıq. Bu, Novruz bayramıdir
Novruz bizə ən əziz, ən doğma bayramdır.Bu bayram bir çox adətləri ilə yadda qalıb. Novruzun gəlişi evlərimizə sevinc, şadlıq gətirir.Küsülülər barışır.Hamı istəyir ki,bayramı daha yaxşı, fərəhlə qarşılasın.Ona görədə hər evdə xüsusi novruz hazırlıqları gedir.Növbənöv bir-birindən ləzətli yeməklər, şirniyatlar hazırlanır, xonçalar bəzənir, bolluq rəmzi olan səməni cücərdilir.
Novruzda yaddaqalan adətlərdən biri də çərşənbələri qeyd etməkdir.Hər çərşənbə özünəməxsus şəkildə qeyd olunur. Adəti üzrə od çərşənbəsində tonqal qalanır, xalq tonqal başına toplaşaraq odun üstündən atılaraq ağırlıqlarının köhnə ildə qalmasını diləyirlər, digər bir adətə görə isə evlərə papaq atılır, qapı pusulur, qızlarımız qulaq falına çıxırlar.Novruz yeni gün deməkdir. Baharın ilk günüdür. Həmçinin bu bayram halallıq, bolluq, təmizlik bayramıdır.Novruza hələ bir ay qalmış insanlar təmizlik işləri görürlər.Bayrama hazırlıq hər bir evdə duyulur.
Novruz adətlərindən biri də bayram axşamı hər kəsin evində olmasıdır. Deyilənə görə, əgər Novruzun ilk günündə evində olmasa yeddi il evindən uzaq düşürsən.Novruz bayramının maraqlı atributlarından biri də Keçəl və Kosadır.Bir-biri ilə yola getməyən Kosa ilə Keçəl bayrama xüsusi maraq qatır.Novruzun milli bayram kimi keçirilməsinə görə 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.Bu bayram ölkəmizdə geniş miqyasda keçirildiyi kimi, digər ölkələrdə də İranda,Türkmənistanda, Tacikistanda,Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.
Maraqlıdır ki, Novruz bayramına aid şeirlər,mahnılar uşaqlar tərəfindən sevilə-sevilə oxunur,el şənlikləri təşkil olunur. Kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirirlər, adlarını çəkdiyimiz Kosa və Keçəl komik tamaşalar göstərirlər.Kosa qışı, Keçəl isə yazı simvolizə edir.Kənd yerlərində bir-birindən maraqlı yarışlar təşkil olunur.
İllərlə Azərbaycan xalqının bir arzusu olmuşdur.Novruzu işğal altında olan torpaqlarda qeyd etmək.Artıq böyük qürür və fərəh hissi ilə biz bayram tonqalını 30 ildən sonra Şuşada yandıra bildik 44günlük Vətən müharibəsindən üzüağ çıxan ordumuz və Ali Baş Komandanımız İlham Əliyevin apardığı uğurlu siyasətinin nəticəsində xalqımız bu sevinci yaşadı.
Bayramınız mübarək,əziz xalqım!
Beyləqan şəhəri, Notariat
Bölməyə aid digər xəbərlər