11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Göyçə ana yurdum mənim

Göyçə ana yurdum mənim Hər bir insanın dünyaya gəlişi , həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır… Bu mənada hər kəs yaşadığı dövrdə Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı həyata keçirmiş olur. Bəşəri duyğularla yaşayan , xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlar Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı səssiz-küysüz icra edir və bundan xüsusi zövq alır... Belə insanlardan biri də Hacı Zahiddir. Hacı sözü indi Həcc ziyarətinə gedən hər bir insanın adının qarşısına titul kimi yazılır. Bəzi insanlar var ki, bu adı elə belə adının önünə yazdırır, bəzi insanlar da vardır ki, həccin qoyduğu qanun qaydalara riayət edərək yazdırı. Hacı adına təbii ki, bu yüzlərlə insanların içərisində beş-on nəfər var ki, bu adın ağırlığını hiss edir, adına layiq əməllər etməyə çalışır. Çünki insanların içində bir qorxu vadır ki, o da Allah qorxusudur. Bu qorxudan özünü qoruyanlardan biridir Hacı Zahid. Hacı uzun illərdir ki, Sumqayıt şəhərində yaşayır və işləyir. Sumqayıt şəhərində çox az adam tapılar ki, Hacının əllərinin hərarətini hiss etməmiş olsun. Məscidə üz tutan hər bir imkansıza, hər bir yoxsula əlini uzadan, onların üzlərini güldürmək sanki hacının ən böyük vəzifəsidir. Sanki deyirəm, ancaq bu kəlimə yersizdir, elə Hacının ən böyük vəzifəsi insanların üzündə təbəssüm yaratmaqdan ibarətdir. Mən uzun illərdir Zahid müəllimi tanıyıram. Bu uzun illər ərzində də bu insanın necə təmkinli, necə sadə olduğunu gördüm. Dəyişməyən insandır Hacı Zahid. Onu bu dünyanın var-dövləti dəyişdirə bilmədi, özü üçün cızdığı yolla həyatına davam edir. Əslində mənim fikrim Hacıdan yazmaq deyildi, onunla yaxından tanıdığı bir insan haqqında söhbət etməkdi. Lakin söz dözü gətirər deyirlər. Mən də Hacı haqqında yeri gəlmişkən ürəyimdən keçənləri qələmə almaq istədim. Onun tanıdığı şəxsiyyət barədə isə söhbətimiz qalsın sonraya. Bəli, Hacı uzun illərdir Sumqayıt Cümə Məscidində işləyir. Məsciddə işləmək mən elə bilirəm ki, həddindən artıq çətindir. Çünki məscidin qapısını açan insanların hamısı dərd əlindən qaçaraq Allahın evinə sığınırlar. Bu ümid evində kimisə emidsiz etmək də mümkün deyil. Hacı ona üz tutan insanların hamısına demək olar ki, kömək əlini uzadır. Təmkinli, sadə, dəmir iradəsi olan Hacı Zahid demək olar ki, 44 günlük müharibədə şəhid olan balalarımızın hər birinin yas mərasimində iştirak etdi, onların 3-7 və 40 mərasımlərini din xadimi kimi özü apardı. Dəfələrlə görmüşəm ki, buy as mərasimlərindən qayıdanda Hacının necə dünyası alt-üst olub. Bu cavan, dünyadan lam almayan gənclərimizi torpağa tapşırmağın ağırlığını Hacı Zahid demək olar ki, çiyinlərində daşıyıb. Müdriklik mən elə bilirəm ki, budur. Budur Müdriklik zirvəsi. Hacı Zahid sözün əsl mənasında müdrik adamdır, Əsl insan üçün ən xarakterik keyfiyyətlərdən biri də məhz əzmlə işləmək, əldə olunan nəticələrlə arxayınlaşmamaq, bütün dövrlərdə cəmiyyətə fayda verməyə çalışmaqdır. Şərəfli ömür yolu, dinə səmimi bağlılığı ilə cəmiyyətdə rəğbət qazanmış din xadimidir Hacı Zahid Göyçəli. Zahid müəllimin həyatı boyu ürəyində gəzdirdiyi yeganə bir arzusu var. O da doğulub boya-başa çatdığı Göyçə mahalını görmək. Əslində o yurddan didərgin düşənlərin ən böyük arzsudur yenidən o yurda qayıtmaq, o yurdu görmək. Hər kəs kimi ürəyində bir Göyçə həsrəti yaşadan Zahid müəllimə inşallah o torpaqları görmək nəsib olacaqdır. Azərbaycan xalqının, eləcə də bütün türk xalqlarının tarixini, həyat və məişətini, adət-ənənələrini əks etdirən “Dədə Qorqud” dastanında olduqca gözəl və orijinal bir motiv var. El-obada önəmli bir hadisə olduqda ən uca dağların başında tonqallar yandırılardı ki, hamı xəbər tutsun. Uca zirvələr hər yerdən görünür. Onlar aldatmır, şübhə doğurmur, onlar ali həqiqətlər kimi daim insanların gözləri önündə olurlar. Bu uca zirvələr həm də öz istedad və biliyi, şərəf və ləyaqəti, gərgin əməyi, əzmi, çalışqanlığı ilə bir ömür Vətənə, xalqa, bütün insanlığa xidmət edən böyük şəxsiyyətlərdir. Hacı Zahid Göyçəli də belə şəxsiyyətlərdən biridir. Allah ona o qədər ömür versin ki, Göyçə mahalını görmək, dədə-babasının məzarlarını ziyarət etdiyi günü ömrünün ən gözəl günü kimi ömür kitabına yaza bilsin. Bu təkcə onun deyil, eyni zamanda Qərbi Azərbaycandan didərgin düşənlərin hamısın arzusudur. Uca Tanrı arzunuza çatdırsın, Hacı Zahid Göyçəli.
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər
MÜDIKLIK ZIRVƏSI

Tarix: 22-01-2023, 10:24 Oxunub: 110
Bölməyə aid digər xəbərlər
4-08-2021, 09:58
Allah rəhmət eləsin
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
24-09-2020, 08:53
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bələdiyyə hoqqabazlığı... - İTTİHAM
14-09-2020, 09:07
Goranboyda büdrəyən YENİ SİYASƏT... - İslahatlara kim mane olur?
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU