12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
TƏBRİK EDİRƏM

              AD GÜNÜN MÜBARƏK!


    Bu gün Sevda xanımın doğum günüdür, dünyaya gəliş günüdür. Bu münasibətlə gözəl xanımı təbrik edir, haqqında iki, üç kəlimə xoş söz demək istəyirik.
Sevda xanım, səni tanıdığımız elə bir uzun dövrü əhatə etmir. Bu qısa zaman ərzində sənin nə qədər səmimi, mehriban, özü bir, sözü bir xanım olduğunu gördük. Uşaqla uşaq olmağı, böyüklə böyük olmağını gördük. Bilirik ki, sən bir haqsızlığa necə deyərlər uğramısan. Ancaq əminik ki, ədalət hər zaman qalib gəlir və sən də bu imtahandan qalib kimi çıxacaqsan.
Sən gözəl övladları olan anasan, nənəsən. Vətəni qorumaq üçün övladın 44 günlük müharibənin iştirakçısı olub. Verdiyin tərbiyə, göstərdiyin qayğı, vətənə sevgiləri, torpağa bağlılıqları övladlarının da gözlərində görünür, onlar vətənə layiq torpağa sevgi ilə böyüyüblər. Sən çox xoşbəxt anasan ki, sənin belə tərbiyəli, mədəni, torpaq, el-oba sevən övladların var. 
Sevda xanım!
Bu gün sənin ad günündü. Səni yaxından tanıyan bir insan kimi bu gözəl gününü təbrik edirəm. O gün olsun ki, sənin bütün ad günlərin sənə uğurlar gətirsin. Üzündə heç bir vaxt kədər izləri dolaşmasın. Nəvələrinlə, övladlarınla birgə günəşli günlərə doğru addımlamağınızı arzu edirik. Bir daha ad günün mübarək, gözəl insan, gözəl xanım.


"İzzət" MMC hüquq xidməti və tədris mərkəzinin kollektivi də bu təbrikə qoşulur, sizi ürəkdən təbrik edirlər.



Səni sevənlər adından 
hörmətlə:               Tahirə Həbliyeva



Tarix: 20-02-2025, 12:33 Oxunub: 63


Bölməyə aid digər xəbərlər
7-03-2021, 22:45 Təbrik edirəm!