11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
TƏBRİK EDİRƏM!

Tanınmış ziyalı və uzun illər Sumqayıt şəhərinin bütün ictimai və siyasi işlərində yaxından iştirak edən və çalışan, müasir gəncliyə örnək ola biləcək zəngin bir həyat yolu yaşayan gözəl insan, xeyirxah və alicənab şəxsiyyət olan Gülnarə xanımın bu gün doğum günüdür. Gülnarə xanımın adı Azərbaycanın bütün ziyalılarına, o cümlədən Mənzil Kommunal Sahəsində işləyən, Sumqayıtın təmizlik sahəsində çalışan insanlarına yaxşı tanışdır. Gülnarə xanım təkcə Mənzil Kommunal Sahəsində fəaliyyətinə görə deyil, həm də əsl ziyalı ömrü yaşamasına görə fərqlənib, seçilib...
Gülnarə xanım kimi insanlar cəmiyyət üçün yalnız çalışdıqları sahə üçün örnək olmurlar, eyni zamanda bütün gəncliyimiz tərəfindən örnək ola biləcək bir şəxsiyyətdən sayılırlar. Bu cür elm adamlarının özəlliyi öz gücləri, potensialları sayəsində ucalmaları, cəmiyyət üçün faydalı ziyalıya çevrilmələridir. Belə ömür yolu qeyd etdiyimiz kimi, hər bir gənc üçün nümunədir.
Gülnarə Knyaz qızı Quliyeva Sumqayıt şəhərində imkanları o qədər də geniş olmayan bir ailədə dünyaya göz açıb, həyatda ciddi uğurlar əldə etməyin tək yolu daima oxumaq, çalışmaq, yorulmaz əmək olub. Kimsə ona kənardan dəstək verməyib, tapşırmayıb, işini aşırmayıb. Tək yolu oxumaq, gecə-gündüz çalışmaq olub. Çətinliklərə dözməyin, zəhmətin, öz gücünə güvənib oxumağın əvəzi bütövlükdə cəmiyyət üçün xeyrli, fəxr duyulası bir ömrə sahib olmaqla nəticələnib.
Həyatın mütləq həqiqətlərini dərk edən, dünyanın hər üzünü görmüş, yaxşını-pisdən, ağı-qaradan ayırmağı bacaran, zəngin mənəviyyata malik T.Əbdülhəsənlinin sözlərinə görə, 60 il onun üçün məsuliyyətdir, geriyə baxanda bir hesabat dövrüdür: "İllər insana çox şey öyrədir. İnsan formalaşır, püxtələşir və yaxşı ad-san qazanması üçün şans yaradır. Gülnarə xanımın belə bir şansa ehtiyacı yoxdur. Əmək fəaliyyətinə başladığı ilk gündən səmimiyyəti, mehriban münasibəti ilə insanların qəlbində taxt qurub. Bu taxtın ömrü inanıram ki, neçə min illərə dayanacaqdır.
Gülnarə xanım Sumqayıt şəhərində yaşayır. Bu şəhərin ictimai -siyasi həyatında yaxından iştirak edib və bu gün də edir. Elə məhz buna görə də Gülnarə xanıma Sumqayıtın fəxri vətəndaşı adını vermək lap yerinə düşərdi. Noyabr ayında Sumqayıtımızın 75 illiyini qeyd edəcəyik. İnşallah bu əlamətdar gündə Gülnarə xanım də öz layiqli qiymətini alacaqdır.
Bəli, qədim Yunan filosofu Sokrat deyib ki, “Bilikli insanın biliyi o, təvazökar olanda üzə çıxır”. Gülnarə xanım məhz belə bir ömür yaşayıb, yersiz tərifdən, özü haqqında danışmaqdan qaçıb. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, həssaslıq, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan Gülnarə xanım daim xatırlanacaq, faydalı bir ömür yaşayıb. Yeri gəlmişkən onu da deyim ki, Gülnarə xanım Sumqayıtın inkişafındakı xidmətlərinə görə hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən Tərəqqi medalına layiq görülüb. Sumqayıt İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən isə iki dəfə Fəxri Fərmanla təltif olunub. Təbii ki, bütün bunlara layiq olduğuna görə qiymətləndirilib.
Bəli, həmişə həyat eşqi və öyrətmək əzmi ilə yaşayan, ömrünün yarım əsrinin ictimai fəaliyyətə həsr edən Gülnarə xanıma uzun ömür, möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər diləyirik! Ad gününüz mübarək, gözəl xanım, gözəl ana, gözəl rəhbər!
Bu təbrikə Gülnarə xanımın işlədiyi Mənzil Kommunal Sahəsinin işçiləri də qoşularaq xanımı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, xanıma sağlam, gümrah bir ömür arzulayırlar. Bir daha kollektiviniz adından sizi təbrik edirik. 100 olmasa da 99 il yaşamağınızı cani dildən arzulayırık. Ad gününüz mübarək!
Bölməyə aid digər xəbərlər
YARIM ƏSRİN ZİRVƏSİNDƏ: ƏSL ALİM VƏ ZİYALI ÖMRÜ

Tanınmış ziyalı və uzun illər Sumqayıt şəhərinin bütün ictimai və siyasi işlərində yaxından iştirak edən və çalışan, müasir gəncliyə örnək ola biləcək zəngin bir həyat yolu yaşayan gözəl insan, xeyirxah və alicənab şəxsiyyət olan Gülnarə xanımın bu gün doğum günüdür. Gülnarə xanımın adı Azərbaycanın bütün ziyalılarına, o cümlədən Mənzil Kommunal Sahəsində işləyən, Sumqayıtın təmizlik sahəsində çalışan insanlarına yaxşı tanışdır. Gülnarə xanım təkcə Mənzil Kommunal Sahəsində fəaliyyətinə görə deyil, həm də əsl ziyalı ömrü yaşamasına görə fərqlənib, seçilib...
Gülnarə xanım kimi insanlar cəmiyyət üçün yalnız çalışdıqları sahə üçün örnək olmurlar, eyni zamanda bütün gəncliyimiz tərəfindən örnək ola biləcək bir şəxsiyyətdən sayılırlar. Bu cür elm adamlarının özəlliyi öz gücləri, potensialları sayəsində ucalmaları, cəmiyyət üçün faydalı ziyalıya çevrilmələridir. Belə ömür yolu qeyd etdiyimiz kimi, hər bir gənc üçün nümunədir.
Gülnarə Knyaz qızı Quliyeva Sumqayıt şəhərində imkanları o qədər də geniş olmayan bir ailədə dünyaya göz açıb, həyatda ciddi uğurlar əldə etməyin tək yolu daima oxumaq, çalışmaq, yorulmaz əmək olub. Kimsə ona kənardan dəstək verməyib, tapşırmayıb, işini aşırmayıb. Tək yolu oxumaq, gecə-gündüz çalışmaq olub. Çətinliklərə dözməyin, zəhmətin, öz gücünə güvənib oxumağın əvəzi bütövlükdə cəmiyyət üçün xeyrli, fəxr duyulası bir ömrə sahib olmaqla nəticələnib.
Həyatın mütləq həqiqətlərini dərk edən, dünyanın hər üzünü görmüş, yaxşını-pisdən, ağı-qaradan ayırmağı bacaran, zəngin mənəviyyata malik T.Əbdülhəsənlinin sözlərinə görə, 60 il onun üçün məsuliyyətdir, geriyə baxanda bir hesabat dövrüdür: "İllər insana çox şey öyrədir. İnsan formalaşır, püxtələşir və yaxşı ad-san qazanması üçün şans yaradır. Gülnarə xanımın belə bir şansa ehtiyacı yoxdur. Əmək fəaliyyətinə başladığı ilk gündən səmimiyyəti, mehriban münasibəti ilə insanların qəlbində taxt qurub. Bu taxtın ömrü inanıram ki, neçə min illərə dayanacaqdır.
Gülnarə xanım Sumqayıt şəhərində yaşayır. Bu şəhərin ictimai -siyasi həyatında yaxından iştirak edib və bu gün də edir. Elə məhz buna görə də Gülnarə xanıma Sumqayıtın fəxri vətəndaşı adını vermək lap yerinə düşərdi. Noyabr ayında Sumqayıtımızın 75 illiyini qeyd edəcəyik. İnşallah bu əlamətdar gündə Gülnarə xanım də öz layiqli qiymətini alacaqdır.
Bəli, qədim Yunan filosofu Sokrat deyib ki, “Bilikli insanın biliyi o, təvazökar olanda üzə çıxır”. Gülnarə xanım məhz belə bir ömür yaşayıb, yersiz tərifdən, özü haqqında danışmaqdan qaçıb. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, həssaslıq, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan Gülnarə xanım daim xatırlanacaq, faydalı bir ömür yaşayıb. Yeri gəlmişkən onu da deyim ki, Gülnarə xanım Sumqayıtın inkişafındakı xidmətlərinə görə hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən Tərəqqi medalına layiq görülüb. Sumqayıt İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən isə iki dəfə Fəxri Fərmanla təltif olunub. Təbii ki, bütün bunlara layiq olduğuna görə qiymətləndirilib.
Bəli, həmişə həyat eşqi və öyrətmək əzmi ilə yaşayan, ömrünün yarım əsrinin ictimai fəaliyyətə həsr edən Gülnarə xanıma uzun ömür, möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər diləyirik! Ad gününüz mübarək, gözəl xanım, gözəl ana, gözəl rəhbər!

Hörmətlə:
365 gün qəzetinin yaradıcı kollektivi
365 gün qəzetinin yaradıcı kollektivi
Sizi sevənlər adından:
Ayşə və Pərvanə
Ayşə və Pərvanə
Tarix: 14-08-2024, 13:34 Oxunub: 124
Bölməyə aid digər xəbərlər
1-07-2024, 09:59
TƏBRİK EDİRİK!
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
29-12-2023, 08:30
Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
31-07-2022, 10:56
Təmizlik evimizdən başlayır
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
















