AD GÜNÜN MÜBARƏK!
Dünən 365 gün ictimai-siyasi qəzetin müxbiri Elvin Rzayevin doğum günü idi. Bu münasibətlə onu təbrik edir, haqqında iki, üç kəlmə xoş söz deməyi özümə borc bildim.
Elvin bəy bir neçə il bundan əvvəl bizim kollektivə qoşularaq bizimlə işləmək istədiyini bildirdi. Təbbii ki, bu cavan oğlanın özündən razı halda müraciəti məni heyrətləndirdi. Dedim ki, bu sahənin uğurları qədər daşlı-kəsəkli yolları da var. Sən bu yollarda büdrəmədən addımlaya bilcəksənmi?
Elvin bəy mənə dedi ki, hər bir sahənin uğurları olduğu qədər çətinlikləri də var. Mən heç bir zaman asan işdən yapışan olmamışam, əksinə hər zaman işin ağır olan tərəfinə can atmışam. Düzdür, mən indi jurnalistika sahəsində kurs keçmişəm, yen-yeni bu sahədə addımlamağa can atıram. Ancaq mən bu sahədə az-çox insanların xeyrinə yarayacamsa, bunun özü elə mənə uğurdur.
Doğrusu əvvəlcə bu sözlər məni o qədər də cəlb etmədi. Ancaq zaman keçdikdən sonra Elvinin nə qədər məsuluyyətli, problemləri yerindəcə həll etmək bacarığını görəndən sonra belə bir fəal gənclə işlədiyim üçün sevindim. Heç bir çətinlikdən qorxmadan, haqqı, ədaləti təmsil edən bu fəal gənc yaşadığı qəsəbəini hər bir problemini həll etməyə can atır və bu istiqamət də də uğurlar qazanır.
Belə bir ideal gənci bu gün ad günü münasibəti ilə kollektivimizin adından təbrik etmək məni çox sevindirdi. Eyni zamanda belə bir gənclə işlədiyimiz üçün kollektivimiz də çox razıdır.
Bəli, Elvin haqqında çox danışmaq olar, onun həllinə çalışdığı problemlərn uğurlarından çox söhbət aşmaq olar. Ancaq bu ayrı bir mövzunun söhbətidir. Bu gün isə Elvini erəkdən təbrik edir, ona sonsuz uğurlar arzulayırıq. Uğurların daim olsun Elvin. Bir daha ad günün, doğum günün mübarək!
Bu təbrikə "İzzət" MMC hüquq və tədris mərkəzinin kollektivi də qoşulur və sizi ürəkdən təbrik edirlər. 100 yaşınızı da övladlarınızla birgə qeyd etməyi arzulayırlar.
Hörmətlə:
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər
















