Sumqayıtda bu məktəblərin bütün şagirdləri tələbə adını qazandı
Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və Nizami Gəncəvi adına Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyin şagirdləri 100 % nəticə göstərərək tələbə adını qazanıblar.
Belə ki, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanı 55 şagird bitirib. Onlardan 51-i Azərbaycanın, 4-ü isə xarici ölkələrin universitetlərinə qəbul olub. Məzunlardan 10-u qızıl, 2-si isə gümüş medalla məktəbi bitirib. Nizami Gəncəvi adına Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyi isə 54 şagird bitirib. Onlardan 42-si Azərbaycan, 12-si isə xarici ölkələrin universitetlərində təhsillərini davam etdirəcəklər.
İsmət Qayıbov adına Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 3 sinfinin, Təfəkkür liseyinin isə 2 sinfinin şagirdləri qəbul imtahanında 100 % nəticə əldə ediblər.
Ümumilikdə isə Abşeron-Xızı Regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə 172 şagird 600-dən,37 şagird isə 650-dən yuxarı bal toplayıb
Bölməyə aid digər xəbərlər