Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb və bu gün də görülür. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunubdur.
Belə ki, Sumqayıt şəhərinin girişindən "Sumqayıt stansiyası” yaşayış massivinə gedən yolda və ətraf yaşayış massivlərində yol infrastrukturu yenidən quruldu.
Stansiya Sumqayıt ərazisində, o cümlədən Şəfəq küçəsində də asfalt işləri görülürdü. Sakinlər görəndə ki, qəsəbənin yolları asfaltlanır, sevinclərinin həddi-hüdudu olmadı. Lakin qəsəbənin dərdi də bununla bitmədi. Qəsəbənin ən böyük problemlərindən biri nqliyyatın az olması və eyni zamanda gec-gec işləməsindəndir. Sakinlər demək olar ki, saatlarla qollarda qalırlar, on dəqiqəlik yolu bir, iki saata gedirlər. Sumqayıtda və ya Bakıda oxuyan şagirdlərin dərsə getməsi sözün əsl mənasında problemə çevrilib. Bir saat, iki saat tələbələr, şagirdlər yollarda qalırlar və bunun nəticəsi də təbii ki, heç də yaxşı olmur.
Sumqayıt şəhərinə işləyən 12 saylı marşrut isə çox gec-gec gəlir. Bu da sakinlərin haqlı olaraq narazılığına çevrilir.
Qəsəbənin ən böyük problemlərindən biri də qəsəbənin işıqlandırma sisteminin olmamasındandır. Gecələr zülmətə qərq olan bu qəsəbə insanın canına vahimə salır. Sakinlər çox istəyirlər ki, əhalisi yetərincə olan bu qəsəbənin də işıqlandırma sistemi olsun. Onlar da gecələr öz qəsəbələrində dolaşarkən işıqlandırma sistemi zövqlərini oxşasın.
Bir neçə ay bundan öncə qəsəbənin heç bir yerində dayanacaq yox idi. Sakinlərin müraciətləri əsasında qəsəbəyə dayanacaqlar quraşdırıldı. Lakin məmur özbaşınalığı burda da özünü göstərdi. Dayanacaqlar insanların gur olduğu yerlərə yox, kiminsə göstərişinə əsasən özünün və ya qohum-qardaşına yaxın olan ərazilərdə quraşdırıldı. Adam ürəyindən keçəni belə yerdə demək istəyir: Həyatınız, ömrünüz elə dayanacaq kimi dayansın.
Qəsəbə həqiqətən çox gözəldir, məktəbi baxçası, istirahət parkı belə var. Dəmir yol xətti də buradan keçir. Burada yaşayan sakinlər çox istəyərdilər ki, bu qəsəbə də başqa qəsəbələr kimi çıl-çıraqlı olsun. İnşallah olacaq da.
365 gün qəzetinin müxbiri
Bölməyə aid digər xəbərlər