Bu gün Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş çoxsaylı partiya var. Bu baxımdan, siyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan təşkilatlar üçün daha əlverişli şərait yaradılmasına xidmət edə bilər.
Mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Bu, ölkəmizdə demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir. Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsi zamanında da ölkənin əksər siyasi təşkilatları vahid hədəf uğrunda birlikdə mübarizə apardıqlarını nümayiş etdirdilər. YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır;
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. YAP bu birləşmə nəticəsində daha da güclənəcək, 6 siyasi partiya isə real siyasi müstəviyə transfer edə biləcək. Bu partiyaların YAP-la birləşməsi hakim partiyada siyasi rəqabətin, partiyadaxili demokratiyanın güclənməsi ilə yanaşı, bütün ölkədə yeni siyasi mühit, sivil rəqabətə səbəb olacaq. Partiyaların YAP-a qoşulması cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi kimi də qiymətləndirilə bilər. Nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başa düşüləndir.Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir. Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdur. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, haqq-ədalətin Qələbəsi , həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur. Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik. Bu illər ərzində dağılmış, parçalanmaqda olan Azərbaycan düzgün aparılmış siyasətin nəticəsində bir yumruq şəklində birləşən ölkəyə çevrilmişdir.
Çünki bizim dünya şöhrətli Prezidentimiz, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyamız, onun unudulmaz sədri mərhum ümmummilli lider Heydər Əliyevimiz və zəfər salnaməmizin ən parlaq, ən qüdrətli sərvəri İlham Əliyevimiz vardır.
Salyan şəhər sakini Mailə Hacıyeva.
Bölməyə aid digər xəbərlər