09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi


ferid-ehmedov-daha-bir-hakime-yuksek-vezife-verdi 

Ali Məhkəmənin daha bir hakimi Ədliyyə Nazirliyində yüksək vəzifəyə  təyin edilib.
“Yeniazərbaycanhəyatı”nın məlumatına görə, söhbət Ali Məhkəmənin mülki kollegiyasının hakimi Vidadi Məmmədovdan gedir.
Nazir Fərid Əhmədovun əmri ilə Vidadi Məmmədov nazirliyin İcra xidmətinin rəisi təyin edilib.
Təyinatı ilə bağlı V.Məmmədovun hakimlik fəaliyyətinə xitam verilib.
Vidadi Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi vəzifəsində çalışıb. O,  Prezidentin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, bu yaxınlarda Ali Məhkəmənin hakimi Abiddin Hüseynov ədliyyə nazirinin müavini
 təyin edilmişdi.

Tarix: 4-07-2024, 12:10 Oxunub: 25


Bölməyə aid digər xəbərlər