Xəbər verdiyimiz kimi, metronun “Gənclik” stansiyasının çıxışında küçə itləri peyda olub.
Bu isə orada hərəkət edən insanlar üçün təhlükə mənbəyinə çevirilib.
Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlmasında bildirib ki, bu istiqamətdə tədbirlər görülür:
“Neçə gündür ki, orada itlər peyda olub. Artıq bu istiqamətdə müəyyənn tədbirlər görürlər. Sadəcə olaraq, orada o itləri yemləyən insanlar var. Həmin itlər davamlı olaraq gəlmirlər, sadəcə, kimsə yedizdirəndə gəlirlər. Onlardan xahiş olunub ki, itləri yemləməsinlər. Amma nəzarətdədir, lazım olsa, başqa tədbirlər də görüləcək. Stansiya rəisi də deyib ki, özüm nəzarətə götürmüşəm. Sadəcə olaraq, itlərlə bağlı tədbir görmənin öz qaydaları var. Götürəsən, vurasan, güllələyəsən, belə şeylər olmaz”.
Bölməyə aid digər xəbərlər