Bu gün sosial şəbəkələrdə profil sahibi olan hər kəs istədiyi informasiyanı yaymaq imkanına malikdir. Həmin şəxs isə yaydığı informasiyanı dəqiqləşdirməli, mənbə göstərməli yalnız rəsmi təsdiq olunmuş xəbərlərə əsaslanmalıdır.
Məsələ ilə bağlı Sonxeber.az-a hərbi ekspert Ramil Məmmədli açıqlama verib. Ekspert döyüşlər zamanı əhalini ehtiyatlı olmağa, mənbəyi məlum olmayan informasiyalara inanmamağa çağırır: "Vacib olan məqamlardan biri də odur ki, hərbi əməliyyatlar və müharibə zamanı təkcə hərbçilər deyil, vətəndaşlar, o cümlədən kütləvi informasiya vasitələri də ayıq-sayıq olmalı və bu məsələlərlə bağlı diqqətli olmalıdırlar.
Hazırda hər kəsin əlində sanki bir informasiya portalı var. Onun adı "Facebook", "İntsagram" və digər sosial şəbəkələrdir. Bu dövrlərdə vacib məqamlardan biri odur ki, hər kəs həqiqəti əks etdirən, Azərbaycan dövləti və vətəndaşları üçün problem, ajiotaj yaratmayan informasiyaya üstünlük verməli, rəsmi informasiyalar üzərində öz işlərini qurmalıdır. Hər bir şəxs nəzərə almalıdır ki, panika yaratmaq olmaz".
Bölməyə aid digər xəbərlər