11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Novruz gəlir, yaz gəlir - Novruz bayramınız mübarək!
N
ovruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab olunur.
Havalar isinir. Torpaq qış yuxusundan oyanır. Ağaclar tumurcuqlamağa başlayır. Ətraf yaşıllaşır. Quşların cəh-cəhi aləmi bürüyür. Budur, bahar gəlir. Dünya təzələnir. Bu canlanmanı, yenidən doğulmanı , başdan təzələnməni necə bayram etməyəsən?
Axı qışın bitməsi ilə açılan yeni sabah özü ilə yeni gün, yeni ruh, yeni növraq gətirir. Artıq fevral ayından başlayaraq, çərşənbələr bir-birini əvəz edəndə insan ruhu coşub-daşır, sanki qocalıqdan cavanlığa, köhnəlikdən təzəliyə üz tutur.
Bəli, baharın gəlişi insan ruhunu qanadlandırır. Təkcə insanlar deyil, sanki bütün canlılar sevinir, qol-qanad açır. Ta qədim zamanlardan bəri bahar öz gəlişi ilə yurdumuzda toy-bayramla qarşılanır. İnsanlar Novruzun-yeni günün gəlməsini fərəhlə qeyd edirlər. Novruz təkcə Azərbaycanda deyil, demək olar, dünyanın hər yerində keçirilən qədim tarixə malik olan bayramlardandır. Çünki bu bayram bütün türk xalqlarının milli bayramıdır.
Qədim tarixi adət-ənənələri özündə əks etdirən Novruz əsrlərdir ki, milliliyə bağlılığı, birliyi təbliğ edir. Novruz bayramında həyət-bacalarda tonqal qalanması, od-ocağın müqəddəs hesab olunması, səməni cücərdilməsi bizi tarixin lap dərin qatlarına aparıb çıxarır. “Avesta” dövrünə. Bəlkə, ondan da əvvələ. İlin axır çərşənbəsində od üstündən tullanmaq mərasiminin də Zərdüştdən xeyli əvvələ gedib çıxdığını söyləmişdir. Novruzun mənşəyini araşdırsaq, görərik ki, onun türk xalqları tərəfindən qeyd olunması çox qədim dövrlərdən başlanıb. Novruzun koklərinin daha dərin qatlara gedib çıxdığını faktlarla göstətən zaman Qobustan qayaüstü rəsmlərindəki Günəşi qarşılama arxaik ritual təsvirlərini də unutmamalıyıq.
Orta əsrlər Azərbaycan ədəbiyyatında da baharla, Novruzla bağlı məlumatlara rast gəlmək mümkündür. Klassiklərimizdən istər Nəsiminin, istər Füzulinin, istərsə də Xətainin yaradıcılığında baharın gəlişi ilə, Novruzla bağlı əsərlər vardır.
Yazdığım “Novruz gəldi, yaz gəldi" adlı şeirimdə baharın gəlişininin insanlarda doğurduğu xoş ovqatdan, çayların aşıb-daşmasından, təbiətin oyanışından, Azad olunmuş torpaqlarımızda köhnə dünyanın yeni xələt geyməsindən söhbət açıram:
Novruz gəldi, yaz gəldi,
Hər bir fəsil gözəldir.
Yurddan xoş avaz gəldi,
Bahar, əsil gözəldir.
Ağaclar çiçək açar,
Çiçəklər ətir saçar,
Dağlada cüyür qaçar,
Bahar, əsil gözəldir.
Zirvədə qartal uçar,
Arılar gülə qaçar,
Yaşıllaşar yamaclar,
Bahar, əsil gözəldir.
Yuva qururlar quşlar,
Durnalar, qaranquşlar,
Çaylar sellənir, daşır,
Bahar, əsil gözəldir.
Ceyran, həm cüyür mələr,
Ölkəmizdə yoxdu nələr?
Hər yan gülə bələnər,
Bahar, əsil gözəldir.
Yağış yağar çay daşar,
Ədalət şeir qoşar,
Novruz gəlcək yaz coşar,
Bahar, əsil gözəldir.
Xətainin istər məşhur “Dəhnamə” poemasının “Bahariyyə” parçasında, istərsə də “Bahar oldu ko, aləm gülşən oldu” qəzəlində gül fəsli bütün əsrarəngiz gözəllikləri ilə insanın gözü önündə canlanır. Təbiət lövhələrinin bu cür poetik dillə ifadəsi oxucuda xoş ab-hava yaradır:
Bahar oldu ki, aləm gülşən oldu,
Gözün aç, gör nə rövşən oldu.
Demək olar ki, bütün dövrlərdə söz sənətkarlarımız baharın gəlişinə, Novruza aid əsərlər yazmışlar. El ruhunu özündə yaşadan Novruzu ulularımızın adət-ənənələrimizə bağlılığında,söz adamlarımızın milli düşüncəsində qoruyub saxlayaq, gələcəyə ötürək:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu.
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Azərbaycan xalqını və ümumiyyətlə Türk dünyasını Novruz Bayramının gəlişi ilə təbrik edirəm. Bayramınız mübarək!
Bölməyə aid digər xəbərlər

Ədalət Əroğlu,
AJB və AYB-nin üzvü,
hüquqşünas
Tarix: 19-03-2024, 10:07 Oxunub: 306
Bölməyə aid digər xəbərlər
19-03-2024, 10:00
Bayramınız mübarək!
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
29-12-2023, 08:30
Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 09:20
“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 21:03
Prezident İlham Əliyev: “Mən demişəm, onlar ermənilərdən də pisdirlər”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU