10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Əmlakın qiymətəndirilməsi barədə

          İqtisadiyyatda bazar münasibətlərinin inkişafını təmin etmək məqsədi ilə həyata keçirilən islahatlar – dövlət əmlakının özəlləşdirilməsi, torpaq və aqrar islahatları, yerli özünüidarəetmənin həyata keçirilməsi nəticəsində bələdiyyələrə məxsus mülkiyyətin yaranması, sahibkarlığa əlverişli şərait yaradılması, mülki dövriyyədə dövlət inhisarının aradan qaldırılması və s. tədbirlər respublikamızda sivil əmlak bazarının formalaşmasına və genişlənməsinə zəmin yaratmışdır. Əmlak bazarının formalaşması isə öz növbəsində bir sıra yeni fəaliyyət növlərinin meydana gəlib inkişaf etməsinə şərait yaradır. Belə zəruri fəaliyyət növlərindən biri də əmlakın qiymətləndirilməsi fəaliyyətidir. Qətiyyətlə demək olar ki, əmlakın qiymətləndirilməsi fəaliyyətinə olan tələbat bazar iqtisadiyyatının və onun mühüm tərkib hissəsi olan əmlak bazarının mahiyyətindən irəli gəlmişdir. Məhz buna görə də müasir dövrdə əmlak bazarını qiymətləndirmə fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyildir. Çünki əmlak bazarı, bazar iqtisadiyyatı üçün nə deməkdirsə, qiymətləndirmə fəaliyyəti də əmlak bazarı sistemində həmin əhəmiyyətə malikdir. Qiymətləndirmə fəaliyyətinin başlıca məqsədi hər hansı əmlak növünün qiymətinin müəyyən edilməsindən ibarətdir. Qiymətin isə əmlakla bağlı münasibətlərdə hansı əhəmiyyət kəsb etdiyini izah etməyə ehtiyac yoxdur. Nəzərə alsaq ki, bazar münasibətləri şəraitində qiymətin əmələ gəlməsi ən müxtəlif amillərdən asılı olaraq çevik dəyişikliklərə məruz qalır, bu halda operativ qiymətləndirmə fəaliyyəti əmlakın qiymətinin obyektiv müəyyənləşdirilməsi üçün yeganə düzgün vasitəyə çevrilir.
           Sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.  Komitə sədri Tahir Mirkişili gündəliyə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsinin birinci oxunuşda daxil edildiyini söyləyib. Tahir Mirkişili əvvəlcə yaxın günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin nəticələrinin ölkə iqtisadiyyatının da gələcək inkişafına daha geniş imkanlar yaradacağını söyləyib.
Sonra komitə sədri "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi barədə fikirlərini açıqlayıb. O, bazar iqtisadiyyatı şəraitində qiymətləndirmə fəaliyyətinin təşkilinin, qiymətin funksiyasının, qiymətləndirilmənin verdiyi dəyərin əhəmiyyətindən, dövlət mülkiyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatının formalaşdırılmasının vacibliyindən bəhs edib. Bildirilib ki, ölkəmizdə ilk dəfə 1998-ci ildə "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanun qəbul edilib. Bu sənədin o dövr üçün bu sahədə münasibətlərin tənzimlənməsi baxımından mütərəqqi qanun olduğu qeyd edilib.
Tahir Mirkişili ötən müddət ərzində bu sahədə bəzi boşluqların yarandığını və yeni bir qanuna ehtiyac duyulduğunu deyərək, Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib.
Komitə sədri bildirib ki, Prezident tərəfindən parlamentə təqdim olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin müəyyən edilməsi, digər məsələlərin həllinə imkan yaradacaq.
Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək sənədin hazırlanması prosesi barədə məlumat verib. O, qiymətləndirmə sahəsində mövcud problemlərdən, o cümlədən qiymətləndiricinin anlayışının konkret müəyyən edilməməsi, qiymətləndiricilərin peşəkar birliyinin yaradılmaması, mövcud ictimai birliyin statusunun qanunvericiliklə müəyyən edilməməsi, üzvlərinin icbari tədrisə cəlb edilməməsi, onların vaxtaşırı maarifləndirilməməsi, banklar və digər aidiyyəti qurumlar tərəfindən qiymətləndirmə fəaliyyətinə kənar təsirlərin, o cümlədən haqsız rəqabətin mövcudluğu, qiymətləndiricilərin davranış qayda və prinsiplərinin müəyyən edilməməsi və digər məsələlərdən bəhs edib.
Elnur Əliyev bildirib ki, 6 fəsil 27 maddədən ibarət qanun layihəsində yuxarıda qeyd olunan məsələlər, habelə sənədlə bağlı aparılan müzakirələrdə Qiymətləndiricilər Cəmiyyəti tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb. Layihənin qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılması, fiziki və hüquqi şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.
İclasda iştirak edən Ədliyyə Nazirliyinin Baş İdarə rəisi Adil Əliyev sənəddə əks olunan Qiymətləndiricilər Palatasının təsis edilməsi, fəaliyyətinin təşkili və onun orqanları ilə bağlı məsələ barədə danışıb. O, habelə qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün layihədə təsbit olunan tələblər, ixtisas imtahanının təşkili və keçirilməsi qaydaları, qiymətləndirməyə görə xidmət haqqı və bir sıra digər məsələlərə də toxunub.
Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, sənəddə əks olunan məsələlərin haqsız rəqabətin aradan qaldırılması baxımından əhəmiyyətindən danışıb, sertifikatlaşdırma prosesi, qiymətləndirmə sahəsində müvafiq standartlarla bağlı və digər qeydlərini diqqətə çatdırıb.



Mahir Hümbətov,
YeniAzərbaycanhəyatı.com informasiya 
portalının rəhbəri













Tarix: 9-10-2023, 07:39 Oxunub: 40


Bölməyə aid digər xəbərlər
14-06-2023, 18:13 Xəzərin sahilində