12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - Video

bakida-avtobus-bir-nece-masini-ezib-obyekte-cirpildi 

Bakıda marşrut avtobusu avtomobillərə çırpılıb.
“Yeniazərbaycanhəyatı” xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, “Çinar Trans” MMC-yə məxsus “İsuzu Citiport” markalı avtobus 5 avtomobili əzərək, gül mağazasına çırpılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, Habil Səfərəli oğlu Nəsirovun idarə etdiyi, 77-JD-819 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı sərnişin avtobusu Faiq Hüseynəli oğlu Axundovun idarə etdiyi, 99-AL-242 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Toqquşmadan sonra yol kənarındakı daha 3 avtomobilə dəyən avtobus gül dükanına çırpılıb.
Nəticədə, “Hyundai” markalı minik avtomobilinin sürücüsü Faiq Hüseynəli oğlu Axundov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.






Tarix: 5-11-2025, 11:09 Oxunub: 21


Bölməyə aid digər xəbərlər
3-07-2023, 16:37 Polis günü