Ölkəmiz Qarabağ müharibəsini qələbə ilə başa vursa da, özbaşınalığa, qanunsuzluğa, hərc-mərcliyə son qoya bilmədi. Bu gün kimin gücü kimə çatırsa, onu da basıb döyür, vurur öldürür, hədə-qorxu gəlir. Polis əməkdaşları, əlaqədar qurumlar da bu barədə nə qədər çalışsalar da bu hərc-mərcliyə qalib gələ bilmirlər. Dövlət orqanları belə insanları məsuliyyətə cəlb etməyə çalışırlar. Lakin yenə də azalmaq bilmirlər ki, bilmirlər.
Bu günlərdə redaksiyamızın qonağı olan Bərdə rayonunun Kətəparaq kənd sakini Həsənov Məhəmməd Həsən oğlu da belə bir özbaşınalıqdan şikayət edirdi. Maraqlı burasıdır ki, Həsən dayı yadlardan deyil, öz bacısı oğlundan şikayət edirdi. Bacı oğlunun öz böyüyünə, öz dayısına qarşı etdiyi “qəhrəmanlıq” həqiqətən ağlasıqmaz idi. Maraqlıdır, bu dünyanın malını lim o dünyaya aparıb ki, bu qalıb kənarda. Dayısına qarşı, böyüyünə qarşı etdiyi hörmətsizlik nə bu dünyada, nə də o biri dünyada qəbul edilən deyil. Yaxşı olar ki, bu barədə Həsən dayının özü danışsın:
-Qızım mən hazırda Bərdə rayonunun Kətəparaq kəndində yaşayıram. Kənd təsərrüfatı işləri ilə məşğul oluraq ailəmi dolandırıram. Çörəyimi halal yola qazanan insanam. Mənim böyük bacımın oğlu Həsənov İlham Muxtar oğlu tərəfindən bizə əkilmək üçün verilən onlara məxsus torpaq sahəsini övladlarımla birgə əkib becəririk. Bacımın kiçik oğlu Hüseynov Əmiraslan Muxtar oğlu yanına da özü xasiyyətdı olan işsiz, boş bekar dolanan bir şəxslə, yəni dövlətə, millətə, xalqa heç bir xeyri olmayan Qasımov Ramin Firdovsi oğlu ilə gəlib Bərdə rayonunun Kətəparaq kəndində mənim əkdiyim pambıq sahəsini, və əlavə əkdiyim əraziləri traktorla şumlayaraq yararsız hala salmışdır. Bu yetərli deyilmiş kimi mənim böyük oğlumu, ailəmi ölümlə hədələyərək oğlumdan Polis İdarəsinə şikayət etmişdir. Onun şikayətinə əsasən oğlumu bir neçə saat polis idarəsində saxlayandan sonra buraxmışlar.
Bunların hər ikisi tüfeyli həyat sürür, narkotik alverçisi kimi tanınır, Sumqayıt şəhərində balıq ovçusu, qadağan olunmuş quşların ovlanması, dəniz balıqlarının qadağan olunmuş növlərini tutaraq dövlətə və təbiətə ziyan vururlar. Bu iki tüfeyli şəxs Sumqayıt şəhərinin Novxanı bağlar ərazisini yiyəsiz bilərək “dərə xəlvət tülki bəy” məsəlinə uyğun olaraq hərəkət edirlər. Onların etdiyi qanunsuz hərəkətləri saymaqla qurtarmaz. Onlar hətta bu qanunsuz hərəkətləri ilə fəxr edirlər. Əlaqədar təşkilatların isə onlardan xəbəri yoxdur. Onu da deyim ki, bu şəxslərin hər ikisi hərbi xidmətdə olmamış, Qarabağ müharibəsində iştirak etməmişdirlər. Bacım oğlu heç bir yerdə işləmir və 4 dəfə ailə quraraq boşanmış və 4 qadını bədbəxt etmişdir. O hətta aliment belə vermir, övladları ilə maraqlanmır, öz həyatını yaşayan məsuluyyətsiz bir insandır.
Son ümid yeri kimi sizə müraciət edirəm. Bacım oğlu mənim əkdiyim pambıq sahəsini şumlayaraq təkcə mənə deyil, dövlətə də külli miqdarda zərər vurmuşdur. Onun bu qanunsuz hərəkətinə görə mənim ailəmə maddi və mənəvi ziyan vurulmuşdur. Mən çox istəyərdim ki, narkotik satan, dövlətə, təbiətə zərər verən bu şəxs haqqında əlaqədar təşkilatlar bir ölçü götürsün. Onun bu özbaşınalığına son qoyulsun, məsuliyyətə cəlb olunsun.
Vallah, bəəzn insan sözün bitdiyi yer deyirlər ha, mən elə bilirəm ki, bax elə tam burdadır. Böyüyünə qarşı hörmətsizlik edərək ona ziyan vuran, onun min bir əziyyətlə əkdiyi pambıq sahəsini traktorla şumlayara ziyan vuran bir şəxsin dayısına, onun ailəsinə vurduğu ziyan yox, elə mənəvi ziyan heç bir ölçüyə gəlməz. Bu insan yəqin elə düşünür ki, bu dünya onun kimi böyüyə qarşı hörmətsizlik edən şəxsə qalacaq. Vallah yalan sözdü, bu dünyanın varı və ümumiyyətlə bu dünya heç kəsə qalan deyil. Bu dünyada qalan yeganə şey hörmətdir, izzətdir, yaxşılıqdır. Gəlin yaxşılıq etməkdən heç vaxt əl üzməyək.
Yeniazərbaycanhəyatı.az

Bölməyə aid digər xəbərlər
















