11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
8 NOYABR QƏLƏBƏ GÜNÜMÜZDÜR

Hüquqşünas, Nəğməkar şair kimi tanıdığımız şair Qafarov Ədalət İzzət oğlunu (Əroğlu) ilə uzun müddətdir ki, tanıyıram. Onu tanıdığım illər hardan baxsaq 30 ildən çox bir vaxtı əhatə edir. O vaxtlar Ədalət müəllim Sumqayıt şəhər Məhkəməsində işləyirdi. Qeyd edim ki, Ədalət Qafarov hüquqşünas kimi uzun illərdir ki, xalqımıza, doğma Sumqayıt sakinlərinə hüquq xidməti göstərir. Son zamanlar ədəbi aləmdə də öz şeirləri ilə sözünü deməyi bacarmışdır. Həmin vaxtdan da onun şeirlərinin vurğunuyam. Onun vətən həsrətiylə yazdığı şeirləri, doğma Hovuslu kəndinə, şəhidlərimizə, qazilərimizə, doğma Sumqayıtımıza həsr etdiyi şeirlər bu gün də hər kəsin dilinin əzbəridir. Onun Ali baş Komandanımız cənab İlham Əliyevə həsr etdiyi "Yaşa Baş Komandan, Yaşa, igidlər!" adlı şeiri dəfələrlə mətbuat orqanlaırnda, kitab və jurnallarda dərc edilmişdir. Şagirdlərimiz bütün əlamətdar günlərdə bu şeiri səsləndirirlər. Şairin "Şuşa" adlı şeiri bu gün də öz aktuallığını saxlayır. Oxucularımıza Şair Ədalətin bir neçə şeirini təqdim edirəm.
***
***
Bölməyə aid digər xəbərlər
ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN XALQI

Hüquqşünas, Nəğməkar şair kimi tanıdığımız şair Qafarov Ədalət İzzət oğlunu (Əroğlu) ilə uzun müddətdir ki, tanıyıram. Onu tanıdığım illər hardan baxsaq 30 ildən çox bir vaxtı əhatə edir. O vaxtlar Ədalət müəllim Sumqayıt şəhər Məhkəməsində işləyirdi. Qeyd edim ki, Ədalət Qafarov hüquqşünas kimi uzun illərdir ki, xalqımıza, doğma Sumqayıt sakinlərinə hüquq xidməti göstərir. Son zamanlar ədəbi aləmdə də öz şeirləri ilə sözünü deməyi bacarmışdır. Həmin vaxtdan da onun şeirlərinin vurğunuyam. Onun vətən həsrətiylə yazdığı şeirləri, doğma Hovuslu kəndinə, şəhidlərimizə, qazilərimizə, doğma Sumqayıtımıza həsr etdiyi şeirlər bu gün də hər kəsin dilinin əzbəridir. Onun Ali baş Komandanımız cənab İlham Əliyevə həsr etdiyi "Yaşa Baş Komandan, Yaşa, igidlər!" adlı şeiri dəfələrlə mətbuat orqanlaırnda, kitab və jurnallarda dərc edilmişdir. Şagirdlərimiz bütün əlamətdar günlərdə bu şeiri səsləndirirlər. Şairin "Şuşa" adlı şeiri bu gün də öz aktuallığını saxlayır. Oxucularımıza Şair Ədalətin bir neçə şeirini təqdim edirəm.
Ş U Ş A
Sabahların Xeyir, möhtəşəm Şuşa!
İki Türk bayrağım dayanıb qoşa.
Sevincdən millətim gəlibdir cuşa,
El-oba şəninə, mahnılar qoşa.
***
Qələbə sevincin bölüşəm gərək,
Ulu yurdum ilə görüşəm gərək,
Sarılıb boynuna, öpüşəm gərək,
El-oba şəninə, mahnılar qoşa.
***
Əsməsin Üstündən heç zaman külək,
Düşmən acısını biryolluq silək.
Vətən torpağının qədrini bilək,
El-oba şəninə, mahnılar qoşa.
***
Şuşa bayatımdır, Şuşa muğamım,
Bir daha yüksəldi, enməz Bayrağım,
Düşmənin kəsmişik yurddan ayağın,
El-oba şəninə, mahnılar qoşa.
***
Cıdır düzü, İsa bulağındayam,
Vaqiflə görüşmək arzusundayam,
Natəvan anamdan mən də bir payam,
El-oba şəninə, mahnılar qoşa.
***
Arzular sinəmdə bir meydan oldu,
İki doğma qardaş bütöv can oldu,
Türanım yolumda açan dan oldu,
El-oba şəninə, mahnılar qoşa.
***
Sən ey millətimin başının tacı,
İllərdir çəkirəm çox möhnət, acı,
Yalnız sənsən, dərdlərimin əlacı,
El-oba şəninə, mahnılar qoşa.
***
Şuşanın dağları, yaşıl yamacı,
Niyazi sevgisi, Bülbül inancı,
Qanla suvarıldı, yalı, yamacı,
El-oba şəninə, mahnılar qoşa.
***
Sənsən üzüyümün qaşı ay Şuşa!
Əzizdir torpağın-daşın, ay Şuşa!
Bir də dərd görməsin başın, ay Şuşa!
Əroğlu şəninə, mahnılar qoşa.
***
QİYMƏT VERƏN, ZAMANDIR
(Qazilərimizə ithafən)
Xalqımızın başın uca etdilər,
Qaziləri incitməyin, amandır.
Vətənimin ürəyidir Qazilər!
İgidlərə qiymət verən, zamandır.
***
Bir əmirlə "Dəmir Yumruq" oldular,
Daşnakları “alaq kimi” yoldular.
Doğma yurdlarını geri aldılar,
İgidlərə qiymət verən, zamandır.
***
Ölümündən keçəcəyin bildilər,
Alnımızdan o ləkəni sildilər,
Zəfər çalıb, alnı açıq gəldilər,
İgidlərə qiymət verən, zamandır.
***
Vətənini Ana bilib, seçdilər,
Bayrağa sarılb, and da içdilər,
Məharətlə döyüşlərdən keçdilər,
İgidlərə qiymət verən, zamandır.
***
Əroğluyam, ədalətim var mənim,
Dövlətimə sədaqətim var mənim,
Qazilərə məhəbbətim var mənim,
İgidlərə qiymət verən, zamandır.
ŞƏHİDİMİZ NOVRUZA
Novruzda göz açdın fani dünyaya,
Şükr etdi qohumlar verilən paya,
Ucaldı şöhrətin Günəşə, Aya,
Qeyrətindən seçdin Şəhid adını.
***
Köksünü sən verdin oda, ocağa,
Çəkilib durmadın küncə-bucağa,
Alqış olsun sənin kimi qoçağa,
Qeyrətindən seçdin Şəhid adını.
***
Taxdığın üzüyün barmaqda qaldı,
İstəkli sevgilin duvaqda qaldı,
Yazdığın məktubun varaqda qaldı,
Qeyrətindən seçdin Şəhid adını.
***
Məzarın cənnətdir, gülə boyanıb,
Önündə baş əyir, dostlar dayanıb,
Sənin yoxluğuna yadlar da yanıb,
Qeyrətindən seçdin Şəhid adını.
***
Yazdın ki, “ağlama, ay, anam-bacım!”,
Üçrəngli bayraqdır başımda tacım,
İndi məqamıdır, sirrini acım:
Qeyrətindən seçdin Şəhid adını.
***
Novruzum! Vətənlə eyni cahansan.
Vətənə ürəkdən qan verən cansan.
Turan adlı bütöv Azərbaycansan!
Qeyrətindən seçdin Şəhid adını.
İgid Qəhrəmansan, şəhid Qəzənfər
Yerin könüllərdir, adın var olsun,
İgid Qəhrəmansan, şəhid Qəzənfər.
Ruhun gəzir bütün Azərbaycanı,
İgid Qəhrəmansan, şəhid Qəzənfər.
***
Yadların zülmünə dözmədin daha,
Qalxıb sahib oldun zağlı silaha,
Hünərlə yol aldın aydın sabaha,
İgid Qəhrəmansan, şəhid Qəzənfər.
***
Üzünü görmədin körpə balanın,
Gözü yaşlı qaldı layla çalanın.
Adı xatırlanır canlı qalanın;
İgid Qəhrəmansan, şəhid Qəzənfər.
***
Rahat böyü, Şəhidimin balası,
Atanın hünəri sənə qalası.
Azaddır Cəbrayıl, Şuşa qalası,
İgid Qəhrəmansan, şəhid Qəzənfər.
***
Köksünü torpağa sərən oğullar,
Düşmən güllüəsinə gərən oğullar.
Daim səninlədir ərən oğullar,
İgid Qəhrəmansan, şəhid Qəzənfər.
***
Yazdın Qarabağda qanlı bir dastan,
Yurda ərməğandır canlı bir dastan,
Əroğlu yazdığı, şanlı bir dastan:
İgid Qəhrəmansan, şəhid Qəzənfər.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN! RUHLARI ŞAD, MƏKANLARI CƏNNƏT OLSUN.
Tahirə Həbliyeva
365 gün qəzetinin təsisçisi
və baş redaktoru
Tarix: 4-11-2024, 09:49 Oxunub: 123
Bölməyə aid digər xəbərlər
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
18-08-2024, 08:50
Milli Məclisə Deputatlığa namizəd Ədalət Qafarov haqqında Nəsib Abidin məqaləsini oxuduqdan sonra...
10-06-2024, 09:28
“Dəmir Yumruq” Alfa A cəmiyyətinin yaradıcısı və təsisçisi Ülviyyə xanım Əsədovanın kitab təqdimatı və ad günü qeyd olundu
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
1-11-2023, 11:30
Ədalət ƏROĞLU-nun şeirləri
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
4-07-2021, 10:00
Şair Aqşin Dadaşoğlu
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
















