12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
MƏZUNLARIMIZLA GÖRÜŞ...

    Qubadlı şəhəri 2 saylı tam orta məktəbdə ötən ilin məzunları ilə görüş keçirilib. Görüşdə respublikanın müxtəlif ali məktəblərində təhsil alan  məzunlar müəllimlər, şagirdlərlə səmimi söhbət edib və məktəb xatirələrini bölüşüblər.
 Məktəbin direktoru Qənirə xanım ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatlardan danışıb və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq dedi ki, bu il məktəbimizin məzunlarının hər biri tələbə adını qazandı. 100 faiz nəticə göstərən məktəblər siyahısına bizim məktəb də daxil olundu. Bu, olduqca sevincli bir haldır. Təbii ki, şagirdlərin hər birinin uğuru bizim də uğurumuzdur. Bir il ərzində müəllimlərin verdiyi bilik öz bəhrəsini verdi. Təkcə tələbə adını qazanan şagirdlərimiz sevinmədi, onlara dərs verən müəllimlərin də hər biri onlar qədər sevindi.  Bundan sonrakı dərslərində də bütün məzunlarımıza uğurlar arzulayıram. Arzu edirəm ki, uğurları sonsuz olsun, seçdikləri hər hansı peşənin vurğunu olsunlar. 
 Sonra məzunlar 11 il təhsil aldıqları doğma məktəblərini unutmayacaqlarını,  ali təhsil müəssisələrinə qəbul olduqlarına görə məktəb rəhbərliyinə və onlara dərs deyən müəllimlərə borclu olduqlarını bildiriblər.


Mahir Hümbətov,
Yeniazərbaycanhəyatı.com 
informasiya portalının rəhbəri



Tarix: 22-10-2023, 08:47 Oxunub: 160


Bölməyə aid digər xəbərlər
29-09-2023, 08:13 ALLAH RƏHMƏT EYLƏSİN!
3-09-2023, 11:25 TƏBRİK EDİRİK!
18-05-2022, 12:45 TƏHSİL OLAN YERDƏ
4-12-2021, 08:32 QARABAĞ AZƏRBAYCANDIR!