11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Sumqayıtdan Qarabağa uzanan yol: Gələcəyin həkimi Həmidə Məmmədli ilə müsahibə

Tibb sahəsi hər zaman insanlara yardım etməyi, məsuliyyət daşımağı və cəmiyyətə faydalı olmağı özündə birləşdirən ən şərəfli peşələrdən biri olub. Bu yola qədəm qoymaq isə yalnız bilik deyil, həm də böyük bir ruh yüksəkliyi, səbr və əzm tələb edir. Bu dəfə müsahibimiz, Qarabağ Universitetinin ilk tibb tələbələrindən biri olan Sumqayıt təhsilinin yetirməsi Həmidə Məmmədlidir. Xeberle.com-un əməkdaşı onunla uşaqlıq arzularından imtahan hazırlığına, ailə dəstəyindən gələcək hədəflərinə qədər bir çox mövzularda həmsöhbət olub:– Həmidə, əvvəlcə səni tanıyaq. Özünü qısa təqdim edə bilərsənmi?– Mən Həmidə Məmmədli. İbtidai sinifimi Sumqayıt şəhərində Texniki və Təbiət Elmləri Liseyində oxumuşam. Sonrakı təhsilimi Təbiət Elmləri Təmayüllü Gimnaziyada almışam. Daha sonra isə 9-cu sinifdən Qubadlı rayon Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbində davam etdirmişəm.– Tibb sahəsini seçmək qərarın necə formalaşdı? Bu arzunun əsas səbəbi nə idi?– Uşaqlıqdan ağ xalat geyinmək arzum olub. İnsanlara yardım etmək, onların üzündə təbəssüm görmək həmişə məni həyəcanlandırıb. Tibb mənim üçün sadəcə maraq deyil, həm də məsuliyyətdir. İnsana faydalı ola bilmək, onun həyatına toxunmaq qədər dəyərli bir şey yoxdur.– Hazırlıq dövründə qarşılaşdığın ən böyük çətinlik nə oldu?– Əsasən blok fənlərində — kimya, fizika və biologiyada başa düşməkdə çətinlik çəkdiyim bəzi mövzular olurdu. Bunları isə təkrar etməklə və müəllimlərimdən yenidən izah tələb etməklə həll etdim.– DİM imtahanına necə hazırlaşırdın? Sənə ən çox çətinlik yaradan fənn hansı idi?– Mənə ən çox çətinlik yaradan fənn biologiya oldu. Çünki fizika və kimya daha çox dəqiq elmlərdir, biologiya isə daim yenilənir, yeni məlumatlar əlavə olunur. Buna görə də biologiya sanki sonsuz bir dəryadır.– Hazırlıq zamanı motivasiyanı necə qoruyurdun?– Düzünü desəm, motivasiya bir yerə qədər davam edir, ondan sonrası isə disiplin və əzmlə mümkündür. Yorğunluq və stress motivasiyanı azaldır. Geriyə sadəcə nəticədə olmaq istədiyin sən, arzuların və xəyalların qalır. Bu da insanı yoluna davam etməyə məcbur edir.– Ailən və müəllimlərin bu yolda sənə necə dəstək oldu?– Anam daim mənə inandı. "Alınmaz” dediyim anlarda mənə böyük dəstək oldu, motivasiya verdi. Müəllimlərimin əziyyəti də çoxdur. Onların dəstəyi, hətta sadə sözləri belə insana güc verir. Ailəmlə yanaşı, müəllimlərimin də bu yolda rolu böyükdür.– Qardaşınla birgə imtahanlara hazırlaşmaq necə hiss idi? Rəqabət və ya motivasiya baxımından bu sizə necə təsir etdi?– Qardaşımla fərqli sahələr və imtahanlar üzrə hazırlaşdığımız üçün yollarımız bir az ayrı idi. Birlikdə verdiyimiz yeganə imtahan buraxılış imtahanı oldu. Qardaşım həm yarışlara, həm də öz imtahanına görə çox az müddətdə hazırlaşmalı oldu. Bu vaxt bilmədiyimiz mövzuları müzakirə edir, bir-birimizə doğru yolu göstərirdik.– Hansı anlar oldu ki, bir-birinizə dəstək olaraq çətinliklərin öhdəsindən gəldiniz?– Buraxılış imtahanına hazırlaşan zaman əsasən Azərbaycan dili fənnində ona dəstək olmağa çalışdım. Çünki mətnlərə yanaşma və qrammatikadakı bəzi incəliklər çaşdırıcı ola bilərdi. Bir-birimizə dəstək olaraq həmin imtahanın da öhdəsindən gəldik.– Eyni vaxtda qəbul nəticələrini gözləmək sizə hansı emosiyaları yaşatdı?– Qəbul nəticələrimiz tam eyni gündə yox, iki gün fərqlə açıqlanmışdı. Özümün təxminən hansı universitetə düşəcəyimi bilirdim, buna görə də qardaşımın nəticəsini dörd gözlə gözləyirdim.– Qəbul nəticən açıqlananda ilk nə hiss etdin?– Əvvəlcə bir az kədərləndim, sonra isə böyük sevinc hiss etdim. Artıq tibb tələbəsi idim. Bu hissi sözlərlə izah etmək çətindir.– Evdə qəbul sevinci necə qarşılandı? O anı necə xatırlayırsan?– Evdə hamı çox sevindi. Amma Qarabağ Universitetinə qəbul olduğum üçün ailəmdən bir qədər uzaqlaşmaq çətin idi. Çünki qardaşım Türkiyəyə, mən isə Qarabağa gedəcəkdim. Anam isə burada qalacaqdı. Daha sonra "yaxşısı bu imiş” deyərək sevincimizə davam etdik.– Uşaqlıqdan bəri iştirak etdiyiniz intellektual yarışlar sizə necə təsir etdi?– Bu yarışlar sayəsində komandada birliyin, sürətli qərar verməyin önəmini öyrəndik. Bəzən qalib gəldik, bəzən məğlub olduq, amma hər ikisi bizə çox şey öyrətdi.– Qarabağ Universitetində təhsil almaqla bağlı gözləntilərin nələrdir?– Düşünürəm ki, Qarabağ Universitetində heyətin savadlı olması, bizim ilk tibb tələbələri kimi seçilməyimiz, müasir klinika və tədris otaqlarının mövcudluğu həm mənim, həm də bütün tələbələrin inkişafı üçün əlverişli olacaq.– Gələcəkdə hansı sahədə ixtisaslaşmaq istəyirsən?– Hələ tam qərar verməmişəm, amma hazırkı düşüncəmə görə oftalmoloq olmaq istəyirəm.– Tibb sahəsində nümunə götürdüyün bir şəxs varmı?– Tibb sahəsində oxuyan bir neçə dostum var, onların dəstəyi mənim üçün çox dəyərli olub. Həm onlar, həm də sosial mediada gördüyüm bir çox tibb tələbələri mənim üçün ilham mənbəyi idi.– Hazırda imtahanlara hazırlaşan abituriyentlərə nə məsləhət verərdin?– Ruhdan düşsələr belə yollarına davam etsinlər. Çətinliklər mütləq olacaq, amma onların öhdəsindən gəlmək mümkündür. Bu yol həm uzun, həm də bəzən keşməkeşli olur, amma sonunda böyük sevinclər gətirir. Xəyallarınızın arxasınca gedin, özünüzə inanın — o zaman heç bir maneə sizi dayandıra bilməyəcək.– Səncə, uğur qazanmaq üçün ən vacib amil nədir?– Məncə, uğur qazanmaq üçün ən vacib amillər iradə, əzm, disiplin və plandır.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-09-2025, 12:33 Oxunub: 107
Bölməyə aid digər xəbərlər
9-05-2025, 11:54
İlham Əliyevin Sumqayıt səfərindən – FOTOLAR
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
8-03-2021, 17:31
Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 10:56
DİM abituriyentlərə müraciət etdi
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU