10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
QONŞU MÜNAQIŞƏSI DAVAM EDIR

QONŞU MÜNAQIŞƏSI DAVAM EDIR



Nə hikmətdirsə, bu ölkədə yaranan və ya gedən hərc-mərcliyin nə kökü kəsilir, nə də azalır. Elə bil sarmaşıq gülüdür, burdan kəsirsən, o biri tərəfdən baş qaldırır. Hətta dəfələrlə hegemonluq edənlər də axırda öz yerlərini həbsxanalarda və ya torpaq altında öz yerlərini tapırlar. Bütün bunlara baxmayaraq yenə də gözü kor olmuşlar bunu görmür, burda mənəm Bağdadda kor xəlifə prinsipi ilə yaşayırlar. Maraqlıdır ki, ölkə başçısının bu kimi hallara son qoyulması üçün etdiyi müraciətlərə, çıxışlara da məhəl qoymayanlar var. Təbii ki, onların getdiyi yolların da sonu tez bir zamanda görünür. Bu da haqqın, ədalətin tərəzisidir, hər şüy əymək olsa da, haqqın tərəzisi hər zaman düz göstərir, onu əyməyə hələ yer kürəsində heç kəsin gücü, qüdrəti çatmayıb, çatmayacaq da.
Uzun müddətdir ki, mən mətbuat aləmində çalışıram. Bu illər ərzində bəlkə də onlarla qonşu münaqişələrinin şahidi olmuşam. Bunların hamısı da gecəqondularda baş verib. Bir qarış torpaq üçün qırğın qiyamət edənlər, bir gün də o torpağın xeyrini belə görmədən dünyadan köçüb gediblər. Belə torpaq davası edənlərdən biri də Xəzər bağlarında Asif Nəzərovla qonşusu arasında baş verib. Asif II qrup əlil xəstədir, övladı da sudurğalıdır. Asif Nəzərov min bir zülümlə tikdirdiyi gecəqondu dediyimiz evinin ətrafına çəpər çəkdirmək istəyir. Elə hadisə də bundan sonra başlayır. Asifin qonşuları ilə balaca bir söhbət edirəm. Qarabağ müharibəsinin iştirakçısı olan Fuad Ramiz oğlunun dediklərindən:
-Məni 9 sentyabrda MİS-ə imza atmağa çağırmışdılar. Elə ordan da birbaşa döyüş bölgəsinə göndərdilər. Evdə heç kəs mənim döyüş bölgəsinə getdiyimi bilmirdi, onlarla sağollaşmadan məni göndərdilər. Bilirsizmi, orda hər kəsin bir məqsədi vardı, torpaqlarımızı işğaldan, murdar ermənilərdən təmizləmək. Çox şükür ki, buna da nail olduq. Lakin burda yaranan münaqişənin isə üzü, astarı yoxdur. Adam sənədlə torpaq alıb ev tikdirib, indi deyirlər ki, tikdirə bilməzsən. Səbəb, bilinmir. Əgər buna imkan verilməyəcəkdisə, onda bu torpağı nəyə görə sənədlə, bağ sənədi altında bu adama satırdılar. Hər gün biz bu insanların davasına, qışqırtısına yuxudan oyanırıq. Mənə maraqlıdır ki, bu insanlar kimdir ki, onlar heç kəsi saymır, hətta polis işçilərinə də məhəl qoymurlar. Mənə Füzuli, Cəbrayıl rayonlarında gedən döyüşlərdə iştirak etmişəm. Üç dəfə yara almışam, əsəblərim pozulub, gözlərim 1% görür. Müalicə olunmaq üçün Sumqayıt Bərpa xəstəxanasında müalicə almışam. Düzdür, xəstəxanada məni necə lazımdır qarşılayıblar lakin bütün dərman preparatlarını özüm almışam. Dövlət mənə heç bir köməklik etmir, hara gedirəm, hansı həkimə müraciət edirəm, məni müayinə edirlər, lakin dərman preparatlarını almağa mənə köməklik edən olmur. Mən bu gün yenə də müalicə almalıyam, lakin maddi durumum buna imkan vermir. Mən kimə deyim ki, mənim dərmanları almağıma köməklik edin. Əslində bu köməkliyi mən deməmiş gərək mənə edəydilər. Çünki mən bu torpaq üçün, bu millət üçün bu hala düşmüşəm. Lakin buna baxan kimdir, ya da buna əhəmiyyət verənmi var?
Bəli, mən torpaq üçün xəstə olmuşam. Yaxın qonşum Asif isə qonşusuyla münaqişə edə-edə xəstə olacaqdır. O qonşuların səs-küyünü, söyüşlərini, təhqirlərinin dəfələrlə şahidi olmuşam. Bir qarış torpaq üçün bu ölümlü dünyada düşmən qazanmağa dəyərmi? Axı biz od qonşusuyuq. Bir də atalarımız deyib ki, uzaq qohumdan yaxın qonşu yaxşıdır.
Mahmudov Xəyal Babaverdi oğlu  da bu münaqişənin canlı şahidlərindən biridir. O da qonşusu Asifi müdafiə edir, onun haqlı olduğunu vurğulayır.
-Əslində insan bu dünyaya bir dəfə gəlir, bir dəfə də yaşayır. Kim deyə bilər ki, mən bu ömrü hədər yaşadım, pislik etdim, onu-bunu aldatdım, ancaq ikinci ömrümü necə deyərlər adam kimi yaşayacam. Bu həyat çox qısadır. Bunun üçün münaqişə etməyin, bunun üçün kiminsə qəlbinə dəyməyə dəyməz. Qurani Kərimdə buyurulduğu kimi yaxşılıq et, yaxşılıq et, yenə də yaxşılıq et.
Bəli, bu qonşuların arasında gedən münaqişədən mənim də xəbərim var. Əslində Asif haqlıdır, pul verib torpaq alıb ev tikdirib, indi də evinin çəpərinin çəkdirmək istəyir. Asifin əlində sənədi var. Keçərlidir və yetərlidir. Lakin qonşu deyir ki, sən çəpərini çəkmə, burdan yol keçməlidir. Yaxşı indi Asif bu vaxt neyləməlidir? Əlində daşdan keçən sənədi var və o haqqını tələb edir. Lakin qonşu deyir ki, belə deyil, elədir. Vallah, bu dünyada pislik etmək, qəlb qırmaq bir dəqiqəlik işdir, ancaq o vurulan yaranı sağaltmaq çox çətindir. Nə deyim, Allah hər kəsin əməlinə görə mükafatını verir. Allah ikisinə də yardım etsin.
Bəli, bu qonşular arasında yaranan münaqişənin nəylə qurtaracağını mən də gözləyirəm. Bu barədə polis orqanlarına da məlumat verilmişdir.  Gözləyək də...


Tahirə Həbliyeva


Tarix: 7-05-2021, 10:02 Oxunub: 54


Bölməyə aid digər xəbərlər
30-04-2021, 11:00 Qonşu davası
7-03-2021, 22:45 Təbrik edirəm!