12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
HƏKİMLƏRİN ÖZBAŞINALIĞI BİTƏN DEYİL

Aristokrat Tibb Mərkəzi"ndən şikayət var: Dodaq düzəldən yerdə, qaş tökürlər



Aristokrat Tibb Mərkəzi, tibb mərkəzi, klinika, Bakı, Aşıq Molla Cümə  küçəsi, 38 — Yandex Maps

Təkcə plastik cəhharların özbaşınalığı, savadsızlığı gündəmi zəbt etməyib. Eyni zamanda savadsız stomatoloqların da adı bu gün hallanır. Onu da deyim ki, heç bir tibb təhsili olmayan diş düzəldənlər də bu gün balaca bir yer açaraq orda stomatoloq kimi fəaliyyət göstərirlər. Tibb təhsili olan həkimlər isə bu acınacaqlı vəziyyətin şahidi olduqdan sonra üz tuturlar başqa-başqa ölkələrə.
Aristokrat Tibb Mərkəzini tanımayan çox az adam var. Adı yaxşı hallarla hallanmayan bu tibb mərkəzində sözün əsl mənasında bazar açılıb. Sertifikasiyası, hətta ali təhsili olmayan stomatoloqlar, eləcə də kosmetoloqlar qanunsuz fəaliyyət göstərir. Görəsən bu özbaşınalığa nə zaman son qoyulacaq?

Yeri gəlmişkən onu da deyim ki, ötən il Aristokrat Tibb Mərkəzi” fəaliyyətindən kənar icazəsi olmayan tibbi xidmət göstərdiyi üçün cərimələnib. hazırda isə heç bir tibb təhsili olmayan Kənan, Araz, Elçin adlı şəxslər syomatoloq kimi fəaliyyət göstərirlər. Belə tibb təhsili olmayan adını "həkim" adlandıran şəxslərin sayəsində bu klinikanın adı həmişə mənfi şəkildə hallanır. Elə buna görə də klinikada hadisələr də baş alıb gedir. Mətbu orqanları bu barədə dəfələrlə yazsalar daheç bir nəticəsi olmadı. Əlaqədar təşkilatlar da bu hadisələrə gözlərini yumdular. 
 Səhiyyə Nazirliyi nə zamana kimi bu özbaşınalığa, saxtakarlığa göz yumacaq? Əminik bu barədə bir tədbir görüləcəkdir.

ELŞAD ABDULLAYEVİN "ARİSTOKRAT" TƏZAHÜRÜ » Məhəmməd Ərsoyun BLOQU


Aristokrat Tibb Mərkəzi" MMC 8 min manata kimi - CƏRİMƏLƏNƏ BİLƏR - FED.az




Tarix: 27-09-2025, 11:42 Oxunub: 32


Bölməyə aid digər xəbərlər
29-05-2021, 20:00 Allah rəhmət eyləsin