12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Orxan Adıgözəlzadə: “Sumqayıt şəhər bələdiyyəsi olaraq bizim üçün ən önəmli məsələ sakinlərimizin sosial-rifahının təmin edilməsidir”


 
“Sumqayıt bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi məqsədiylə layihələrin icrasını davam etdirir”- bu fikirləri Belediyye.infoya  Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə bildirib.

Orxan Adıgözəlzadə bildirib ki, Sumqayıt Bələdiyyəsinin 2024-cü il üçün təsdiq etdiyi  sosial-iqtisadi proqrama uyğun olaraq fəaliyyətini davam etdirib və sakinlərin müraciətlərinə uyğun olaraq şəhərin bir sıra ərazilərində asfalt vurulmasını həyata keçirib.
Belə ki, məktəblərə əhalinin və şagirdlərin gediş-gəlişinin rahatlığını  təmin etmək üçün  şəhər ərazisindəki bərbad vəziyyətə düşmüş yolları  Sumqayıt  şəhər İcra Hakimiyyətinin dəstəyi ilə asfalt vurulub. 
Qeyd edək ki, bələdiyyənin maliyyə dəstəyi ilə bu dəfə 23, 26, 30, 35 saylı məktəblərə, 47, 54, 71 saylı bağçalara və 43 saylı seçki dairəsinə aparan yollara asfalt vurulub.
Orxan Adıgözəlzadə bildirib ki, şəhər bələdiyyəsi olaraq bizim üçün ən önəmli məsələ sakinlərimizin sosial-rifahının təmin edilməsidir.
Belediyye.info


Tarix: 11-02-2025, 10:38 Oxunub: 74


Bölməyə aid digər xəbərlər
11-11-2024, 11:47 Sumqayıt-75
28-10-2024, 14:13 Sumqayıt-75