Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun qurulması istiqamətində mühüm layihələr həyata keçirilib.Yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunubdur.
Belə ki, Sumqayıt şəhərinin girişindən "Sumqayıt stansiyası” yaşayış massivinə gedən yolda və ətraf yaşayış massivlərində yol infrastrukturu yenidən qurulub. Hazırda bu ərazidə asfaltlanma işləri başa çatdırılıb. Asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunub, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılmışdır.
Bir neçə gün bundan əvvəl Stansiya Sumqayıt ərazisində, o cümlədən Şəfəq küçəsində də asfalt işləri görülürdü. Qəsəbə sakinlərinin yaşadıqları küçənin asfaltlanması üçün yazmadıqları yer qalmadı. Dəfələrlə ölkə prezidentinə müraciət etdikdən sonra qəsəbənin yollarının asfaltlanması barədə qərar qəbul edildi. Belə ki, sakinlər görəndə ki, qəsəbənin yolları asfaltlanır, sevinclərinin həddi-hüdudu olmadı. Lakin bu sevincin ömrü elə də uzun olmadı. Asfaltlama işlərinə böyüklük edənlərdən, o cümlədən Ələddin adlı şəxsin özbaşınalığı sakinləri hiddətləndirdi. Ələddin adlı şəxsin hansı vəzifəni icra etdiyini bilməsəm də, onun sakinlərlə əlaqə saxlayaraq evlərinin önünün asfaltlanması barədə müəyyən miqdarda onlardan pul alaraq asfaltı satmağa başladı. Həmin şəxs evlərin önünün asfaltlatmaq istəyən insanlarından pul verənlərin evinin önünü asfaltladır, verməyənlərin isə evinin önündən sürətlə keçib gedirdi. Maraqlıdır ki, əlaqədar təşkilatların gözü hara baxır görəsən?
Qarşı tərəf kimi adı hallanan şəxsin və ya yol istismar idarəsi rəhbərliyinin də fikirlərini dərc etmək istəyərdik.
Bölməyə aid digər xəbərlər