12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Təbrik edirəm

TƏBRİKLƏR!


Bu gün qardaşım Tahirin qızı Əzizənin doğum günüdür. Bu münasibətlə gözəl qızımızı təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram. 
Əslində Əzizə haqqında bir neçə xoş söz demək keçdi könlümdən.  Çünki o, mənim övladlarımdan ayıra bilmədiyim qardaşım qızıdır. Əzizənin uşaqlığı, gəncliyi qaçqınlıq dövrünə təsadüf etdi. Bizim böyüyüb boya, başa çatdığımız kəndimizi indi heç xatırlaya da bilmir. Bizim kənd həqiqətən də gözəlliyi ilə, yaxşı mənada insanları ilə tanınır və sevilirdi. Çox təssüf ki, 37 ildir ki, o kəndə həsrət qalmışıq. Ancaq inanıram ki, nə vaxtsa o kəndə yenidən qayıdacayıq.Nə bilim, bəlkə də, ancaq mənim və o yurddan didərgin düşənlərin ürəyi hər zaman dolu olur, bir himə bənd olurlar ki, keçmiş günləri xatırlasınlar, o yerlərdə keçən şən günləri gözlərinin önündə canlandırsınlar. Nə isə, əslində bu ayrı bir mövzüunun söhbətidir. Bəlkə zaman gələr o yerlər barədə ürəyimdən keçənləri yenidən ağ vərəqlərə köçürə bildim. Yenə də kim bilir...
Əslində bu günkü mövzumuz qızımızın ad gününü təbrik etmək idi. Lakin ürəyim o yerlərlə o qədər doludur ki, xatırlamasam elə bilərdim ki, təbrikim də yarımçıq olardı.
Bəli, bu gün mənim çox sevdiyim mədəniyyətinə, tərbiyəsinə hər zaman inandığım və güvəndiyim Əzizəmin ad günüdür. 
Gözəl Əzizəm, sən bu dünyadakı ən gözəl günlərə, xoşbəxtliklərə layiq bir qızsan. Sənə ürəyimdən keçən xoş sözləri deməkdə elə acizəm ki! Elə bilirəm ki, o kəlimələr sənə olan istəyimin qarşısında yarımçıq qalar. Elə buna görə də ikicə kəlməylə səni təbrik edirəm. Ad günün mübarək! 


Səni çox sevən bibin
Sevil Həmzəyeva


P.S. Bu təbrikə 365 gün informasiya portalının rəhbəri və yaradıcı kollektivi də qoşulur. Gözəl qızımızı doğum günü münasibəti ilə ürəkdən təbrik edirik. Bu gözəl dünyamızda gözəl günlər görmək nəsibin olsun.


365 gün informasiya portalnın kollektivi adından
Tahirə Həbliyeva


Tarix: 12-08-2025, 08:56 Oxunub: 66


Bölməyə aid digər xəbərlər