12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
İPƏK YOLU MMC







































Abşeron rayonu İpək Yol MMC polietilen torbaların istehsal şirkətinin sahibkarı Niftəliyev Qəzənfər Əkbər oğlunun adını çox eşitmişdir, görmək isə bu günə qismət imiş. Mehriban münasibəti, səmimi davranışı həqiqətən bizi valeh elədi. Onunla İpək Yol MMC polietilen torbaların istehsal şirkəti barədə söhbət etməyə başlayırıq:  

- Rəhbərlik etdiyim  İpək Yol MMC 2018-ci ildə yaradılıb və həmin ildən fəaliyyətə başlayıb. Polietilen torbaların istehsalı şirkəti 2020-ci ilə qədər heç bir problem olmadan, yüksək səviyyədə fəaliyyət göstərib. Hətta, İpək Yol MMC polietilen torbaların istehsalı şirkəti həmin ildə, Araz şirkətlər qrupunun keçirdiyi tenderin qalibi də elan olunub. Həmin ildən şirkətin qazandığı uğurlar çox-çox olub. İpək yolu MMC öz markası ilə istehlakçılara super marketlərdə, bazar və dükanlarda, məişətdə və istehsalda istifadə etmək üçün qida məhsulları, paltar, məişət, sənaye məhsulları qablaşdırılması üçün istənilən ölçülərdə paketlər, zibil torbaları istehsal edir. 

  Artıq, ticarət şəbəkələri polietilen torbalara  biznes marağından baxır. Əgər əvvəl polietilen torbalar alıcıya pulsuz verilirdisə, bu gün pulnan satılır.  Ona görə də ticarət şəbəkələri artıq polietilen torbalara pul verməkdən çəkinmir. Çünki, 1-2 qəpiyə aldıqları məhsulu baha qiymətə satırlar.  Plastik torbalar təbii şərtlərdə çox yavaş parçalanan, insan fəaliyyəti nəticəsində təbiətə geniş təsir göstərən bir tullantı növüdür. 
Azərbaycanda  Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış təhlilə görə, adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir. Azərbaycanda Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ilə görə plastik torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə idxalı isə 5 dəfəyə qədər artıb. 
Ötən ildən etibarən ölkəmiz də daxil olmaqla bir çox dünya ölkələri polietilen torbaların istehsalı və istifadəsi ilə bağlı müəyyən qərarlar qəbul etdilər. Bunlar arasında bu cür torbaların qiymətinin artırılması, sellofanların  kağız və ya biotorbalarla əvəzlənməsi kimi qərarlar yer alır. Bu sadalananlar elə də sərt qərarlar olmasa da, ümid edək ki, onlar sayəsində yaxın gələcəkdə müsbət dəyişikliklər əldə edəcəyik. 
Yeri gəlmişkən onu da qeyd edim ki, bu şirkətdə onlarla işçi çalışır. Şirkət bağlansa neçə insan işsiz qalacaqdır. Vallah mən özümdən çox onları düşünürəm. İşsizlik bu günkü gündə ailəyə vurulan ən böyük zərbədir. 
Bəli, bir iş adamı ki, beş ailənin evinə çörək aparmasına şərait yaradırsa, bunun özü böyük bir xeyirxahlıqdır, insanlıqdır. 
Qəzənfər Niftəliyev. Bu adı 
Azərbaycanda tanımayan çox az adam var. Xeyirxahlığayla, qazilərimizə etdiyi yardımlarıyla, şəhid ailələləriylə mütəmadi görüşmələri Qəzənfər müəllimi xalqa sevdirə bilmişdir. Qəzənfər müəllim yanında işləyən işçilərin daim qayğılarına qalar, onların hər bir problemini anındaca həll edər. Belə xeyirxah bir insanın bu gün hardasa problem yaşaması bizi kədərləndirir. Ümid edirik ki, haqq hər zaman qələbə çalır, bir də haqq nazilsə də üzülməz. Biz inanırıq ki, haqq öz yerini tapacaqdır.  


Tarix: 8-02-2025, 10:50 Oxunub: 52


Bölməyə aid digər xəbərlər