10:37 / 21-11-2024
Sumqayıtlı tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
10:35 / 21-11-2024
Keçmiş arvadını Sumqayıtda terləşən şirniyyat mağazalarının birində döyən qısqanc ərə elektron qolbaq taxıldı
10:34 / 21-11-2024
Prezident Sumqayıta onları hakim təyin etdi - Sərəncam
10:29 / 21-11-2024
Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ
10:25 / 21-11-2024
BKyTYg4eZC9NCzcL8M3hcUmDhCnBJrSScH
10:20 / 21-11-2024
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
10:17 / 21-11-2024
Sumqayıtda dəmir alan şəxs qonşusunu daş parçası ilə vuraraq döydü - QƏRAR
10:15 / 21-11-2024
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
10:14 / 21-11-2024
Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO
10:12 / 21-11-2024
Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib
10:11 / 21-11-2024
Müqayis Verdiyev yenidən məhkəmə qarşısında
09:48 / 21-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
09:44 / 21-11-2024
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar
09:42 / 21-11-2024
53 yaşlı velosipedçini maşın vurub öldürdü
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
15:12 / 20-11-2024
Zaur Mikayılov türkiyəli həmkarı ilə görüşdü
15:10 / 20-11-2024
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib
12:46 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:59 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:51 / 17-11-2024
Deputat Elnarə Akimova Xəzər Bağları ərazisində seçicilərlə görüşüb
10:49 / 17-11-2024
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
10:47 / 17-11-2024
Sumqayıt Məhkəməsinin hakimi təqaüdə göndərilib
10:46 / 17-11-2024
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşdü
10:44 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
10:42 / 17-11-2024
Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
10:40 / 17-11-2024
Xalq artistinin oğlu vəfat etdi
10:40 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
10:38 / 17-11-2024
Pivə qutusu ilə baş məşqçinin başını yardılar - Video
TƏBRİK EDİRƏM!
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalovun dediklərindən:
- 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.
Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan rəhbərliyi ötən ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atanda yəqin düşünürmüş ki, bu, onlara itirilmiş ictimai nüfuzu qaytaracaq və yaxud Azərbaycan üzərində kiçik qalibiyyət belə onlara erməni cəmiyyətində lovğlanmaq üçün bir xeyli vaxt qazandıracaq. Amma bu dəfə onların fikirləşdiyi kimi olmadı, Vətən müharibəsi Ermənistanın siyasi konyukturasının bütün mənfur planlarını alt-üst etdi, 27 sentyabr tarixi onların dırnaqarası arzularının tükənən günü oldu. Azərbaycan xalqıöz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib. Prezident İlham Əliyevin həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Xalq-Prezident-Ordu birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.
Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişəsinin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi.Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.
Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də bu mənfur plan alınmadı, Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.
Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyir. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bir il öncə döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.
Bəli biz zəfəri yaşadıq və bu zəfəri bizə yaşadan Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk. Bu gün cənab prezidentimizin doğum günüdür. Yeri gəlmişkən buBu münasibətlə cənab prezidentimizi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram. Allah sizi daim var eləsin cənab Prezident.
Bölməyə aid digər xəbərlər
AD GÜNÜNÜZ MÜBARƏK!

Tarix: 24-12-2021, 20:30 Oxunub: 72
Bölməyə aid digər xəbərlər
24-12-2021, 20:30
TƏBRİK EDİRƏM!
24-12-2021, 20:30
TƏBRİK EDİRƏM!
18-12-2021, 16:00
TƏBRİK EDİRƏM!
4-12-2021, 08:32
QARABAĞ AZƏRBAYCANDIR!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
26-05-2021, 19:00
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
10-05-2021, 09:45
Prezident xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını tarixə yazdı
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
8-03-2021, 12:04
Strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir.
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 20:58
Ülvi Quliyev: “Birliyimizi, döyüş və qələbə ruhumuzu qorumalıyıq!”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 12:29
Azərbaycanda 25 həkim koronavirusdan ölüb – SİYAHI
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
15-07-2020, 09:35
Azərbaycan balaca ölkədir, amma Azərbaycan qürurlu ölkədir
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU