12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
HAQLI OLAN YERDƏ HAQSIZ NEYLƏYƏ BİLƏR Kİ...

BELƏ  HAQSZLIQLAR DA OLARMIŞ...

Deyirlər insan gündə bir təzə söz eşitməsə qulağı kar olar. Bizim  isə qulaqlarımız təzə söz eşitməkdən o qədər kar olub ki, müalicəylə də mümkün deyil. Bəzən insan aynanı qarşısına qoyub bir uzaqdan yad gözlərlə özünə baxmağa elə ehtiyac duyur ki, bunu sözlə ifadə etmək çox çətindir. Başqa gözlə insan özünə baxanda öz günahlarını, öz səhvlərini daha tez görər məncə. Çünki başqasının günahını və ya səhvini tez görmək bizdə adət halını almışdır. Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır kəlamı kimə məxsusdursa, Allahdan ona rəhmət diləyirəm.
Bəli, ayna hər kəsin səhvini özünə göstərsə də, bəzi insanlar var ki, onlar öz səhvlərini görsələr də, görməməzlikdən gəlirlər. 
Uzatmayaq, bir neçə il bundan əvvəl Yanvar dayı qəpik-qəpik yığdığı pulu verib Sumqayıt qəbiristanlığı tərəfdən 3 sot torpaq alıb ki, bəlkə bir azadlığa çıxa, bir rahatçılıq tapa.Ancaq nədənsə bütün dərdlər də gəlib kasıbı tapır. Yanvar dayı birini tapanda birini tapmayıb və nəhayət iki il müddətə evini yarı-yarımçıq tikdirə bilib. Düzdü evin dam örtüyü hələ də vurulmayıb. Bir neçə il bundan əvvəl pulunu verib aldığı torpağın yiyəsi indi meydana özünü atıb ki, bu torpaq mənimdir. Yanvar dayı da çarəsiz üzünü tutub mühafizə orqanlarına. Maraqlı burasıdır ki, Yanvar dayı torpağı öz iş yoldaşı Validə xanımdan alıb.  

[media=https://www.youtube.com/shorts/ZkNUs1Xbfgo]


Tarix: 17-06-2025, 11:05 Oxunub: 27


Bölməyə aid digər xəbərlər