11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİ QÜRURLA ANIRIQ
Azərbaycanın dövlətçilik tarixində çox böyük şəxslər, dövlət xadimləri olmuşlar. Onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, xalqımızın firəvan gələcəyinə yönəlmiş xidmətlər göstərmişlər. Bütün ömrünü Azərbaycan xalqının firəvan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr etmiş Ulu öndər Heydər Əliyev öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsil vətəndaş olduğunu sübuta yetirmişdir. 1969-cu ildə Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda, ölkəmiz iqtisadi göstəriciləri baxımından keçmiş Sovet respublikaları sırasında ən geridə qalmışlarından biri idi. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu.
Ümummilli liderimiz Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanın milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğu danılmazdır. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideallara bağlı olmuşdur. Ümummilli lider bütün zəngin və mənalı həyatı boyu həmişə xal-qını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Müstəqil Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli liderimiz Heydər Əliyev həm də müstəqillik ideologiyasının banisi və müəllifidir. Ulu öndərimiz Heydər Əliyev mahir dövlətşünas və rəhbər kimi xalqı üçün nə mümkündürsə onu etmiş və həm də Özünün davamçısı və siyasi varisi üçün zəngin ideya irsi və böyük mənəvi-ideoloji varidat qoymuşdur. Bu zəngin nəzəri-siyasi irsin tərkibində milli müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyası mühüm yer tutur. Ulu öndərimiz bu haqda demişdir: “… Bütün həyatımı təhlil edəndə, görürəm ki, hər halda, bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycamn müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində olmağa qoymamışam”.
Həyatının böyük hissəsini Azərbaycan dövlətinə və xalqına xidmətə həsr edən Ümummilli lider Heydər Əliyev respublikamızın gələcəyi naminə əsasını qoyduğu daxili və xarici siyasi kursun davam etdirilməsini istəyirdi. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində Ulu öndər cənab İlham Əliyevə və qurucusu olduğu Yeni Azərbaycan Partiyasına dərin inamını bəyan edərək Azərbaycan dövlətinin əbədi müstəqilliyi və daha güclü olması arzusundan irəli gələrək tarixi bir çağırış etdi: “Üzümü Sizə–həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”
Beləliklə, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görmüşdür və buna görə də Onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz. Ulu öndərimizin həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyildir. Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qorumuş, respublikada ictimai-siyasi sabitliyi təmin etmiş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etmişdir. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləmiş, xalqın birliyi yaranmışdır. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o, öz əlləri ilə yaratmış, onun müstəqilliyini bərpa etmiş inkişaf etdirmiş, bütün dünyaya tanıtmışdır. Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlamış, dönmədən həyata keçirilməsini təmin etmişdir.
Təbiidir ki, Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə xalqımız qarşısındakı misilsiz xidmətlərin Azərbaycan cəmiyyəti tərəfindən daim yüksək qiymətləndirilmiş, bu gün də Onun əziz xatirəsi xalqımızın qəlbində özünə əbədi yer tapmışdır. Eyni zamanda, bu dahi rəhbərin istedadı, siyasi bacarığı və dövlətçilik qabiliyyəti dünyanın nüfuzlu liderləri tərəfindən də örnək göstərilmiş, O, haqlı olaraq, ən böyük azərbaycanlı adlandırılmışdır. Dünya liderləri və tanınmış siyasi xadimlər Ulu öndər Heydər Əliyev haqqında həmişə dərin hörmət və ehtiramla danışır, Onun nəinki Azərbaycan dövlətçiliyi qarşısındakı, eyni zamanda, qlobal miqyaslı xidmətlərini məmnunluqla xatırlayır, ən yüksək qiymətə layiq görürlər.
Mahir Hümbətov,
Yeniazerbaycanhəyatı.com informasiya portalının rəhbər
Bölməyə aid digər xəbərlər
2023-cü il HEYDƏR ƏLİYEV ilidir

Tarix: 13-06-2023, 17:04 Oxunub: 98
Bölməyə aid digər xəbərlər
8-05-2022, 12:11
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİ QÜRURLA ANIRIQ
7-05-2022, 19:28
QARABAĞ AZƏRBAYCANDIR NİDA!!!
7-05-2022, 19:26
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİ QÜRURLA ANIRIQ
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
15-07-2020, 10:40
Bakıda möhtəşəm Orduya dəstək yürüşü və... arzuolunmaz sonluq
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU