SUMQAYIT – 75
“SUMQAYIT! ƏBƏDİ YAŞA”
Sumqayıtın 75 illik yubileyi münasibətilə şəhərin müəssisə və təşkilatları silsilə tədbirlər həyta keçirirlər.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi və Poeziya Evinin birgə təşkilatçılığı ilə “Sumqayıt -75” çərçivəsində “Sumqayıt! Əbədi yaşa…” adlı layihə gerçəkləşdi. Layihənin əsas məqsədi Sumqayıtın ədəbi həyatında izi, sözü və imzası olan, şəhərin söz salnaməsinə adları əbədi həkk olunan qələm adamlarını xatırlatmaqdı.
Poeziya Evində təşkil olunan tədbir AYB Sumqayıt bölməsinin ideya müəllifi, yaradıcısı və uzun müddət ona rəhbərlik etmiş mərhum şair Sabir Sarvanın yardıcılıq yoluna səyahətlə başladı. Burada şəhərin tanınmış ziyalıları, qələm sahibləri, həmçinin məktəblilər iştirak edirdilər.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş vətən oğullarının və dünyasını dəyişmiş yazarların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirin moderatoru, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Sabir Sarvanın həyat və yaradıcılığı haqqında geniş bəhs etdi və sözü qonaqlara, ziyalılara verdi.
Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Əyyub Qiyas Abasov, Eyruz Məmmədov, Rəfiqə Şəms, Almaz Ərgünəş Bəyazid, Məryəm Aslanqızı, Əli Niyazbəyli, Natiq Qubadoğlu, Mədaxil Cavadlı, İbrahim İlyaslı, Müqəddəs Şahbazov, Ətrabə Rzayeva, İlhamə Məhəmmədqızı, Əliyar Mərdiyev, Aydın Məlikov, Məhəmməd Vəliyev, Sərxan Mehdiyev, Namiq Əliyev, Fazil Abasquliyev və başqaları çıxış edərək Sabir Sarvanla bağlı maraqlı xatirələr danışdılar.
Sabir Sarvan adına Uşaq Poeziya Klubunun üzvləri İlahə Bağıyevanın, Ayan Ağayevanın, oxucu Şəlalə Bağıyevanın söylədiyi şeirlər məclisə xüsusi ovqat bəxş etdi.
Ailə üzvləri adından qardaşı Malik Məlikov və Tale Naibov çıxış edərək Sabir Sarvan yaradıcılığına yüksək dəyər verdklərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Abşeron- Xızı Regional Mədəniyyət idarəsinə, Abşeron- Xızı Regional Təhsil idarəsinə, tədbirin təşkilində əməyi keçənlərə və iştirak edən edən hər kəsə təşəkkürlərini bildirdilər.
Sonda Türkiyənin tanınmış bəstəkarı Ayzer Büyükerin Sabir Sarvanın sözlərinə bəstələdiyi “Qarabağlı uşaq” mahnısı səsləndirildi.
Elvin Rzayevmüxbir
www.sumqayitxeber.com
Bölməyə aid digər xəbərlər