11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Qonşu davası

QONŞU DAVASI...
Dədə, babalarımızdan belə bir məsəl eşitmişik: qonşu qonşunun külünə möhtacdır. Əslində bu sözü taaa 37-ci illərə şamil etmək olar ki, o vaxtlar deyirdilər ki, yaxşı kişilər 37-ci illərdə yox oldular. Mən isə bu sözü də elə 37-ci illərə şamil etmək istəyərdim. Qonşu da, qonşuluq da 37-ci illərdə yox oldular. Bu gün isə onların yerində nakişilik, qeyrətsizlik, vicdansızlıq, haqq yeyənlər, yetimin, xəstənin haqqını dananlar qalıb. Bu gün sözü həqiqi mənasında qonşu da yoxdu, qonşuluq da.
Əslində mən qonşunun, ya da qonşuluğun olmadığını yaxşı bilirəm, bunu sadalamağa heç ehtiyac da duymuram. Amma qonşun yaxşı olsa, kor qızın... məsəlini də unutmamaq mümkün deyil.
Təkcə Sumqayıtda deyil, elə Azərbaycanın hər yerində bu gün göydələnlərlə bərabər gecə qondular da artıb artmaqdadır. Gecə qondularda yaşayanların halını bir yaşayanlar, bir də Uca Yaradan bilər. Bəzilərində kanalizasiya sistemi yox, bəzilərində su çatışmır, xüsusilə yaz aylarında bu ərazilərin iyindən, qış aylarında isə yolların palçığından, evlərin suyundan, tenindən dayanmaq mümkün deyil. Lakin nə edəsən, ehtiyac qul eylər qəhrəmanı da, sözlərini şair elə-belə deməyib ki...
Nə isə... Uzatmaq istəmirəm.
Sumqayıt şəhəri Xəzər bağlarında yaşayan II qrup əlil Asif Nəzərovla da söhbətimiz elə qonşuluqdan oldu. Onun dediklərini olduğu kimi dərc etmək istədim. Asifin dediklərindən:
-Mən ailəmlə birlikdə Xəzər bağlarında yaşayıram. II qrup əliləm, əsəbləşəndə sudurğa keçirirəm. Övladım da sudurğa keçirir. Elə buna görə də bizim evimizdən tibb işçiləri əksik olmur. Bəzən gündə 2 dəfə evə təcili yardım çağırıram. Yaşlı anam və atam var. Əmim Qarabağ şəhididir. Yeddi ay bundan əvvəl 1.5 sot torpaq sahəsi alıb bir gecə qondu tikdirdik ki, başımızı soxaq, kirayə pulunu verə bilmirik. Mən xəstəyəm, işləmirəm, yoldaşım da övladım xəsətədir ona görə işləmir. Gəlir gətirən heç bir yerimiz yoxdur. Evi bir təhər edib borc-xərc tikdirdik. Həyətyanı sahəni də hasara almaq vaxtı çatanda qonşu etiraz etdi ki, hasar çəkdirə bilməzsiniz. Əlimdə sənədim var, bələdiyyədən həmin ərazini təsdiq edən sənədim əlimdədir. Göstərirəm olmur, yaxşılıqla həll edək deyirəm olmur. Axırda da davamız başladı. Onların kim olduqlarını da bilmirəm, hansı yolun yolçuları olduqları da mənə maraqlı deyil. Onlar məni təhqir edir, atamı, anamı söyür, qaziləri təhqir edirlər. Deyəndə də deyirlər ki, biz polis hərrəmirik, qazilər də bizim üçün qazi olmayıblar. Mən həmin vaxt sudurqa keçirdim, təcili Tibbi yardım gəldi. Hətta onlar mənim ayağıma da vurub zədələdilər. Bu barədə həkimə də, polisə də məlumat vermişəm. Hətta Həmin gün 102 xidmətinə də məlumat verdim. Maraqlıdır ki, polisləri mən çağırmışam, lakin onlar şikayətçi olduğum ailənin evinə girdilər və ordan da çıxıb getdilər. Bələdiyyənin işçisinə zəng vurub çağırdım. O da heç bir şey olmamış kimi əraziyə baxış keçirib getdi. Sərdar adlı polis işçisi Sumqayıt şəhəri 4-cü polis bölməsində işləyir. O da işə heç bir müdaxilə etmədən qarşı tərəflə söhbət edəndən sonra çıxıb getdi. Maraqlıdır ki, şikayətçi mən ola-ola polis işçisi nəyə görə qarşı tərəfin maraqlarını müdafiə edir? Burdan belə çıxır ki, günahkar mənəm?
Dediyim kimi mən xəsətəyəm, əlilliklə aldığım 5-10 manatla dolanıram. Qəpik-qəpik yığıb daş alıb, sement alıb hasar çəkdirdim, onu da vurub dağıtdılar. İndi deyə bilərsinizmi mənə dəyən zərər, ziyanı kim ödəyəcək?
Dədə-babalardan bizim ümid yerimiz həmişə polis olub, orqan işçiləri olub. Onlar haqqı, ədaləti hər zaman müdafiə ediblər. Əgər onlar olmasaydı, yer üzərində görülməyən heç bir vəhşilik qalmazdı. Bu gün onların sayəsində bizim ölkəmizdə ədalət bərqərar olub. Lakin bəzi polis işçiləri də var ki, onlar yer üzərinə ədalətsizlik toxumu səpirlər. Mən ümid yeri kimi həmişə onlara üz tutmuşam. Elə bilirəm ki, onlar bu gündən sonra mənim haqq işimdə mənə köməklik edəcəklər.
Həyatda hər cür insanlarla qarşılaşmaq mümkündür. Haqlıyla da, haqsızla da, ancaq qonşu torpağına göz dikən insanların hər zaman gözü tökülübdür. 30 ildən çoxdur torpaqlarımız işğal altında idi. Bu gün şükürlər olsun ki, həmin torpaqlar işğaldan azad edildi. Bu yolda çox qurbanlarımız oldu. Bir də ki, azadlıq elə-belə alınmır, onun üçün qan tökmək, can vermək gərəkir. Elə mənim də əmim torpaq uğrunda şəhid oldu. Bəli, torpaq uğrunda. Biz torpaqlarımızı düşmənlərdən mərdliklə, qəhrəmancasına ala bildik. O boyda torpaqların işğalı öz yolunu tapdı, mənim 0.5 sot torpağımın işğalı azadlığını tapa bilmədi. Mən üzümü əlaqədar təşkilatlara tutub deyirəm: mənim işimə haqqnan, ədalətnən yanaşın. Əgər belə olmasa mən, ölkə başçımıza, dövlət rəhbərlərinə müraciət edəcəm. Bu torpaq mənimdir, əlimdə sənədim var. Nəyə görə qarşı tərəfin maraqlarını ora çağırdığım bütün insanlar müdafiə edir? Belə çıxır ki... Münaqişə zamanı adını bilmədiyim bir qadının qışqırtısı hələ də qulaqlarımdadır: mən polis hərrəmirəm. Maraqlıdır, bəs görəsən o qadın kimi hərləyir, ya da kimə haqqını verib ki, belə gurultuyla danışır. Əgər bu ölkədə haqq, ədalət əyilibsə, o zaman ölkənin də, o ölkədə yaşayanların da deməli sonu çatıbdır.
Bəli, bu gün də qonşuyla münaqişə davam edir. Əislində mən qarşı tərəfi də dinləmək istərdim.
Tahirə Həbliyeva

Bölməyə aid digər xəbərlər

QONŞU DAVASI...
Dədə, babalarımızdan belə bir məsəl eşitmişik: qonşu qonşunun külünə möhtacdır. Əslində bu sözü taaa 37-ci illərə şamil etmək olar ki, o vaxtlar deyirdilər ki, yaxşı kişilər 37-ci illərdə yox oldular. Mən isə bu sözü də elə 37-ci illərə şamil etmək istəyərdim. Qonşu da, qonşuluq da 37-ci illərdə yox oldular. Bu gün isə onların yerində nakişilik, qeyrətsizlik, vicdansızlıq, haqq yeyənlər, yetimin, xəstənin haqqını dananlar qalıb. Bu gün sözü həqiqi mənasında qonşu da yoxdu, qonşuluq da.
Əslində mən qonşunun, ya da qonşuluğun olmadığını yaxşı bilirəm, bunu sadalamağa heç ehtiyac da duymuram. Amma qonşun yaxşı olsa, kor qızın... məsəlini də unutmamaq mümkün deyil.
Təkcə Sumqayıtda deyil, elə Azərbaycanın hər yerində bu gün göydələnlərlə bərabər gecə qondular da artıb artmaqdadır. Gecə qondularda yaşayanların halını bir yaşayanlar, bir də Uca Yaradan bilər. Bəzilərində kanalizasiya sistemi yox, bəzilərində su çatışmır, xüsusilə yaz aylarında bu ərazilərin iyindən, qış aylarında isə yolların palçığından, evlərin suyundan, tenindən dayanmaq mümkün deyil. Lakin nə edəsən, ehtiyac qul eylər qəhrəmanı da, sözlərini şair elə-belə deməyib ki...
Nə isə... Uzatmaq istəmirəm.
Sumqayıt şəhəri Xəzər bağlarında yaşayan II qrup əlil Asif Nəzərovla da söhbətimiz elə qonşuluqdan oldu. Onun dediklərini olduğu kimi dərc etmək istədim. Asifin dediklərindən:
-Mən ailəmlə birlikdə Xəzər bağlarında yaşayıram. II qrup əliləm, əsəbləşəndə sudurğa keçirirəm. Övladım da sudurğa keçirir. Elə buna görə də bizim evimizdən tibb işçiləri əksik olmur. Bəzən gündə 2 dəfə evə təcili yardım çağırıram. Yaşlı anam və atam var. Əmim Qarabağ şəhididir. Yeddi ay bundan əvvəl 1.5 sot torpaq sahəsi alıb bir gecə qondu tikdirdik ki, başımızı soxaq, kirayə pulunu verə bilmirik. Mən xəstəyəm, işləmirəm, yoldaşım da övladım xəsətədir ona görə işləmir. Gəlir gətirən heç bir yerimiz yoxdur. Evi bir təhər edib borc-xərc tikdirdik. Həyətyanı sahəni də hasara almaq vaxtı çatanda qonşu etiraz etdi ki, hasar çəkdirə bilməzsiniz. Əlimdə sənədim var, bələdiyyədən həmin ərazini təsdiq edən sənədim əlimdədir. Göstərirəm olmur, yaxşılıqla həll edək deyirəm olmur. Axırda da davamız başladı. Onların kim olduqlarını da bilmirəm, hansı yolun yolçuları olduqları da mənə maraqlı deyil. Onlar məni təhqir edir, atamı, anamı söyür, qaziləri təhqir edirlər. Deyəndə də deyirlər ki, biz polis hərrəmirik, qazilər də bizim üçün qazi olmayıblar. Mən həmin vaxt sudurqa keçirdim, təcili Tibbi yardım gəldi. Hətta onlar mənim ayağıma da vurub zədələdilər. Bu barədə həkimə də, polisə də məlumat vermişəm. Hətta Həmin gün 102 xidmətinə də məlumat verdim. Maraqlıdır ki, polisləri mən çağırmışam, lakin onlar şikayətçi olduğum ailənin evinə girdilər və ordan da çıxıb getdilər. Bələdiyyənin işçisinə zəng vurub çağırdım. O da heç bir şey olmamış kimi əraziyə baxış keçirib getdi. Sərdar adlı polis işçisi Sumqayıt şəhəri 4-cü polis bölməsində işləyir. O da işə heç bir müdaxilə etmədən qarşı tərəflə söhbət edəndən sonra çıxıb getdi. Maraqlıdır ki, şikayətçi mən ola-ola polis işçisi nəyə görə qarşı tərəfin maraqlarını müdafiə edir? Burdan belə çıxır ki, günahkar mənəm? Dediyim kimi mən xəsətəyəm, əlilliklə aldığım 5-10 manatla dolanıram. Qəpik-qəpik yığıb daş alıb, sement alıb hasar çəkdirdim, onu da vurub dağıtdılar. İndi deyə bilərsinizmi mənə dəyən zərər, ziyanı kim ödəyəcək?
Dədə-babalardan bizim ümid yerimiz həmişə polis olub, orqan işçiləri olub. Onlar haqqı, ədaləti hər zaman müdafiə ediblər. Əgər onlar olmasaydı, yer üzərində görülməyən heç bir vəhşilik qalmazdı. Bu gün onların sayəsində bizim ölkəmizdə ədalət bərqərar olub. Lakin bəzi polis işçiləri də var ki, onlar yer üzərinə ədalətsizlik toxumu səpirlər. Mən ümid yeri kimi həmişə onlara üz tutmuşam. Elə bilirəm ki, onlar bu gündən sonra mənim haqq işimdə mənə köməklik edəcəklər.

Həyatda hər cür insanlarla qarşılaşmaq mümkündür. Haqlıyla da, haqsızla da, ancaq qonşu torpağına göz dikən insanların hər zaman gözü tökülübdür. 30 ildən çoxdur torpaqlarımız işğal altında idi. Bu gün şükürlər olsun ki, həmin torpaqlar işğaldan azad edildi. Bu yolda çox qurbanlarımız oldu. Bir də ki, azadlıq elə-belə alınmır, onun üçün qan tökmək, can vermək gərəkir. Elə mənim də əmim torpaq uğrunda şəhid oldu. Bəli, torpaq uğrunda. Biz torpaqlarımızı düşmənlərdən mərdliklə, qəhrəmancasına ala bildik. O boyda torpaqların işğalı öz yolunu tapdı, mənim 0.5 sot torpağımın işğalı azadlığını tapa bilmədi. Mən üzümü əlaqədar təşkilatlara tutub deyirəm: mənim işimə haqqnan, ədalətnən yanaşın. Əgər belə olmasa mən, ölkə başçımıza, dövlət rəhbərlərinə müraciət edəcəm. Bu torpaq mənimdir, əlimdə sənədim var. Nəyə görə qarşı tərəfin maraqlarını ora çağırdığım bütün insanlar müdafiə edir? Belə çıxır ki... Münaqişə zamanı adını bilmədiyim bir qadının qışqırtısı hələ də qulaqlarımdadır: mən polis hərrəmirəm. Maraqlıdır, bəs görəsən o qadın kimi hərləyir, ya da kimə haqqını verib ki, belə gurultuyla danışır. Əgər bu ölkədə haqq, ədalət əyilibsə, o zaman ölkənin də, o ölkədə yaşayanların da deməli sonu çatıbdır.
Bəli, bu gün də qonşuyla münaqişə davam edir. Əislində mən qarşı tərəfi də dinləmək istərdim.
Tahirə Həbliyeva

Tarix: 30-04-2021, 11:00 Oxunub: 97
Bölməyə aid digər xəbərlər
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
10-07-2020, 16:05
Verilən qərarların hirsini onlardan çıxmayın!
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
















