12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
TƏBRİK EDİRƏM!

AD GÜNÜN MÜBARƏK!

Bu gün Dəmir Yumraq Alfa-A cəmiyyətinin sədri Ülviyyə xanımın doğum günüdür. Bu münasibətlə xanımı cani könüldən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayıram. Arzu edirəm ki,  ömrünün ən gözəl çağlarını belə şən, gümrah və sağlam keçirsin.
Ülviyyə xanım haqqında istəyirəm iki, üç kəlmə xoş söz yazım. Əslində mənim Ülviyyə xanımı tanıdığım elə bir uzun tarixə təsadüf etmir. Hardan baxsaq iki, ya da üç ildir ki, xanımı tanıyıram. Adam var ki, onu tanımağa illər də bəs etmir, adam da var ki, onu tanımaq üçün kiçik bir tarix bəs edir. Ülviyyə xanımı tanımaq üçün kiçik bir tarix bəs edir. Onun mehribançılığı, xoş rəftarı, təmiz hisləri insanı özünə valeh edir. Cəmiyyət yaranan gündən Ülviyyə xanım bu cəmiyyətin inkişaf etməsi üçün əlindən gələni edir. Şəhid ailələrinin, qazilərin hər zaman yanında olan Ülviyyə xanım onlara öz dəstəyini də əsirgəmir. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, Ülviyyə xanım orda olmasın, şəhid ailələri ilə görüşməsin. Bölgələrimizdə şəhidlərimizin adının əbədiləşdirilməsində də xidmətləri danılmazdır. Özünü, həyatını, iş-gücünü bu istiqamətdə quran Ülviyyə xanım bu istiqamətdə yorulmadan çalışır. Əslində bur barədə çox geniş bir oçerk hazırlamaq olar, lakin dediyim kimi bu ayrı bir mövzunun söhbətidir. Hazırda isə bu gözəl xanımın doğum günüdür. Xanımı bu münasibətlə bir daha ürəkdən təbrik edir, getdiyi və gedəcəyi yollarda sonsuz uğurlar arzulayıram.



Dərin hörmət və məhəbbətlə:
365 gün qəzetinin yaradıcı kollektivi

Tarix: 8-06-2024, 10:33 Oxunub: 221


Bölməyə aid digər xəbərlər
19-07-2021, 09:30 Astara şəhəri