Son aylar banklarımızda qəribə tendensiya müşahidə olunur. Vətəndaşların bir qismi sorğu-suala tutulur. Banklar dollar alışını və ya satışını həyata keçirən müştərilərdən müəyyən informasiya əldə etməyə çalışırlar. Dollar almaq istəyənlərdən gəlir mənbəyinə dair bəzi sullar ünvanlayırlar. Eyni zamanda vətəndaşların iş yerləri, aylıq gəlirləri, aldıqları dolların təyinatı barədə anket doldurulur.
Bundan başqa şəxsiyyət vəsiqəsi və mobil nömrə də tələb olunur. Lakin bu hal müştərilərdə narazılıq yaradıb. İnsanlar bunun qeyri-qanuni olduğunu düşünürlər. Çünki banklardan əvvəl bu işlə məşğul olan valyuta dəyişmə məntəqələrində nəinki bu cür sorğular aparılırdı, heç şəxsiyyəti təsdiq edən sənəd belə tələb olunmurdu.
Vəziyyəti dəyərləndirən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a bildirib ki, qanunvericiliyə əsasən bank müştərinin təqdim etdiyi pul vəsaitinin mənbəyi ilə maraqlana bilər. Bu da “çirkli” pulların “yuyulması” çərçivəsində atılan addımdır:
“Qanunvericiliyin prinsiplərindən biri odur ki, bank müştərisini tanımalıdır və müştərinin gəlir mənbəyi barədə informasiyaya malik olmalıdır. Bu sorğu-sual bütün dünya banklarında var. Təbii ki, xırda “exchange”lərdə pulun mənbəyi soruşula bilməz. Daha doğrusu “exchange”lər bunu soruşmur. Çünki müştərini qaçırmaq istəməzlər. Amma son dönəmlərdə “exchange”lər vətəndaşların pulu haradan və necə əldə etdiklərini soruşuq. Bu zaman hər kəsdə fikir yaranır ki, kimsə banka qeyri-rəsmi göstəriş verib. Bəli, “exchange”lərin pulun mənbəyini soruşmaq ixtiyarları var. Amma niyə indi soruşurlar?”.
Ekspertin qənaətincə, bankların əsas məqsədi dolların alınmasını məhdudlaşdırmaqdır:
“Çünki insanlarda təşviş var ki, neftin qiymətinin düşməsi ilə bağlı milli valyutda devalvasiya ola bilər. Ona görə hər kəs dollar alır. Heç kəs dollar almasın, milli valyutaya təzyiq olmasın deyə, insanlara psixoloji təzyiq olunur. Kimsə biləndə ki, ondan müəyyən informasiya alacaqlar, istər-istəməz çəkinir. Vətəndaşlara demək istəyirəm ki, heç nədən qorxmaq lazım deyil. Çünki qanunvericiliyimizdə gəlir və xərclərin mənbəyini bəyan etmə yoxdur. Vətəndaşlar heç kəsə hesabat verməli deyil ki, pulu haradan alırlar. Təbii ki, bank soruşanda müştəri istənilən cavabı verə bilər. Amma heç kəsin pulun mənbəyini yoxlamaq səlahiyyəti yoxdur. Müştəriyə sual verdikdə əvvəlki illərdə yığdığını deyə bilər”.
Ə.Həsənov qeyd edib ki, vətəndaş avtomobil, torpaq və ev aldıqda, notarius bu qədər pulun haradan olduğunu soruşmur:
“Həmçinin vətəndaş banka gəlib manatı əmanət qoyursa, bu zaman da pulun mənbəyini soruşmurlar . Məhz dollar alanda sual-cavab olur. Çünki kimsə banklarımıza qeyri-rəsmi göstəriş verib ki, insanların savadsızlığından istifadə edib onlara psixoloji təzyiq göstərsinlər”.
Bölməyə aid digər xəbərlər
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |