09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Azərbaycanda yeni yataqların istismarı milyardlarla gəlir gətirəcək - RƏSMİ

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.
QSC-dən verilən məlumata görə, müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cari ilin ilk altı ayının xeyli hissəsinin pandemiya ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu dövrə təsadüf etməsinə baxmayaq, Cəmiyyətin çoxsaylı uğurlara nail olduğunu vurğulayıb.  
Qeyd olunub ki, sözügedən dövr ərzində Daşkəsən rayonunda yerləşən Çovdar yatağından 28,5 min unsiya qızıl, 62 min unsiya gümüş hasil edilib, beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 20,3%, gümüş hasilatında isə 40,9% artım qeydə alınıb. 
Bununla yanaşı, cari ilin ilk altı ayında 25,1 min unsiya qızıl, 55,6 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 43,2 milyon ABŞ dolları (73,5 milyon manat) həcmində vəsait cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.
İdarə Heyəti sədrinin sözlərinə görə, cari ilin birinci yarısı ərzində dövlət büdcəsinə 5,5 milyon manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 4,5 milyon manatını vergi, 1 milyon manatdan çoxunu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib.
Müşavirədə qeyd olunub ki, Cəmiyyətin strateji fəaliyyət planına uyğun olaraq, növbəti ildə Çovdar yatağının yeraltı mərhələsinin, Ağyoxuş və Mərəh yataqlarının, qarşıdakı illərdə isə Tülallar, Filizçay, Qaradağ, Xarxar, Mazımçay və digər yataqların istismarı nəticəsində ölkə iqtisadiyyatına milyardlarla manat vəsait cəlb ediləcək, yüzlərlə yeni iş yeri açılacaq.
Həmçinin ekoloji monitorinq, geoloji kəşfiyyat, hasilat, tikinti və digər istiqamətlərdə görülən işlər haqda bəhs edilib, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Bütün bu layihələrin icrası ilə Qapalı Səhmdar Cəmiyyətin genişmiqyaslı regional mədən şirkəti, ölkənin ən böyük qeyri-neft ixraçatsına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.
Daha sonra görülmüş işlər və qarşıda duran əsas məsələlərlə bağlı müvafiq şöbələrin rəhbərləri məruzələrlə çıxış ediblər.


Tarix: 24-07-2020, 10:43 Oxunub: 93


Bölməyə aid digər xəbərlər