11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
“Gözüm aydın, döyüşmüsən!” – MERO rəisi Mübariz Əhədovdan qaziyə güllə kimi cavab

2020-ci ilin payızında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu möhtəşəm qələbə qazanaraq 30 il işğal altında qalmış torpaqılarımızı yağı tapdağından azad etdi. Bu zəfər dövlət rəhbərliyinin uzaqgörən və qətiyyətli siyasəti, silahlı qüvvələrimizin mütərəqqi texnologiyalarla təchizatı və əlbəttə ki, vətənpərvər əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində təmin olunmuşdur. Odur ki, şəhid ailələrinin, əlil olmuş, yaralanmış döyüşçülərimizin sosial rifah halının yaxşılaşdırılması kimi, evinə salamat dönmüş qalib əsgərlərin mülki cəmiyyətdə məşğulluğunun təmini də hökumətimizin diqqət mərkəzindədir. Müharibənin gedişində ordu ilə vəhdət təşkil edən xalqımızdan məmurlar da ibrət götürməli, qələbəmizə töhfə vermiş vətəndaşların önündə bürokratik əngəllər, süni manelər yaratmamalı, onların qarşısına korruptiv tələblər qoymamalıdırlar.
Amma görünür, bütün bu sadalanan məsələlərin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran şəhərindəki 5 saylı Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Mübariz Əhədov üçün bir qara qəpik qədər əhəmiyyəti yoxdur. Onu yalnız öz cibi maraqlandırır.
Redaksiyamıza müraciət edən Masallı rayonunun Miyankü kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Natiq Şirzad oğlu bildirir ki, könüllü olaraq yollandığı Vətən müharibəsinin çəkdiyi 44 gün ərzində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib, yaralanıb. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandirləri tərəfindən fəxri fərmanlarla təltif olunub. Bu təqdimatı onun müraciətinə qoşma etdiyi sənəd surətləri ilə də təsdiq olunur.
Natiq evlidir, iki azyaşlı övlad atasıdır. Mənzil və məşğulluq problemləri var, Masallının Miyankü kəndində kirayə yaşayır. Qazi kimi cəbhədən qayıtdıqdan sonra yenə də diqqətini həyati - məişət qayğılarının öhdəsindən gəlmək üçün cəmləşdirib. Peşəsi sürücülükdür, “BC” dərəcəsi daşıyır. İş axtarırkən, ona bir şirkətdə sürücülük təklif olunub. Bir şərtlə ki, “E” kateqoriyasına yiyələnsin. Onsuz da üç aydan sonra sürücülük vəsiqəsinin vaxtının bitəcəyini nəzərə alan və “E” kateqoriyasına uyğun sürücülük qabiliyyətinə də malik olduğuna güvənən Natiq Hüseynov 5 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinə müraciət edir. Onu imtahan edirlər, iddia etdiyi kateqoriyaya uyğun qabiliyyət nümyiş etdirsə də, müxtəlif bəhanələrlə, çaşdırıcı fəndlərlə imtahandan kəsirlər. Etirazını bildirmək üçün RQİTB Şöbəsinin rəisi Mübariz Əhədovla görüşür və ümid edir ki, Vətən müharibəsi qazisi olduğu üçün rəis ona qarşı haqsızlıq edilməsini rəva bilməz. Lakin şəxsən rəisin özündən eşitdiyi tələb Natiqi şoka salır: “Mənimçün maraqlı deyil sən müharibə iştirakçısısan, 1200 manat verməsən, “prava” üzünə həsrət qalacaqsan!”
Hazırda iş tapmaq üçün həmin şirkətin təklifindən başqa işıq gələn yeri olmayan Natiq Hüseynov üçün isə Mübariz Əhədovun cavabı onu öldürə bilməyən erməni gülləsindən daha betər olub.
Cənub bölgəsində “Mübariz” adına böyük rəğbət var. Bunu şərtləndirən səbəbləri sadalamaq istəmirik, yəqin müşahidəli oxucu özü nələri, kimləri nəzərdə tutduğumuzu başa düşər. Öyrəndik ki, əslən Ucar rayonundan olan Mübariz Əhədov bölgədə məlum vəzifəyə təyin olunandan sonra onun ünvanına səslənən gileyləri belə bir məyusluq ifadəsi müşayiət edir: “Heyf o daşıdığı addan!”
O da bəlirlənib ki, Mübariz Əhədovun təqaüdə çıxmasına cəmi bir ay qalıb, amma daxili işlər orqanlarında xidmət (əgər buna xidmət demək olarsa) müddətinin uzadılmasına çalışır. Son təyinatına qədər DİN-nin BDYPİ nin İmtahan Qeydiyyat İdarəsində işləyib. Görünür, o, baş idarədə işlədiyi vaxt yiyələndiyi vərdişləri indi tərgidə bilmir. Ancaq Lənkərana təyinat alandan sonra KİV-də barəsində yetərincə tənqidi məqalələr getdiyindən, təxmin etmək olar ki, M.Əhədovun sistemdən kənarlaşmağını ertələmək arzusu baş tutmayacaq. Çox hörmətli nazir Vilayət Eyvazov DİN-ə rəhbərlik etməyə başladığı iki ilə yaxın müddət ərzində DİO-da korrupsiyaya qarşı mübarizə işə sərtləşdirilib. Ehtimal etmək olar ki, rəhbərlik də M.Əhədovun təqaüd yaşının tamam olmasına az qaldığını nəzərə alıb xidməti tarixçəsinə qara yazı düşməsini istəmir. Buna görə M.Əhədov rəhbərliyə minnətdar olmalı, karyerasının son akkordlarını yaxşı əməllərlə başa vurmalıdır.
Sakit Muradov
Bölməyə aid digər xəbərlər

Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+

Tarix: 10-05-2021, 09:30 Oxunub: 73
Bölməyə aid digər xəbərlər
10-05-2021, 09:00
Sumqayıtda faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib May 08, 13:07 • 495
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
8-03-2021, 12:04
Strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir.
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
24-09-2020, 08:54
Şəhid ailəsi Rafil Hüseynovdan Prezidentə ŞİKAYƏT ETDİ - "Əli Talıbov tək bizim ailənin Şəhidi deyil..."
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
21-09-2020, 10:13
Şəhid ailəsi Rafil Hüseynovdan Prezidentə ŞİKAYƏT ETDİ - "Əli Talıbov tək bizim ailənin Şəhidi deyil..."
9-08-2020, 13:56
Ağcabədinin sabiq icra başçısının əmisioğlu rayonda “at oynadır”
5-08-2020, 18:01
"Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər"
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
17-07-2020, 23:21
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
15-07-2020, 10:43
“Google” böyük miqdarda cərimə ödəyə bilər