11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
ZƏFƏRIN MÜBARƏK, VƏTƏN!

Bölməyə aid digər xəbərlər

Otuz ilə yaxın idi ki, Qarabağımızı, eləcə də onun ətrafındakı yeddi rayonumuzu ermənilər işğal etmişdilər. Doğma ocaqlarından didərgin düşmüş qaçqınlar acılarla dolu həyat yaşayırdılar. Yurd həsrətli bu insanlar intizarla, həsrətlə torpaqlarımızın azad olunacağı və geriyə dönəcəkləri günü gözləyirdilər. Belə çətin günlərdə Vətənin Zəfərə, Qələbəyə ehtiyacı var idi. Bu Zəfəri Vətənə qoynunda böyütdüyü övladları bəxş etməliydilər. Yurdu düşmən əsarətindən yalnız onlar xilas edə bilərdilər.
Hər gün səhərlərimizi sabahlara böyük ümidlərlə, Zəfər arzusu ilə açırdıq. Çünki yalnız qəsbkarlar üzərində qazanılacaq Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olunacaqdı. Yurdumuzu azad edəcək qeyrətli oğullarımız gündən-günə güclənən ordumuzun sıralarında şərəflə, ləyaqətlə xidmət edirdilər. Onlar yorulmaq bilmədən təlim keçir, silahların sirlərinə yiyələnir, hərbi texnikaları idarə etməyi öyrənir, düşmən üzərində qazanacaqları zəfərə hazırlaşırdılar.
Müstəqilliyimizin təminatçısı, xalqımızın güvənc yeri olan, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordumuz günü-gündən inkişaf edir, formalaşır və möhkəmlənirdi. Zaman keçdikcə ordumuz maddi-texniki bazasını gücləndirirdi. Onun sıralarında xidmət edən hərbi qulluqçuların ürəyi erməni qəsbkarlarına qarşı nifrətlə döyünürdü. Döyüş hazırlığını artıra-artıra güclənən silahlı qüvvələrimiz ermənilərin tapdağı altında qalmış torpaqlarımızı azad etməyə qadir və hazır idi.
İkinci Qarabağ müharibəsi günümüzün bir çox reallıqlarını kökündən dəyişdi. Vətən müharibəsi təqvimimizə də yeniliklər gətirdi. Əvvəllər noyabrın 8-i hamımız üçün adi günlərdən biri idi. Sakitcə, heç bir təmtəraq olmadan ötüb keçirdi. 2020-ci ildən sonra isə noyabrın 8-i tariximizə Zəfər Günü kimi yazıldı. İndi ölkəmizin bütün bölgələrində bu əziz bayram böyük təntənə ilə qeyd olunur. Xalqımız 2020-ci ilin payızında böyük tarixi günlər yaşadı. Çöhrələrimizə gülüş ələyən Zəfər bayramı Vətən müharibəsində qazanılan uğurlu döyüşlərdən doğuldu. İndidən sonra Zəfər Gününü xatırladıqca iftixar dolu hisslər keçirəcəyik. Zəfər Gününü Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə "əhsən" deyə-deyə xatırlayacağıq. Qürur dolu bu günləri xatırladıqca üzümüz güləcək, könlümüz açılacaq. Bizə bu xoş anları yaşadanların qarşısında böyük iftixarla baş əyəcəyik. Baş əyə-əyə də deyəcəyik ki, Zəfərin mübarək, Vətən!
Azərbaycan Ordusu Vətən müharibəsində qısa müddət ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni qəsbkarları üzərində tarixi qələbə qazandı. Bu möhtəşəm qələbə nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa rayonları və uzun illər işğalçıların nəzarətində qalmış başqa şəhər və kəndlərimiz azad olundu. 44 gün ərzində səngiməyən döyüşlərdə erməni ordusu məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu. İndi xalqımız sevinc içində fərəh dolu günlər yaşayır, şərəfli tarixinin ən gözəl, ən möhtəşəm bayramlarından birini qeyd edə-edə deyir ki, Zəfərin mübarək, Vətən!
Gərgin döyüşlərdə qazanılan bu Zəfərə görə hamımız Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq! Yurd uğrunda canından keçən şəhidlərə minnətdarıq. Vətən müharibəsinin getdiyi günlərdə xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşdi. Qələbə naminə hamı bir nəfər kimi ordumuza dəstək verdi, qüvvə və imkanlarını səfərbər etdi. Döyüşlərin səngimədiyi, silahların susmadığı günlərdə xalq ordusunun, zabitinin, əsgərinin yanında oldu. Məhz buna görə də, İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbələr endirildi, torpaqlarımız işğaldan azad olundu. Hamımızın üzünü güldürən Böyük Zəfər qazanıldı.
Vətən müharibəsində qələbənin qazanılmasında gənclər böyük hünər və qəhrəmanlıq göstərdilər. İkinci Qarabağ müharibəsi başlayan kimi yaşından, vəzifəsindən asılı olmayaraq, ürəyi Vətən eşqi ilə döyünən oğullar yurdumuzun müdafiəsinə yollandılar. Müxtəlif cəbhələrdə döyüşən cəsur oğullarımız yurdumuzun erməni işğalçılarından azad olunması naminə böyük igidlik göstərdilər. Düşmən üzərində zəfərin qazanılmasına qəhrəmanlıq töhfələri verdilər. Böyüməkdə olan gənc nəsillərimiz bundan sonra igidliyi, qəhrəmanlığı Vətənə Zəfər qazandıran bu cəsur oğullardan öyrənəcəklər.
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə çox böyük bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri şəhidlərə qoyulan ən dəyərli abidədir. Rayonlarda yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, idman kompleksləri, zavod və fabriklər, beynəlxalq aeroportlar tikilir. Həm dəmir yolu, həm də müasir dövrün tələblərinə cavab verən avtomobil yolları çəkilir. Bir sözlə, işğaldan azad olunmuş ərazilərə həyat qayıdır.
Azərbaycan Ordusundan aldıqları ağır zərbələrdən sonra geri çəkilən emənilər düçar olduqları məğlubiyyətdən düzgün nəticə çıxarıb, silahı yerə qoymadılar. Yenə də tez-tez mövqelərimizi atəşə tutdular, təxribatlar törətdilər. Laçın rayonunun Zabux, Sus və başqa sərhədyanı kəndlərindən çıxmadılar. Görünür, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətləri, ağır itkiləri onlara yaxşı dərs olmamışdı. Deməli, yenə də düşmənə layiq olduğu yeri göstərmək lazım idi. Separatçıları məhv etmək üçün 12 sentyabr 2022-ci ildə ordumuz "Qisas" əməliyyatı keçirdi. Erməni qəsbkarlarına ağır zərbə vuruldu. Böyük itkilərə məruz qalan düşmən bir günün içində dayandığı mövqelərdən geri çəkilməyə məcbur oldu. Azərbaycan Ordusu "Qisas" əməliyyatında Zəfər qazandı.
Geri çəkilən düşmən yenə də dinc durmur, Qarabağda təxribatlar törədir, yeni postlar, səngərlər qururdular. Əvvəlki çirkin məqsəd və niyyətlərindən əl çəkməyən, hələ də ötən əsrin 90-cı illərinin şirin xəyalları ilə yaşayan separatçılar gizli yollarla Qarabağa silah-sursat daşıyır, bu gözəl diyarda varlıqlarını uzatmağa çalışırdılar. Bu separatçı əməllər yeni antiterror tədbirlərinin keçirilməsini zəruri edirdi. Nəhayət, separatçıların cinayət dolu bu hərəkətləri ordumuzun səbir kasasını daşdırdı. 2023-cü il sentyabrın 19-20-də şanlı ordumuz gizli yollarla Ermənistandan daşıyıb gətirdiyi silahlarla Qarabağı qan çanağına döndərmək istəyən erməni separatçılarına qarşı əməliyyat tədbirləri görməyə başladı. İllərdən bəri atəş səslərinin kəsilmədiyi Qarabağa sülh gətirmək üçün hərbi qulluqçularımız torpaqlarımızdan çıxmaq istəməyən separatçıları məhv etmək məqsədilə böyük hünərlə döyüşə girdilər. Cəsur zabit və əsgərlərimiz qısa müddət ərzində ermənilərin neçə vaxtdan bəri möhkəmləndirdikləri mövqelərini, çəkdikləri beton sədləri darmadağın etdilər. Əməliyyatların elə ilk dəqiqələrindən separatçılar ağır itki verib geri çəkildilər. Bu itkilər ermənilərin məğlubiyyətindən, ordumuzun zəfərindən xəbər verirdi.
Artıq Qarabağda separatçıların, separatizmin sonu çatmışdı. Döyüş əməliyyatlarının ilk anlarından qələbəyə köklənmiş qətiyyət, əzmkarlıq özünü açıq şəkildə göstərdi. Əməliyyata başlayandan 23 saat 43 dəqiqə sonra erməni separatçıları məğlubiyyətin rəmzi olan ağ bayraq qaldırdılar. Düşmən sentyabrın 20-də ordumuzun gücü, qüdrəti qarşısında diz çökdü. Sentyabrın 19-u tariximizə separatçılara qarşı sonuncu döyüşün başlandığı gün kimi düşdü. Ermənilər Qarabağdan könüllü olaraq çıxdılar. Əli xalqımızın qanına batmış cinayətkarların "liderləri" isə həbs edildi. Silahlı Qüvvələrin qazandığı qələbə uzun illər işğalda qalmış Ağdərəni, Əsgəranı, Xocavəndi, Xocalını, Xankəndini və başqa yaşayış məntəqələrini erməni separatçılarından azad etdi. Zəfər dalınca Zəfər gəldi.
Bu gün doğmadan doğma olan Qarabağın hər guşəsində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Zəfər zəfərə, qələbə qələbəyə qarışıb.
Saxrud Əhmədov
Yasamal hospitalin Bas həkimi

Tarix: 6-11-2024, 14:57 Oxunub: 47
Bölməyə aid digər xəbərlər
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
3-11-2021, 14:20
Allah rəhmət eyləsin
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 21:03
Prezident İlham Əliyev: “Mən demişəm, onlar ermənilərdən də pisdirlər”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI