11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
Müsa
hibim 19 ildən çoxdur ki, Lenkaran Dövlət Universitetində işləyən Zenfira xanım Nasirlidir. Zenfira xanım uzun illərdir ki, dövlətimizin və gələcəyimizin təməlini qoyan tələbələrimizin biliklənməsi istiqamətində yorulmadan çalışır. O, torpaqlarımızın azad olunmasında əməyi olan və bütün əsgərlərimizin vətənpərvər böyüməsində müstəsna xidmətləri olan bir xanımdır. Zenfira xanımın oğlu Toğrul Nəsirli də torpaqlarımızın azad olunmasında yaxından iştirak etmiş və dəfələrlə düşmənlə üz-üzə gələrək onları məhv etməyə nail olmuşdur. Bir neçə dəfə yaralanan Toğrul Nəsirli sağalar-sağalmaq yenidən cəbhə bölgəsinə qayıtmışdır. Elə Zenfira xanımla da söhbətimizə torpaqlarımızın azad olynmasından başlayırıq.
-Bəli, müəllim əməyi danılmazdır, müəllim əməyi çəkiyə gəlməz bir əməkdir. Elə bunun üçün də mərd əsgərlərimiz qorxmadan düşmənin gözünün içinə dik baxaraq Qarabağımızı azad etdilər. Qarabağın azad olunması bizim əsl Qarabağ bayramımız oldu. Mən elə bilirəm ki, bundan sonra 8 noyabr bizim əsl bayramlarımızın başında duran bir bayram olacaq.
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.
Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Bəli, nə qədər zərər vurulsa da, bu torpaqlar artıq bizimdir, bizim olaraq da qalacaqdır. Mən dəfələrlə döyüş bölgələrində olmuşam. Bizim evimiz də dağılmışdı. Prezidentimiz bizə geniş bir ev verdi. Və mən gec də olsa, öz minnətdarlığımı bildirirəm. Allah Ali Baş Komandanımızı daim var eləsin.
Oğlum Nəsirli Toğrul döyüş bölgələrində düşmənə qarşı mübarizə aparıb. Mən bu gün çox sevinirəm ki, torpaqlaımızın azad olunmasında mənim oğlumun da payı var. Oğlum döyüşdə göstərdiyi igidliyə görə fəzri fərmanlara, diplom və medallara layiq görülmüşdür. Bu gün oğlum qazidır, lakin buna baxmayaraq ehtiyac olarsa yenidən cəbhəyə getməyə hazır olduğunu da mən yaxşı bilirəm. İnşallah 30 il həsrətində olduğumuz torpaqlarımızda, Qarabağımızda, Şuşamızda yenidən şəhərlər salınacaq və o torpaqdan qovularaq 30 il qaçqın kimi yaşayanlar yenidən dədə-baba yurduna qayıdacaq və dəd-babalarının məzarlarını ziyarət edəcəklər.
R.S.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1980-ci ildə Sumqayıt şəhər 25 saylı orta məktəbi bitirmiş və həmən ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsinə daxil olmuşdur. 1983-cü ildən Azərbaycan kommunal layihə İnstitutunun Sumqayıt filialında, 1986- cı ildən Lənkəran filialında mühəndis, 2005-ci ildən 2012 –ci ilə qədər Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mühəndis, 2012-ci ildən 2016-cı ilin iyun ayına qədər Təchizat üzrə mühəndis, 2016-cı ilin iyul ayından hal-hazıra kimi təchizat üzrə mütəxəssis vəzifəsində çalışır.
Elmira Özdən
Bölməyə aid digər xəbərlər
QARABAĞIN AZAD OLUNMASINDA
MƏNİM TOĞRULUMUN DA PAYI VAR
Müsa
hibim 19 ildən çoxdur ki, Lenkaran Dövlət Universitetində işləyən Zenfira xanım Nasirlidir. Zenfira xanım uzun illərdir ki, dövlətimizin və gələcəyimizin təməlini qoyan tələbələrimizin biliklənməsi istiqamətində yorulmadan çalışır. O, torpaqlarımızın azad olunmasında əməyi olan və bütün əsgərlərimizin vətənpərvər böyüməsində müstəsna xidmətləri olan bir xanımdır. Zenfira xanımın oğlu Toğrul Nəsirli də torpaqlarımızın azad olunmasında yaxından iştirak etmiş və dəfələrlə düşmənlə üz-üzə gələrək onları məhv etməyə nail olmuşdur. Bir neçə dəfə yaralanan Toğrul Nəsirli sağalar-sağalmaq yenidən cəbhə bölgəsinə qayıtmışdır. Elə Zenfira xanımla da söhbətimizə torpaqlarımızın azad olynmasından başlayırıq.-Bəli, müəllim əməyi danılmazdır, müəllim əməyi çəkiyə gəlməz bir əməkdir. Elə bunun üçün də mərd əsgərlərimiz qorxmadan düşmənin gözünün içinə dik baxaraq Qarabağımızı azad etdilər. Qarabağın azad olunması bizim əsl Qarabağ bayramımız oldu. Mən elə bilirəm ki, bundan sonra 8 noyabr bizim əsl bayramlarımızın başında duran bir bayram olacaq.
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.
Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Bəli, nə qədər zərər vurulsa da, bu torpaqlar artıq bizimdir, bizim olaraq da qalacaqdır. Mən dəfələrlə döyüş bölgələrində olmuşam. Bizim evimiz də dağılmışdı. Prezidentimiz bizə geniş bir ev verdi. Və mən gec də olsa, öz minnətdarlığımı bildirirəm. Allah Ali Baş Komandanımızı daim var eləsin.
Oğlum Nəsirli Toğrul döyüş bölgələrində düşmənə qarşı mübarizə aparıb. Mən bu gün çox sevinirəm ki, torpaqlaımızın azad olunmasında mənim oğlumun da payı var. Oğlum döyüşdə göstərdiyi igidliyə görə fəzri fərmanlara, diplom və medallara layiq görülmüşdür. Bu gün oğlum qazidır, lakin buna baxmayaraq ehtiyac olarsa yenidən cəbhəyə getməyə hazır olduğunu da mən yaxşı bilirəm. İnşallah 30 il həsrətində olduğumuz torpaqlarımızda, Qarabağımızda, Şuşamızda yenidən şəhərlər salınacaq və o torpaqdan qovularaq 30 il qaçqın kimi yaşayanlar yenidən dədə-baba yurduna qayıdacaq və dəd-babalarının məzarlarını ziyarət edəcəklər. R.S.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1980-ci ildə Sumqayıt şəhər 25 saylı orta məktəbi bitirmiş və həmən ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsinə daxil olmuşdur. 1983-cü ildən Azərbaycan kommunal layihə İnstitutunun Sumqayıt filialında, 1986- cı ildən Lənkəran filialında mühəndis, 2005-ci ildən 2012 –ci ilə qədər Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mühəndis, 2012-ci ildən 2016-cı ilin iyun ayına qədər Təchizat üzrə mühəndis, 2016-cı ilin iyul ayından hal-hazıra kimi təchizat üzrə mütəxəssis vəzifəsində çalışır.
Elmira Özdən
Tarix: 15-05-2022, 14:00 Oxunub: 122
Bölməyə aid digər xəbərlər
4-12-2021, 08:32
QARABAĞ AZƏRBAYCANDIR!
10-07-2021, 18:54
QARABAĞ AZƏRBAYCANDIR!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
26-05-2021, 19:00
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
29-07-2020, 23:06
“Azercell”dən növbəti keyfiyyət göstəricisi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
15-07-2020, 10:40
Bakıda möhtəşəm Orduya dəstək yürüşü və... arzuolunmaz sonluq
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
















