10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Məmmədli qəsəbəsində təhlükə mənbəyi olan bataqlıq - VİDEO

Paytaxtın Sabunçu və Abşeron rayonları arasında qalmaqallı bir ərazi var. Belə ki, iki ayrı rayona məxsus qəsəbənin arasında yerləşən Rəhim Əliyev küçəsinin bəzi öhdəliklərini Məmmədli, bəzilərini isə Kürdəxanı qəsəbəsi daşıyır. Sakinləri çaşdıran başlıca səbəblərdən biri də elə budur.
Baku TV xəbər verir ki, bundan başqa adı çəkilən küçədə yaşayan sakinlər illərdir ki, onlara həm maddi, həm də fiziki problemlər yaşadan maneədən qurtula bilmirlər. Həmin o mane isə yaşadıqları ərazidə kanalizasiya xəttinin olmaması səbəbindən yığılan qurunt sularının yaratdığı çirkab bataqlığıdır. Hansı ki, bu infeksiyalı su yağış yağdığı zaman evlərin zirzəmisinə dolur.
Baku TV-nin müraciəti əsasında Sabunçu rayonunun Kürdəxanı icra nümayəndəsi Emil Əhmədov həmin əraziyə gəlib və oranın Kürdəxanıya yox, Məmmədli qəsəbəsinə məxsus olduğunu bildirib. Abşeron rayon Məmmədli qəsəbəsi bələdiyyəsindən isə bildirilib ki, problemdən xəbərləri var. Ərazi üzrə artıq layihə hazırlanır: 
“Dediyiniz ərazi Abşeron rayonuna, inzibati vahidliyi isə Sabunçu rayonuna məxsusdu. Ərazi üzrə layihə var. Yaxın zamanda kanalizasiya xətti çəkiləcək”.
Bir ərazinin eyni zamanda ayrı-ayrı rayonların öhdəliyində olması heç də normal bir hal deyil. Bu həm sakinlərə, həm də rəsmi qurumlara böyük çətinliklər yaradır. Elə indi olduğu kimi... Hər halda sakinlərə böyük ziyan vuran bu məsələnin tezliklə həll olunacağına ümid edirik.


Tarix: 24-07-2020, 20:56 Oxunub: 124


Bölməyə aid digər xəbərlər