09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
İnsan hüquqları

Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunub


Demokratik-hüquqi dövlət, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsasların təkmilləşdirilməsi dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
  Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 18 may tarixindən 18 iyun tarixinədək Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunur və respublikanın hər yerində hüquqi maarifləndirmə sahəsində müxtəlif səpgili tədbirlər həyata keçirilir.
İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır.
İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. 
İnsan hüquqları qoruyucu təbəqə kimidir: onlar sizi mühafizə edir; onlar qaydalar kimidir, çünki sizə necə davranmalı olduğunuzu deyirlər; və onlar hakimlər kimidir, çünki onlara müraciət edə bilərsiniz. Onlar mücərrəddir – hislər kimi; həmçinin, hislər kimi onlar hamıya məxsusdur və nəyin baş verməsindən asılı olmayaraq mövcuddur. Onlar təbiət kimidir, çünki onlar pozula bilər; həmçinin, ruh kimidir, çünki onlar məhv edilə bilməz. Zaman kimi onlar hamımızla eyni cür rəftar edirlər – varlı və kasıb, qoca və cavan, ağ və qara, hündür və alçaqboylu olmağımızdan asılı olmayaraq. Onlar bizə hörməti təklif edir və bizdən başqalarına hörmətlə yanaşmağı tələb edir. Yaxşılıq, həqiqət və ədalət kimi biz bəzən onların tərifi ilə razılaşmaya bilərik, lakin onlar pozulduqda biz bunu başa düşürük.
İnsan hüquqlarını qəbul etmək hər kəsin bu iddiaları irəli sürə bilməsini qəbul etmək deməkdir: Sizin nə deməyinizdən və ya nə etməyinizdən asılı olmayaraq mənim hüquqlarım var, çünki mən də sizin kimi insanam. İnsan hüquqları bütün insanların doğuşdan malik olduğu hüquqlardır. Nəyə görə bu tələbin hər hansı xüsusi davranışla dəstəklənməsinə ehtiyac yoxdur? Nəyə görə insanlardan öz hüquqlarına layiq olmasını tələb etməməliyik? İnsan hüquqları iddiası özlüyündə mənəvi bir tələbdir və mənəvi dəyərlərə əsaslanır. Mənim yaşamaq hüququm heç kəsin mənim həyatımı mənim əlimdən almamalı olduğu deməkdir; bunu etmək yanlışdır. Belə ifadə edildikdə tələbin dəstəyə ehtiyacı qalmır. Çox güman ki, hər bir oxucu bununla razılaşar, çünki bizim hamımız həyatımızın və mövcudluğumuzun özümüzlə bağlı müəyyən aspektlərinin bizim kim-liyimiz və şəxsiyyətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onların toxunulmaz olmalı olduğunu və başqaları tərəfindən pozulmamalı olduğunu başa düşürük; onlar bizim insanlığımız və ləyaqətimiz üçün önəmlidir. İnsan hüquqları olmadan biz öz potensialımızı tam reallaşdıra bilmərik. 
Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş müxtəlif mövzular üzrə hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsində, sosial çarxların hazırlanmasında, mediada və sosial şəbəkələrdə insan hüquqlarının təbliğ edilməsində, insanların müraciətlərinə operativ şəkildə baxılmaqla pozulmuş hüquqlarının bərpası məsələlərinə diqqətin daha da artırılmasında fəallıq nümayiş etdirməklə, hər kəsi insan hüquqlarının səmərəli müdafiəsinə, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına töhfə verməyə dəvət edirəm.

Anar Əhmədov,
Gəncə şəhər Qeydiyyat şöbəsinin rəisi

Tarix: 13-06-2023, 16:20 Oxunub: 102


Bölməyə aid digər xəbərlər
4-12-2021, 08:32 QARABAĞ AZƏRBAYCANDIR!