11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!

Ümid İlqar oğlu Həsənov (14 iyul 2001; İsnovqışlaq, Quba rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Komando Briqadasının hərbçisi. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.
Ümid Həsənov 14 iyul 2001-ci ildə Quba rayonunun İsnovqışlaq kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Quba rayon İsnovqışlaq kənd tam orta məktəbində orta təhsil almışdır. Ümid Həsənov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər olaraq hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurandan sonra Quru Qoşunlarının "müddətdən artıq həqiqi hərbi xidmət" kursuna yazılmışdır. Kursu bitirən Ümid Həsənov Quru Qoşunlarının Komando Briqadasının tərkibində müddətdən artıq həqiqi hərbi xidmət edirdi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Komando Briqadasının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi iştirak edən Ümid Həsənov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ümid Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Şəhidin Anası oğlunun doğum gününı hazırlaşır. Bu ayın 14 -də şəhidin ad günü qeyd olunacaqdır. Şəhidin anasının dediklərindən:
- Övlad itkisi… Bu sözü dilimə belə almaq istəmirəm, bu dərdin önündə dağlar da yerə çökər, dağlar da əriyər, hər bir valideyn üçün ən çətini, ən dözülməzidir övlad itkisi. Mən bunu heç bir valideynə arzulamazdım. Bu dərd o qədər ağırdır ki, deməklə, söyləməklə izah olunmaz. Bəzən mənə elə gəlir ki, çiyinlərimdə elə bir ağır yük var ki, o yükün ağırlığından dizlərim tab gətirmir, dizi üstə yerə çökürəm. Ancaq dizlərimi yerə vurub qalxa da bilirəm. Çünki dünyadan nakam gedən balamı yaşatmağa məcburam.
Mən aşıq bala dağı,
Qar alıb bala dağı,
Heç kafər, heç müsəlman,
Görməsin bala dağı.
Nə yaşadı ki, nə də dolu-dolu bir həyatı olsun. Yenicə gözlərini açmışdı dünyaya, yenicə yaşamağa başlayırdı, elə yenicə də fələk aldı əlimdən. Aradan 3 ilə yaxın bir müddət keçir, lakin mənə elə gəlirki oğlum bu gün ölüb. Yaram qaysaq bağlamır, eləcə sızıldayır. Nə yaman ağırmış ilahi bu dərdin altına çiyin vermək. Mənim artıq çiyinlərim də tab gətirmir, yıxılmamaq üçün ayaqdayam və elə bilirəm ki, nəfəsim kəsilənə qədər də ayaqda qalacağam.
Bir neçə gündən sonra oğlumun ad gününü qeyd edəcəyik. Bu ad günündə bütün oğlumu yaxından, uzaqdan tanıyanların hamısı olacaq, bircə oğlum olmayacaq. Mən möcüzələr heç vaxt inanmamışam, amma indi elə bir möcüzə istəyirəm ki, elə bir möcüzə istəyirəm ki...
Göz yaşlarım da quruyub, daha əvvəlki kimi axmır. İnsan nə qədər fəryad edib, göz yaşı tökər?! Quruyub göz yaşlarım, quruyub həyatım, cansız bədən kimiyəm, eləcə nəfəs alıb verirəm və bir gün bu nəfəsin kəsiləcəyi günü səbirsizliklə gözləyirəm, həmin gün oğlumla qovuşacağam.
Bəli, şəhidimiz Ümidin anasının fəryadı ürək dağlayır. Anaq ananın ürəyinə rahatlıq verən bir ümid işığı var. O da oğlunun vətən yolunda, torpaq uğrunda şəhadətə ucalmasıdır. Şəhadətin kimi mövludun da mübarək ŞƏHİD ÜMİD.
Bu gün ad günündü sənsiz qeyd olur,
Nə yaman ağırmış adını anmaq.
Ananın gözləri boşalır, dolur,
Nə yaman olurmuş alovsuz yanmaq.
Ananın gözləri qapıda qalır,
Başını göylərin dumanı alır
Ağlaya-ağlaya xəyala dalır,
Nə yaman olurmuş alovsuz yanmaq.
Dağlar tap gətirməz dərdin önündə,
Sən yoxsan adın var bu şad günündə.
Anan fəryad edir fəryad içində,
Nə yaman ağırmış alovsuz yanmaq.
Dünyanın çox az yerində şəhidlərə dəniz layla çalar. Azərbaycanı dörd bir yandan ağuşuna alan Xəzər dənizi bütün şəhidlərimizə layla çalır. Sumqayıtda da, Bakıda da Şəhidlər Xiyabanları Xəzərlə üz-üzədir. Dənizi olmayan yerlərin şəhidlərinə isə anaları layla çalır.
Laylay beşiyim laylay
Evim-eşiyim laylay!
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay!!
Bu gün Vətənin keşiyini çəkməyə gedənlərə və şəhidlik zirvəsinə ucalanlara laylanı ağ saçlı Xəzər dənizi çalır, o da göz yaşlarıyla şəhid analarının dərdinə ortaq olmağa çalışır. Axı o qəhrəman analara deyiləcək və ya təsəlli verəcək elə bir söz, kəlimə yoxdur, sadəcə dərd ortağı kimi göz yaşlarımızı onların göz yaşlarına qatırıq. Başqa heç nə…
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər
SƏNSİZ QEYD OLUNUR
AD GÜNÜN ŞƏHİD

Tarix: 9-07-2023, 08:13 Oxunub: 110
Bölməyə aid digər xəbərlər
7-12-2022, 09:26
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
30-05-2022, 16:30
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
26-05-2022, 19:30
Müzəffər Gülümovla vida mərasimi keçirilib
25-05-2022, 18:11
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
4-08-2021, 09:58
Allah rəhmət eləsin
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
1-06-2021, 21:00
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
26-09-2020, 11:54
Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
12-08-2020, 10:41
Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
15-07-2020, 09:27
Şəhid generalımız və polkovnikimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO