12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
"Heydər Əliyev xilaskarımız, İlham Əliyev möhtəşəm zəfərimizin müəllifidir"

Prezident İlham Əliyev: Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır


«Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı oldu. Heydər Əliyevin vətənə, xalqa, dövlətə sonsuz məhəbbəti, zəngin siyasi və idarəçilik təcrübəsi, diplomatik məharəti, dövlətçilik təcrübəsi qarşısına qoyduğu məqsədlərin - Azərbaycanın xilası və inkişafı məramının gerçəkləşdirməsində əsas faktor oldu. Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq, tarix səhnəsindən, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. O, Azərbaycanı dərin uçurumdan, böhran burulğanından çıxararaq, böyük və sürətli inkişaf yoluna təqdim etdi. O, müasir və müstəqil Azərbaycan dövlətini qurdu. Qurucusu və memarı olduğu Azərbaycan dövlətinin güclü, qüdrətli, inkişaf etmiş ölkəyə çevrilməsinin dayanıqlı sütunlarını yaratdı.
Lakin bütün bunlarla bərabər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında Azərbaycanın müstəqilliyini əbədi edəcək, ona ağır miras kimi qalmış Qarabağ probleminin, ərazi bütövlüyü məsələsinin həllinə nail ola biləcək Liderin yetişdirilməsi daha vacib məqam, tarixi vəzifə və borc idi. Ümummilli Lider Heydər Əliyev digər məsələlərdə olduğu kimi, məhz bu məqamı da tarixi şans kimi dəyərləndirdi və tarixi addımını atdı. Ulu Öndər Azərbaycan dövləti və Azərbaycan xalqı naminə başladığı siyasi kursun layiqli davamçısı kimi cənab İlham Əliyevi təqdim etdi.

 «Tarix  unudulmayan  yaddaş, zaman  ən ədalətli hakimdir»
  Ulu Öndərin  təklifi ilə hazırlanan, insanları milli birliyə, vətəndaş həmrəyliyinə çağıran həmin bəyanatda qeyd edilirdi ki, iyun ayının 4-də Gəncə şəhərində başlanmış və  davam edən hadisələr ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub. Faktiki olaraq vətəndaş müharibəsi başlanılıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və  keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik: « Əminik ki,  Cəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər  bütün Azərbaycan xalqının mənafeyi,  milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə  həll ediləcəkdir.»
 Həmin günlərdə  insanları qorxu altında saxlayan,  Azərbaycanı bölünmək təhlükəsi ilə üzləşdirən qiyamı yatırmağa  qadir,  xalqı arxasınca apara biləcək bir liderə ehtiyac var idi. Heç vaxt yanılmayan, məhək daşını tərəziyə  düzgün qoyan zaman, tarixi həqiqətlər yenə də  xalqa doğru yolu göstərərək  insanlara liderini göstərdi. Həmin dahi milyonların ümid yeri olan ulu öndər Heydər Əliyev idi.



Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir» söyləyən Prezident İlham Əliyev bu gün fərəhlə  qeyd etdiyimiz uğurların qazanılmasında «Heydər-xalq, xalq-Heydər» birliyini yenilməz qüvvə adlandırır.  Bu birliyin təməli isə o çətin sınaq dövründə qoyuldu. Müdrik kəlama çevrilən «Hər bir Azərbaycan vətəndaşının  həyatında  Heydər Əliyev qüdrətinin, zəkasının zərrəsi var» deyimi günümüzün reallığıdır. 



Mahir Hümbətov,
Yeniazərnaycanhəyatı.com
 informasiya portalının rəhbəri

Tarix: 28-02-2026, 16:37 Oxunub: 28


Bölməyə aid digər xəbərlər
3-07-2023, 16:37 Polis günü