09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
izami Gəncəviyə həsr olunmuş iki kitabın təqdimatı keçirilib - FOTO - VİDEO

Nizami Gəncəviyə həsr olunmuş iki kitabın təqdimatı keçirilib - FOTO - VİDEO

Nizami Gəncəviyə həsr olunmuş iki kitabın təqdimatı keçirilib  - FOTO  - VİDEO
03 noyabr 2021 21:28 (UTC +04:00)

VIII Bakı Qlobal Forum çərçivəsində Nizami Gəncəviyə həsr olunmuş iki kitabın təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, təqdimatda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Fondunun həmsədri, Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa bildirib ki, Bakı ötən illər ərzində inkişaf edib, çiçəklənib.
O deyib ki, eyni inkişafı başqa ölkələrdə görmək mümkün deyil, ölkələr böhranla, münaqişələrlə üzləşib. "Bunların öhdəsindən gəlmək üçün biz birgə işləyirik. Mən səbirsizliklə qarşıdakı forum günlərini gözləyirəm və əminəm ki, öz ölkələrimizə zəngin təcrübə ilə qayıdacağıq", - deyə Fondun həmsədri bildirib.
Sabiq prezident əlavə edib ki, bu il Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilib, bu, böyük şairə, onun yaradıcılığına hörmət əlamətidir. "Mən çox şadam ki, Nizami Gəncəvi irsini araşdırdım. Bu kitabda 7 fəsil Gəncəvi yaradıcılığını əhatə edib", - deyə o vurğulayıb.
Daha sonra təqdimatda Fondun digər həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin çıxış edib. O, Nizami Gəncəvi Beynəlxalq Fondunun gördüyü işlər, amalı barədə danışıb.
"Şadam ki, bu gün burdayam. Qarşıdakı günlərdə keçiriləcək müzakirələrdə biz düşüncələrimizi, yanaşmamızı bölüşəcəyik. Zamanın çətinlik və çağırışlarına cavab vermək üçün fikir mübadiləsi aparacağıq. Texnologiya imkan verir ki, bu gün bu foruma qatıla bilməyənlər də texnoloji vasitələrdən istifadə edərək tədbirə onlayn formatda qatılsınlar, öz fikirlərini bölüşsünlər", - deyə Serageldin bildirib.
O, çıxışında Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətinə toxunaraq deyib ki, şairin yaradıcılığı, əsərlərində çatdırmaq istədiyi məqamlar Azərbaycan sərhədlərini aşır.
Daha sonra Robert F. Kennedi İnsan Hüquqları təşkilatının prezidenti Kerri Kennedi onlayn formatda tədbirdə çıxış edib. O deyib ki, Forumda müzakirə olunacaq mövzular zamanın çağırışlarına uyğundur: "Dünya COVID dövrünün keçid mərhələsindədir. Ola bilər ki, əvvəlki vəziyyətin bərpası bir neçə il çəkə bilər, amma həmrəyliklə bütün problemlərin öhdəsindən gəlmək mümkün olacaq". O, təəssüflə qeyd edib ki, bu gün peyvəndin əlçatanlığı bütün ölkələr üçün bərabər deyil, Afrika ölkələrinin yalnız 2 faizi peyvənd olunub: "Bu problemi həll etməliyik, bununla bağlı çalışmalıyıq".
O, iqlim dəyişikliyi və emmisyalarla bağlı problemə də toxunub, deyib ki, ölkələr öhdəlikləri üzərində işləməlidir: "BMT-nin iqlim dəyişikliyi ilə bağlı hesabatı hər bir ölkə üçün çağırış olmalıdır. Bu, təhlükənin miqyasını göstərir".
Kerri Kennedi əlavə edib ki, bu gün dünya əhalisinin 1/3-nin təmiz enerji resurslarına çıxışı yoxdur.
O deyib ki, bu Fond da qlobal təşkilat olaraq bu problemlərə toxunmalı, həlli istiqamətində digər ölkə və təşkilatlarla əməkdaşlıq etməlidir.
Qeyd edək ki, ingilis dilində dərc olunmuş "Nizami Gəncəvi: Şair və filosof" kitabının müəllifi İsmayıl Serageldin, "Nizami Gəncəvinin "Yeddi Gözəl" əsəri və ədəbiyyat barədə digər esselər" kitabının müəllifi isə Vayra Vike-Freyberqadır.

Tarix: 4-11-2021, 09:00 Oxunub: 98


Bölməyə aid digər xəbərlər
21-04-2021, 09:00 MARAQLIDI