“RƏŞADƏT” ORDENLI VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELÇİN HÜSEYNOVUN CƏNNƏTDƏKİ MÖVLUDU QEYD OLUNDU
Sentyabr ayının 6-də Vətən müharibəsi Şəhidi - kəşfiyyatçı Elçin Hüseynovun doğum günü idi. 3-cü dərəcəli “Rəşadət” ordenli Qərhəman Şəhidimizin, Cənnətdəki– 32 yaşının tamam olması münasibətilə, əziz-doğmalarının, Şəhid ailələrinin, ictimai xadimlərin Şəhidin məktəb müəllimlərinin və sinif yoldaşlarının içtirakı ilə Sumqayıt Şəhidlər Xiyabanında xoş xatirəsi anıldı. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünun bərpa olunması uğrunda Şəhidlik Zirvəsinə yüksələn Vətən övladları bu mərdlik savaşının əbədi olaraq qəlblərdə yaşayacaqdır.
Şəhidimizin anası Mətanət xanımın yanında olan Elçinsevərlər, Vətən oğlu ilə bağlı, ürək sözlərini söylədilər; həyat və döyüş yolu səhifələri vərəqləndi, xatirə şəkilləri çəkildi...
Bölməyə aid digər xəbərlər