İyunun 22-də Ağdam Rayon Heydər Əliyev Mərkəzində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
"YeniAzerbaycanheyati.com"oRayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biri olmasından, Ulu öndərin 22 may 1998-ci il tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycan Silahlı Qüvvələr Günü elan olunmasıdan bəhs ediblər.
Bölməyə aid digər xəbərlər